thumb|Yalta konfransındakı "Üç böyük": Uinston Çörçill (Böyük Britaniya), Franklin Ruzvelt (ABŞ) və İosif Stalin (SSRİ)

Qərb xəyanəti (, , , , , ) — Böyük Britaniya, Fransa və bəzi hallarda ABŞ-nin, İkinci Dünya müharibəsinin başlanğıcında və ondan sonrakı dövrdə Çexoslovakiya və Polşa dövlətlərinə qarşı hüquqi, diplomatik, hərbi və mənəvi öhdəliklərini yerinə yetirmədiyi barədə mövcud olan tarixi-siyasi yanaşmadır. Bu termin bəzən həmin dövrdə digər Mərkəzi və Şərqi Avropa dövlətlərinə qarşı nümayiş etdirilən münasibəti ifadə etmək üçün də istifadə olunur.

Bu anlayış, Münhen sazişi zamanı Çexoslovakiyaya qarşı nümayiş etdirilən münasibəti və bunun nəticəsi olaraq ölkənin Nasist Almaniyası tərəfindən işğal edilməsini, eləcə də 1939-cu ildə Polşa Almaniya və Sovet İttifaqı tərəfindən hərbi təcavüzə məruz qaldıqda Fransa və Böyük Britaniyanın Polşaya hərbi yardım göstərməkdə müvəffəqiyyətsizliyə düçar olmasını ifadə edir. Eyni konsept, Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Tehran, Yalta və Potsdam konfransları zamanı Sovet İttifaqına verdiyi geosiyasi güzəştləri, nasist işğalına qarşı baş qaldırmış Varşova üsyanı zamanı nümayiş etdirdikləri passiv mövqeyi və müharibədən sonrakı digər tarixi prosesləri də əhatə edir. Qeyd olunan addımlar regionu tamamilə Sovet nüfuz dairəsinə salmış və kommunist Şərq blokunun yaranmasına rəvac vermişdir.

Tarixi baxımdan bu cür baxışlar, Nasist Almaniyasının yüksəlişi və güclənməsi də daxil olmaqla, XX əsrin ən mühüm geosiyasi hadisələri ilə daxilən sıx bağlıdır. Avropanın böyük bir hissəsinə nəzarət edən dominant bir fövqəldövlət kimi Sovet İttifaqının yüksəlişi, İkinci Dünya müharibəsi zamanı və ondan sonra bağlanmış müxtəlif müqavilələr, ittifaqlar və tutulan mövqelər sonradan Soyuq müharibə dövründə də öz təsirini davam etdirmişdir.

Xəyanət qavrayışı

Professorlar Şarlott Breterton () və Con Voqlerə () görə, "Qərb xəyanəti" anlayışı Qərbin "İkinci Dünya müharibəsinin sonunda Mərkəzi və Şərqi Avropanı taleyin ümidinə buraxması (tərk etməsi)" ilə bağlı daşıdığı "tarixi və mənəvi məsuliyyət hissi"nə bir istinaddır. Mərkəzi və Şərqi Avropada 1938-ci il Münhen böhranı və 1945-ci il Yalta konfransının nəticələrinin Qərb dövlətlərinin Şərqi Avropaya xəyanəti kimi şərh edilməsi regional siyasi elitlar tərəfindən geniş şəkildə istifadə olunmuşdur. Şərqi Avropa liderləri bu mənəvi-tarixi arqumentdən çıxış edərək, region dövlətlərinin NATO-ya üzvlüyü kimi daha yaxın dövrə aid strateji-siyasi tələblərin sürətlə qəbul edilməsi üçün Qərb ölkələrinə diplomatik təzyiq göstərmişlər.

