Azərbaycan–Okeaniya münasibətləri – Azərbaycan Respublikası ilə Okeaniyada yerləşən dövlətlər arasındakı mövcud əlaqələr. Azərbaycan aşağıdakı Okeaniya ölkələri və əraziləri ilə diplomatik əlaqələr qurmuşdur:
Müstəqil dövlətlər
Avstraliya
Azərbaycan ilə Avstraliya arasında diplomatik əlaqələr 19 iyun 1992-ci ildə qurulmuşdur.
Fici Azərbaycan ilə Fici arasında diplomatik əlaqələr 18 mart 2010-cu ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike iki ölkənin BMT yanında Daimi nümayəndələri Aqşin Mehdiyev və Peter Topmson tərəfindən imzalanmışdır. 2014-cü ildən Azərbaycanın Avstraliyadakı səfirliyi Ficiyə də akkreditasiya olunmuşdur. 23 dekabr 2013-cü ildə Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov Ficinin də səfiri təyin olunmuşdur. O, 13 may 2014-cü ildə Ficidə səfərdə olmuş və etimadnaməsini Fici prezidenti Ratu Epeli Nailatikauya təqdim etmişdir. 15 dekabr 2016-cı ildə bu vəzifəsindən geri çağırılmışdır.
Ficidən olan tələbələr Azərbaycanın ADA Universitetinin təlim kurslarında iştirak edir.
Kiribati Azərbaycan ilə Kiribati arasında xarici ticarət dövriyəsi 2015-ci ildə 14,7 min ABŞ dolları təşkil etmişdir.
Marşall adaları Azərbaycan ilə Marşall adaları arasında diplomatik əlaqələr 10 mart 2010-cu ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike Nyu-York şəhərində iki ölkənin BMT yanında Daimi nümayəndələri Aqşin Mehdiyev və Filip Muller tərəfindən imzalanmışdır. Marşall adaları 22 aprel 2026-cı ildə COP29-un təşəbbüslərindən olan Bakı Mərkəzi platforması ilə əməkdaşlıq etmək üçün müraciət ünvanlamışdır.
Mikroneziya Azərbaycan ilə Mikroneziya arasında diplomatik əlaqələr 1 iyun 2026-cı ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike Nyu-York şəhərində iki ölkənin BMT yanında Daimi nümayəndələri Tofiq Musayev və Cim Lipve tərəfindən imzalanmışdır. Mikroneziya 22 aprel 2026-cı ildə COP29-un təşəbbüslərindən olan Bakı Mərkəzi platforması ilə əməkdaşlıq etmək üçün müraciət ünvanlamış.
Nauru Azərbaycan ilə Nauru arasında diplomatik əlaqələr 11 noyabr 2004-cü ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike Nyu-York şəhərində iki ölkənin BMT yanında Daimi nümayəndələri Yaşar Əliyev və Vinsi Niel Klodumar tərəfindən imzalanmışdır.
Palau thumb|İlham Əliyev və Palau prezidenti Surangel Uippsin görüşü (2024). Azərbaycan ilə Palau arasında diplomatik əlaqələr 1 fevral 2018-ci ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike Nyu-York şəhərində iki ölkənin BMT yanında Daimi nümayəndələri Yaşar Əliyev və Ngedikes Olai tərəfindən imzalanmışdır. 18 noyabr 2024-cü ildə Azərbaycan prezidenti İlham Əliyev ilə Palau prezidenti Surangel Uipps arasında görüş baş tutmuşdur.
Papua-Yeni Qvineya Azərbaycan ilə Papua-Yeni Qvineya arasında diplomatik əlaqələr 5 may 2023-cü ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike Nyu-York şəhərində iki ölkənin BMT yanında Daimi nümayəndələri Yaşar Əliyev və Maks Hufanen Ray tərəfindən imzalanmışdır.
Tonqa 13 may 2024-cü ildə İlham Əliyev ilə Tonqa baş naziri Siaosi Sovaleni arasında görüş baş tutmuşdur.
Tuvalu thumb|İlham Əliyev və Tuvalunun general-qubernatoru Tofinqa Vaevalu Falani (2024).|200px Azərbaycan ilə Tuvalu arasında diplomatik əlaqələr 9 sentyabr 2009-cu ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike Nyu-York şəhərində iki ölkənin BMT yanında Daimi nümayəndələri Aqşin Mehdiyev və Afelee Pete tərəfindən imzalanmışdır. 13 may 2024-cü ildə İlham Əliyev ilə Tuvalunun general-qubernatoru Tofinqa Vaevalu Falani arasında görüş baş tutmuşdur.
