Klavdiya Papadopulu (; ) — Yunanıstan müğənnisi və mahnı müəllifi. "Asteromata" adlı mahnı ilə 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmiş və 6-cı yeri tutmuşdur.

Erkən illəri Kladiya 18 avqust 2002-ci il tarixində Yunanıstanın Aspropirqos şəhərində anadan olmuşdur.

Musiqi karyerası Klavdiya 2017-ci ildə, 15 yaşında olarkən Maykl Ceksonun "Billie Jean" mahnısını ifa etdiyi "Greece’s Got Talent" yarımfinalının dinləmələrində iştirak edərək tanınmışdır. 2018-ci ildə "Skai TV" kanalında yayımlanan "The Voice of Greece" yarışmasının beşinci mövsümündə iştirak etmişdir. Dinləmələr zamanı "The Police" qrupunun "Roxanne" mahnısını ifa edərək hər dörd münsifin rəğbətini qazanmış və Yelena Paparizunun komandasına daxil olmuşdur. O, proqramın final mərhələsinə qədər irəliləmişdir, lakin o, son üçlüyə daxil ola bilməmişdir.

İstedad şousundakı iştirakından qısa müddət sonra Kladiya Yunanıstanın "Panik Records" albom şirkəti ilə müqavilə imzalamışdır. İfaçı bu şirkətdə ilk sinqllarını, o cümlədən 40.000 nüsxəlik satışı ilə "IFPI Greece" tərəfindən ikiqat platin sertifikatına layiq görülən "Haramanta" və "Vasanizomai" mahnılarını buraxmışdır. 2022-ci ilin sonunda o, 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmək üçün müraciət etmişdir. Finalçılar sırasına seçilməsinə baxmayaraq, Yunanıstanın ictimai yayımçısı Liverpuldakı müsabiqə üçün ölkə təmsilçisi qismində Viktor Vernikosu üstün tutmuşdur. 2024-cü ildə ifaçı öz adını daşıyan "Klavdia" adlı debüt mini-albomunu buraxmışdır.

10 yanvar 2025-ci il tarixində Yunanıstanın ERT yayımçısı Kladiyanı "Asteromata" mahnısı ilə Avroviziya-2025 müsabiqəsi üçün ölkə təmsilçisini müəyyən edən yeni seçim turu — "Ethnikos Telikos" yarışmasının iştirakçılarından biri olaraq elan etmişdir. Yanvarın 30-da Qalasionda yerləşən Milad Teatrında baş tutan milli seçimdə Kladiya on iki iştirakçı arasında beşinci nömrə altında çıxış etmişdir. Sənətçi öz performansı sayəsində beynəlxalq münsiflər heyətinin və teleqaçların ümumi səsverməsində birinci yeri tutmuş, beləliklə də musiqi yarışmasının qalibi olaraq Bazeldəki Avroviziya səhnəsində Yunanıstanı təmsil etmək hüququ qazanmışdır.

Diskoqrafiya Studiya albomları 2025 — «Asteromata»

Mini-albomlar: 2024 — «Klavdia»

Sinqllar

Aparıcı sənətkar kimi:

2022 ― «Lonely Heart» 2022 — «Edo gyrnao» 2023 — «Haramata» — mükafat — IFPI GRE: 2× Platinum 2023 — «Holy Water» 2024 — «Vasanizomai» 2024 — «Movin' Too Fast» (Playmen ilə) 2024 — «Nyxta mou megali» (Oge və Arcade ilə) 2025 — «Asteromata» 2025 — «Back to Blue» (Edvard Mayya və Valentino İndi ilə) 2025 — «Anemos»

Qonaq sənətkar kimi: 2021 — «Se alli agkalia (Menak wla meni)» (с Natasha Kay) 2023 — «Fire in the Sky» (Valeron ilə) 2024 — «Touch Me» (Playmen və Valeron ilə)

İstinadlar

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Pont yunanları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Yunanıstan müğənniləri Kateqoriya:Yunanıstanın "Avroviziya" təmsilçiləri