İstinadlar

Biblioqrafiya

Nicholas Bethell, The War Hitler Won: The Fall of Poland, September 1939, New York, 1972. Mieczyslaw B. Biskupski The History of Poland. Westport, CT; London: Greenwood Press, 2000. Russell D. Buhite Decisions at Yalta: an appraisal of summit diplomacy, Wilmington, DE: Scholarly Resources Inc, 1986. Anna M. Cienciala "Poland in British and French policy in 1939: determination to fight — or avoid war?" pages 413–433 from The Origins of The Second World War edited by Patrick Finney, Arnold, London, 1997. Anna M. Cienciala and From Versailles to Locarno: keys to Polish foreign policy, 1919–25, Lawrence, KS: University Press of Kansas, 1984. Richard Crampton Eastern Europe in the Twentieth Century — and After. London; New York: Routledge, 1997. Norman Davies, Rising '44: The Battle for Warsaw. Viking Books, 2004. . Norman Davies, God's Playground and (two volumes). David Dutton Neville Chamberlain, London: Arnold; New York: Oxford University Press, 2001. Sean Greenwood "The Phantom Crisis: Danzig, 1939" pages 247–272 from The Origins of the Second World War Reconsidered: A. J. P. Taylor and the Historians edited by Gordon Martel Routledge Inc, London, United Kingdom, 1999. Robert Kee, Munich: The Eleventh Hour, London: Hamilton, 1988. Arthur Bliss Lane, I Saw Poland Betrayed: An American Ambassador Reports to the American People. The Bobbs-Merrill Company, Indianapolis, 1948. . Igor Lukes & Erik Goldstein (ed.) The Munich Crisis, 1938: Prelude to World War II, London; Portland, OR: Frank Cass Inc, 1999. Margaret Olwen Macmillan Paris 1919: Six Months That Changed the World. New York: Random House, 2003, 2002, 2001. David Martin, Ally Betrayed. Prentice-Hall, New York, 1946. David Martin, Patriot or Traitor: The Case of General Mihailovich. Hoover Institution, Stanford, California, 1978. . David Martin, The Web of Disinformation: Churchill's Yugoslav Blunder. Harcourt, Brace, Jovanovich, San Diego & New York, 1990. Lynne Olson, Stanley Cloud, A Question of Honor: The Kosciuszko Squadron: Forgotten Heroes of World War II. Knopf, 2003. . Anita Prażmowska, Poland: The Betrayed Ally. Cambridge University Press, Cambridge, 1995. . Edward Rozek, Allied Wartime Diplomacy: A Pattern in Poland, New York, 1958, reprint Boulder, CO, 1989. Henry L. Roberts "The Diplomacy of Colonel Beck" pages 579–614 from The Diplomats 1919–1939 edited by Gordon A. Craig & Felix Gilbert, Princeton University Press: Princeton, New Jersey, USA, 1953.

Robert Young France and the origins of the Second World War, New York: St. Martin's Press, 1996. Piotr Stefan Wandycz The twilight of French eastern alliances, 1926–1936: French-Czechoslovak-Polish relations from Locarno to the remilitarisation of the Rhineland, Princeton, NJ: Princeton University Press, 1988. Piotr Wandycz France and her eastern allies, 1919–1925: French-Czechoslovak-Polish relations from the Paris Peace Conference to Locarno, Minneapolis: University of Minnesota Press, 1962. Gerhard Weinberg A world at arms: a global history of World War II, Cambridge, United Kingdom; New York: Cambridge University Press, 1994. John Wheeler-Bennett Munich: Prologue to Tragedy, New York: Duell, Sloan and Pearce, 1948. Paul E. Zinner "Czechoslovakia: The Diplomacy of Eduard Benes". In Gordon A. Craig & Felix Gilbert (ed.). The Diplomats 1919–1939. Princeton, NJ: Princeton University Press, 1953. pp. 100–122. Republic of Poland, The Polish White Book: Official Documents concerning Polish-German and Polish-Soviet Relations 1933–1939; Ministry for Foreign Affairs of the Republic of Poland, New York, 1940. Daniel Johnson, "Betrayed by the Big Three". Daily Telegraph, London, November 8, 2003 Diana Kuprel, "How the Allies Betrayed Warsaw". The Globe and Mail, Toronto, February 7, 2004 Ari Shaltiel, "The Great Betrayal". Haaretz, Tel Aviv, February 23, 2004 Piotr Zychowicz, Pakt Ribbentrop - Beck. Dom Wydawniczy Rebis, Poznań 2012.

Xarici keçidlər

Poland the Hawk Online excerpt from 'A Question of Honor' Crimes of Soviet Communists George W. Bush's speech accepting the concept of Western betrayal Dr. Quigley explains how Nazi Germany seized a stronger Czechoslovakia

Kateqoriya:1939-cu ildə Avropa Kateqoriya:1945-ci ildə Avropa Kateqoriya:ABŞ–Çexiya münasibətləri Kateqoriya:Bolqarıstan tarixi Kateqoriya:Holokost Kateqoriya:İnkarçılıq Kateqoriya:İspaniya tarixi Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Münxen sazişi Kateqoriya:Polşa Xalq Respublikası Kateqoriya:Polşa İkinci Dünya müharibəsində Kateqoriya:Polşa Respublikası (1918-1939) Kateqoriya:Polşanın siyasi tarixi Kateqoriya:Rumıniya tarixi Kateqoriya:Slovakiya tarixi Kateqoriya:Şərq bloku Kateqoriya:Vətənə xəyanət Kateqoriya:Yuqoslaviya tarixi Kateqoriya:Yunanıstanın modern tarixi Kateqoriya:1930-cu illərdə Avropa Kateqoriya:1938-ci ildə Avropa Kateqoriya:İkinci Dünya müharibəsində siyasət Kateqoriya:İkinci Dünya müharibəsindən sonra Kateqoriya:Çexoslovakiya tarixi Kateqoriya:Fransa–Polşa münasibətləri Kateqoriya:Polşa–ABŞ münasibətləri Kateqoriya:Polşa–Birləşmiş Krallıq münasibətləri Kateqoriya:Antiatlantizm