Mariya Maqa Maqazinoviç (; ) — Serbiyalı kitabxanaçı, jurnalist və feminist. O, Serbiyaya müasir rəqs gətirən və gender bərabərliyi uğrunda fundamental mübarizə aparan ilk qadın olub. Həyatı Maqa Maqazinoviç 1882-ci ildə Ujitse şəhərində anadan olub. O, "Politika" qəzetinin ilk qadın jurnalisti olub və burada gənclərin, xüsusən də gənc qadınların fiziki və mənəvi tərbiyəsinin ritmi və formaları haqqında məqalələr qələmə alıb. O, həmçinin 1904-cü ildə Belqradda Fəlsəfə Fakültəsindən məzun olan ilk qadın kimi tarixə düşüb. Maqa qırx il müddətində ilk qız gimnaziyasında fəlsəfə, alman dili və serb dilləri professoru kimi fəaliyyət göstərib. Maqa Maqazinoviç həm də Serbiya Milli Kitabxanasıının ilk qadın kitabxanaçısı və jurnalist kimi çalışan ilk qadın olub.

Onun ailəsi müxtəlif serb torpaqlarından gəlib. Qızlıq soyadı İsailoviç olan anası Stana Bosniyanın Derventa şəhərindən olub, ata tərəfdən isə ailənin ilkin soyadı Smilyaniç olub (sonradan Maqazinoviç formasına düşüb) və onlar Metkoviçdən gəliblər. Oradan Trebinyeyə, daha sonra Mostara, oradan da Maqdanın dünyaya göz açdığı Ujitseyə köçüblər. Onun son daimi yaşayış yeri isə Belqrad olub.

Maqazinoviç britaniyalı və kosovalı yazıçılar Elizabet Qouinq və Robert Uiltonun qələmə aldığı "Heç kimin torpağı: Balkan tarixində səkkiz qeyri-adi qadın" (No Man's Lands: eight extraordinary women in Balkan history) adlı oçerklər toplusunun əsas simalarından biridir. Şəxsi həyatı Maqa Maqazinoviç 11 may 1914-cü ildə bir oğlu və bir qızı olan alman Gerhard Gezmanla ailə qurub. Gezmanın oğlu 1916-cı ildə vəfat edib. Nikah 1923-cü ildə pozulub.

İstinadlar

Xarici keçidlər