Samoa Azərbaycan ilə Samoa arasında diplomatik əlaqələr 19 yanvar 2018-ci ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike Nyu-York şəhərində iki ölkənin BMT yanında Daimi nümayəndələri Yaşar Əliyev və Ali'ioaiga Feturi Elisaia tərəfindən imzalanmışdır.
Solomon adaları Azərbaycan ilə Solomon adaları arasında diplomatik əlaqələr 8 fevral 2011-ci ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında rəsmi sənəd iki ölkənin BMT yanında Daimi nümayəndələri Aqşin Mehdiyev və Kollin D.Bek tərəfindən imzalanmışdır.
Vanuatu Azərbaycan ilə Vanuatu arasında diplomatik əlaqələr 22 sentyabr 2017-ci ildə qurulmuşdur. Diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Vanuatunun xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Bruno Leingkone tərəfindən imzalanmışdır. 2024-cü ildə Vanuatu Bakıda baş konsulluğunun təsis edilməsi ilə bağlı müraciət etmişdir.
Yeni Zelandiya
Azərbaycan ilə Yeni Zelandiya arasında diplomatik əlaqələr 29 iyun 1992-ci ildə qurulmuşdur.
Asılı ərazilər Amerika Samoası Azərbaycan ilə Amerika Samoası arasında xarici ticarət dövriyəsi 2023-cü ildə 23,7 min, 2024-cü ildə 8,1 min ABŞ dolları təşkil etmişdir.
Fransız Polineziyası Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan tədbirlərdə Fransız Polineziyasından olan nümayəndələr aktiv iştirak edir. 30 aprel 2024-cü ildə Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının "Tavini" partiyası əməkdaşlıq memorandumu imzalanmışdır. 2024-cü ilin mayında Fransız Polineziyası nümayəndə heyəti Azərbaycana səfər etmiş və səfər münasibətilə Milli Məclisdə mətbuat konfransı keçirilmişdir.
Havay adaları 2013-cü ildə Havay ştatının Nümayəndələr Palatası Azərbaycana və Azərbaycan–ABŞ münasibətlərinə həsr olunmuş qətnamə qəbul etmişdir. 28 mart 2014-cü ildə Nümayəndələr Palatası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etmiş və Azərbaycanın Los-Ancelesdə fəaliyyət göstərən baş konsulu Nəsimi Ağayevə təqdim etmişdir.
Havay ştatının paytaxtı Honolulu şəhəri və Bakının Yasamal rayonu 5 avqust 1998-ci ildə qardaşlaşmışdır.
Kuk adaları Kuk adaları 2024-cü ildə diplomatik əlaqələrin qurulması barədə Azərbaycana müraciət etmişdir. Azərbaycan ilə Kuk adaları arasında diplomatik əlaqələr 2025-ci ilin aprelində qurulmuşdur. Ölkələr UNESCO-dakı müvafiq daimi nümayəndəliklər arasında diplomatik nota mübadiləsi ilə əlaqələri rəsmiləşdirmişdirlər.
Quam Azərbaycan ilə Quam arasında xarici ticarət dövriyəsi 2023-cü ildə 18,4 min, 2024-cü ildə 6,1 min ABŞ dolları təşkil etmişdir.
Niue Niue baş naziri Dalton Taqelaqi 2024-cü ilin noyabrında Şamaxıya səfər etmiş, şəhərin görməli yerlərinə baş çəkmişdir.
Tokelau Azərbaycan ilə Tokelau arasında xarici ticarət dövriyəsi 2021-ci ildə 14 min ABŞ dolları təşkil etmişdir.
Uollis və Futuna Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan tədbirlərdə Uollis və Futunadan olan müstəqillik tərəfdarı nümayəndələr aktiv iştirak edir.
Yeni Kaledoniya
Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan tədbirlərdə Yeni Kaledoniyadan olan müstəqillik tərəfdarı nümayəndələr aktiv iştirak edir. 18 aprel 2024-cü ildə Milli Məclis ilə Yeni Kaledoniya Konqresi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. 19 oktyabr 2024-cü ildə əməkdaşlıq memorandumu ləğv edilmişdir.
İstinadlar
Okeaniya münasibətləri Kateqoriya:Okeaniyanın xarici əlaqələri