Hluçin (, ), əvvəllər Hultçin () — Çexiyanın Moraviya-Sileziya diyarında, Ostrava şəhərindən 10 km məsafədə yerləşən şəhərdir. Hluçin, 1920-ci ilə qədər Almaniya imperiyasının tərkibində olan tarixi Hluçin vilayətinin mədəni və inzibati mərkəzidir.
Şəhər barədə tarixdə ilk yazılı məlumata 1303-cü ilə aid mənbələrdə rast gəlinir. 1742-ci ildə Birinci Sileziya müharibəsinin yekunlarına əsasən, Habsburq Avstriyasından alınaraq Prussiyaya verilmişdir. 1920-ci ilə qədər Prussiyanın Sileziya əyalətinin tərkibində qalan şəhər, Versal sülh müqaviləsinin şərtlərinə müvafiq olaraq Çexoslovakiyaya ilhaq edilmişdir. 1938-ci il Münxen sazişindən sonra yenidən Üçüncü Reyxin nəzarətinə keçsə də, 1945-ci ildə yenidən Çexoslovakiyanın tərkibinə qaytarılmışdır.
Hluçin şəhəri Çexiya ərazisində İkinci Dünya müharibəsi zamanı həlak olmuş sovet əsgərlərinin ən böyük kütləvi dəfn yerinə ev sahibliyi edir. Buradakı qardaşlıq məzarlıqlarında döyüşlərdə canından keçmiş 3,895 Qırmızı Ordu əsgərinin nəşi dəfn olunub.
2014-cü ilin rəsmi statistik məlumatlarına əsasən, şəhər əhalisi 14,042 nəfər təşkil edir.
İstinadlar
Xarici keçidlər
Tourist information centre of Hlučín
Kateqoriya:Çexiya şəhərləri