Aysası — tarixi Azərbaycan kəndi, Qərbi Azərbaycanın Meğri rayonunda yerləşmiş yaşayış məntəqəsi.

Tarixi Aysası kəndi keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yerləşmişdir.Qərbi Azərbaycan Toponimlərinin Lüğəti. I cild. Bakı: Elm və təhsil, 2024, s. 35. Kənd sonralar Meğri rayonunun tərkibində qalmışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi deportasiya olunaraq Azərbaycana qovulmuşdur.Azəri, Pənah. Ata Yurdum, Zəngəzurum, Meğrim mənim: Meğri toponimləri. Bakı, 2024, s. 41.

Etimologiyası Aysası toponimi zoonim mənşəlidir. Toponim ayı zoonimi ilə sas/sası ("nəm, qoxan, rütubətli") sözünün birləşməsindən əmələ gəlmişdir.Budaqov, B. Ə.; Qeybullayev, Q. Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nafta-Press, 1998, s. 61.

İstinadlar

Mənbələr Əliyev, Əhmədəli. Azərbaycan dilinin Meğri şivələri. Bakı: Elm, 2023, 484 s. Azəri, Pənah. Ata Yurdum, Zəngəzurum, Meğrim mənim: Meğri toponimləri. Bakı, 2024, 512 s. Budaqov, B. Ə.; Qeybullayev, Q. Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nafta-Press, 1998, 452 s. Qərbi Azərbaycan Toponimlərinin Lüğəti. I cild. Bakı: Elm və təhsil, 2024, 300 s.

Kateqoriya:Meğri rayonu Kateqoriya:Zəngəzur qəzası