Vanilla Ninja () — Estoniyanın qadınlardan ibarət rok musiqi qrupu. Qrup başda Estoniya, Almaniya və Avstriya olmaqla, Avropanın bir çox ölkəsində hit-paradlarda böyük uğurlar qazanıb. Onlar 2005-ci ildə Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni "Cool Vibes" mahnısı ilə, 2026-cı ildə isə Estoniyanı "Too Epic to Be True" mahnısı ilə təmsil ediblər.
2002-ci ildə yaradılan qrup ilkin olaraq Maarja Kivi, Lenna Kuurmaa, Katrin Siska və Piret Jarvisdən ibarət dörd nəfərlik bir heyətlə fəaliyyətə başlayıb. Kivi 2004-cü ildə qrupu tərk edib və onu Triynu Kivilaan əvəz edib. Kivilaan da 2005-ci ildə qrupdan ayrılıb, 2021-ci ildə yenidən qoşulub və 2022-ci ildə Siska ilə birlikdə yenidən heyətdən çıxıb. 2003-cü ildə buraxılan "Club Kung Fu" debüt sinqlından sonra qrupun Mərkəzi Avropada "Tough Enough", "When the Indians Cry", "Blue Tattoo" və "I Know" kimi bir çox hitləri işıq üzü görüb. "Vanilla Ninja" doğma yurdları Estoniyada o qədər məşhurdur ki, oradakı yüksək nüfuzlarına görə eksklüziv olaraq yalnız bu ölkədə satılan dondurma və kəsmik brendlərinə qrupun adı verilib.
Qrup indiyədək beş studiya albomu yayımlayıb. Bunlar Vanilla Ninja (2003), Traces of Sadness (2004), Blue Tattoo (2005), Love Is War (2006) və Encoredi (2021).
Tarixi
"Vanilla Ninja" qrupu 2002-ci ilin yayında musiqi prodüseri Sven Lıhmus tərəfindən yaradılıb. Qrupun ilk üzvü Maarja Kivi olub. "Top Ten" səsboğma (səsyazma) şirkətinin rəhbəri Peep Veedla onu "Eurolaul 2002" Avroviziya milli seçim turunda "A Dream" kompozisiyası ilə 7-ci yeri tutarkən bəyənib və qrupa dəvət edib. Bənzər bir hadisə Lenna Kuurmaan ilə də yaşanıb — "Fizz Superstar" müsabiqəsində iştirak edərkən o da Lıhmusun diqqətini çəkib. Qrupun ilkin heyəti məhz bu şəkildə formalaşıb.
Tezliklə qrupa Lıhmus tərəfindən gətirilən Katrin Siska və Piret Jarvis də qoşulub. Qrupun gələcək üzvləri ilk dəfə Vati küçəsindəki studiyada bir araya gəliblər. Qrupda dörd qızın hər biri oxusa da, həmin dövrdə əsas vokalist Maarja Kivi olub.
Maarja Kivi və Lenna Kuurmaa uşaqlıqdan rəfiqə olublar və eyni gimnaziyada təhsil alıblar. Piret Jarvis və Katrin Siska da qrup yaradılmazdan çox-çox əvvəl bir-birlərini tanıyıblar.
2003-cü ildə qrup "Club Kung Fu" mahnısı ilə Estoniyanı Avroviziyada təmsil etmək üçün keçirilən "Eurolaul 2003" seçim turunda iştirak edib. Bu mahnı telefon səsverməsində birinci yeri tutub, lakin əksər ölkələrdən fərqli olaraq, Estoniyada Avroviziya təmsilçisi telefon səsverməsi ilə deyil, münsiflər heyəti tərəfindən seçilib. Münsiflər heyətinin tərkibində Maykl Boll kimi fiqurlar yer alıb və onların rəyi səs verən xalqın seçimi ilə üst-üstə düşməyib. Bu səbəbdən qızlar hətta ilk onluğa belə daxil ola bilməyiblər.
Buna baxmayaraq, mahnının populyarlığı qrupun 2003-cü ilin mayında işıq üzü görən "Vanilla Ninja" adlı debüt albomunun uğur qazanmasına böyük təkan verib. Alboma "Club Kung Fu" mahnısının fərqli bir versiyası, həmçinin ingilis və eston dillərində 13 yeni kompozisiya daxil edilib. Estoniyanın 1,4 milyon əhalisi olduğu bir dövrdə albomun satışı 300 min nüsxəni ötüb. Bu böyük uğurla "Vanilla Ninja" Estoniyada əsl milli ulduza çevrilib. Estoniya hit-paradlarındakı bu sıçrayışdan sonra qrup daha da populyarlaşıb.
2005 Avroviziya 2004-cü ildə "Vanilla Ninja" Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edib, final mərhələsinə yüksələrək orada 114 xalla 8-ci yeri tutub. Həmin müsabiqədə Estoniyanı isə prodüseri yenə də Sven Lıhmus olan "Suntribe" qrupu təms edib.
Daha sonra qrupun bəzi mahnıları qotik rok üslubuna bənzəyən "Blue Tattoo" albomu işıq üzü görüb.
Tezliklə Triynu də qrupdan ayrılıb. Lakin bu, qrupun 2006-cı ilin baharında dördüncü albomları olan "Love Is War"ı yayımlamasına mane olmayıb.
2026 Avroviziya 14 fevral 2026-cı ildə qrup Estoniyanın Avroviziya üçün hər il keçirilən illik milli seçim turu olan "Eesti Laul" müsabiqəsində iştirak edib. Onlar superfinalda böyük səs fərqi ilə tamaşaçı səsverməsinin qalibi olublar və bununla da Estoniyanı Vyanada keçirilən Avroviziya-2026 müsabiqəsində "Too Epic to Be True" mahnısı ilə təmsil etmək hüququ qazanıblar. Lakin qrup yarımfinal mərhələsindən irəliyə keçə bilməyib.
Üzvləri Hazırkı üzvlər Piret Yarvis (2002–2008-ci illərdə fəaliyyət göstərib, 2020-ci ildən yenidən qoşulub) — vokal, gitara Lenna Kuurmaa (2002–2008-ci illərdə fəaliyyət göstərib, 2020-ci ildən yenidən qoşulub) — vokal, gitara Kerli Kivilaan (2022-ci ildən qoşulub) — vokal, klavişli alətlər
Keçmiş üzvlər Triynu Kivilaan (2004–2005 və 2020–2022-ci illərdə fəaliyyət göstərib) — vokal, bas-gitara Maarja Kivi (2002–2004-cü illərdə fəaliyyət göstərib) — vokal, bas-gitara Katrin Siska (2002–2008 və 2020–2022-ci illərdə fəaliyyət göstərib) — klavişli alətlər Mükafatları Estoniya Pop Musiqisi İllik Mükafatı (Eesti Popmuusika Aastaauhinnad): Xüsusi mükafat: Pop qrupları arasında ən yaxşı kassa gəliri (rekord satış) əldə edilib (2003);Kuldne Plaat 2003 Ən yaxşı pop musiqi promouteri: "Vanilla Ninja" qrupunun beynəlxalq uğurlarına görə agent Rene Meriste bu mükafata layiq görülüb (2004);Kuldne Plaat 2004 Radio hit: "Tough Enough" mahnısı ilin ən çox dinlənilən bəstəsi seçilib (2006).
Diskoqrafiya Studiya albomları 300px|thumb|right|Vanilla Ninja qrupunun 2007-ci il heyyəti Adı Təfərrüatlar Çatlarda ən yüksək mövqe Satış EST AUT GER SWI Vanilla Ninja Buraxılış tarixi: 30 may 2003 Leybl: TopTen Format: Musiqi yükləmə, CD 1 — — — EST: Platin Traces of Sadness Buraxılış tarixi: 7 iyun 2004 Leybl: Bros Music Format: Musiqi yükləmə, CD 1 4 3 14 GER: Qızıl AUT: Qızıl EST: Platin Blue Tatto Buraxılış tarixi: 14 mart 2005 Leybl: Bros Music Format: Musiqi yükləmə, CD 1 7 4 4 EST: Platin Love Is War Buraxılış tarixi: 19 may 2006 Leybl: :en:EMI, :en:Capitol Records Format: Musiqi yükləmə, CD 1 29 16 14 EST: Platin Encore Buraxılış tarixi: 8 oktyabr 2021 Leybl: Bros Music Format: Musiqi yükləmə, CD — 44 13 31 «—» həmin ərazidə yayımlanmamış və ya siyahıya alınmamış səsyazmanı bildirir..
Topluları Adı Təfərrüatlar Çatlarda ən yüksək mövqeyi SWI Silent Emotions Buraxılış tarixi: 16 noyabr 2005 Leybl: Canyon International Format: CD — Best Of Buraxılış tarixi: 2 dekabr 2005 Leybl: Bros Music Format: Musiqi yükləmə, CD 70 «—» həmin ərazidə yayımlanmamış və ya siyahıya alınmamış səsyazmanı bildirir.
Kiçik albomlar Adı Təfərrüatlar Incredible Buraxılış tarixi: 24 сентября 2021 Leybl: Bros Music Format: Musiqi yükləmə
Sinqllar Adı İl Çatlarda ən yüksək mövqeyi Albom EST AUT FIN GER SWI «Club Kung Fu» 2003 — — — 95 — Vanilla Ninja «Tough Enough» 1 16 11 13 52 Traces of Sadness «Don't Go Too Fast» 2004 1 21 — 23 — «Liar / Heartless» 4 22 — 23 43 «When the Indians Cry» 1 7 — 8 27 «Blue Tattoo» — 12 — 9 12 Blue Tattoo «I Know» 2005 32 17 — 13 27 «Know (Unplugged)» — — — — — «Cool Vibes» 3 58 — 42 17 «Megamix» — — — 79 66 Best Of «Dangerzone» 2006 3 23 — 21 18 Love Is War «Rockstarz» 1 — — 86 — «Insane in Vain» 2007 18 — — — — «Birds of Peace» 2008 3 — — — — «Crashing Through the Doors» 1 — — — — «Gotta Get It Right» 2021 — — — — — Encore «No Regrets» — — — — — «The Reason Is You» — — — — — «Encore '22» 2022 — — — — — «:en:Too Epic to Be True» 2025 — — — — — «—» həmin ərazidə yayımlanmamış və ya siyahıya alınmamış səsyazmanı bildirir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2002-ci ildə yaranan musiqi qrupları