İzabel Obre əsl adı Tereza Korkel (; ) — Fransa müğənnisi. O, 1962-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Həyatı İzabel Obre 27 iyul 1938-ci ildə Market-le-Lill kommunasında anadan olub. O, ailədəki 11 uşaqdan beşincisi olub. Atası toxuculuq fabrikində işləyib, anası isə ev xanımı idi."Isabelle Aubret Biography ", RFI Musique. Retrieved 17 August 2014 1952-ci ildə, 14 yaşında olarkən məktəbi atıb və Sent-Andredə atası işlədiyi "Lemaire-Destombes" fabrikində ipgəzdirən (bükücü) kimi işləməyə başlayıb. 18 yaşına qədər bu fabrikdə çalışıb. Aktyorluq sənəti və klassik rəqs dərsləri alıb. Gəncliyində idman gimnastikası ilə məşğul olub və 1958-ci ildə Fransa çempionu adını qazanıb.
İfaçılıq karyerasına 1950-ci illərin sonunda müxtəlif kollektivlərdə solist kimi çıxış edərək başlayıb, daha sonra isə Paris kabaresində çalışıb. 1962-ci ildən etibarən Jan Ferra və Jak Brelin konsert proqramlarında səhnəyə çıxıb. 1964-cü ildə "Şerburq çətirləri" (Les Parapluies de Cherbourg) filmində baş rola dəvət alsa da, ağır yol qəzasına uğradığı üçün bu roldan imtina etmək məcburiyyətində qalıb.
Avroviziya Mahnı Müsabiqəsində iştirak hüququ qazanmaq üçün ilk cəhdini 1961-ci ildə edib, lakin milli seçim turunda ikinci yeri tutub. Bununla belə, onun ikinci cəhdi daha uğurlu nəticələnib və Opre "Un Premier Amour" mahnısını ifa edərək 1962-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. 1968-ci il müsabiqəsində Fransanı yenidən təmsil edib və orada "La Source" mahnısı ilə üçüncü yeri tutub. O, həmçinin 1970, 1976 və 1983-cü illərin müsabiqələri üçün təşkil olunan Fransa milli seçim turlarında da iştirak edərək müvafiq olaraq ikinci, altıncı və doqquzuncu yerləri qərarlaşıb.Thompson, Dave "Isabelle Aubret Biography ", Allmusic; retrieved 17 August 2014.
1970-ci illərdə qastrol səfərləri ilə dünyanın bir çox ölkələrində, o cümlədən Sovet İttifaqında olub. 1976-cı ildə Tokioda keçirilən beynəlxalq musiqi festivalında qalib gəlib və bu uğurdan sonra Yaponiyada çox böyük populyarlıq qazanıb. 1989-cu ildə Berlində təşkil olunan musiqi festivalında ən yaxşı ifaçı seçilib.
1992-ci ildə ""Fəxri legion" ordeni və Almaniyanın "Federal Xidmətlərə Görə Xaç" ordeni ilə təltif edilib.
2017-ci ildə İzabel Obre Fransaya vida turuna çıxıb.
Diskoqrafiyası
Isabelle Aubret (1969) Liberté (1981) Le monde chante (1984) Vague à l'homme (1987) 1989 (1989) Vivre en flèche (1990) In love (1991) Coups de cœur (1992) Isabelle Aubret chante Aragon (1992) Isabelle Aubret chante Ferrat (1993) C'est le bonheur (1993) Isabelle Aubret chante Brel (1995) Isabelle Aubret chante pour les petits et les grands (1997) Changer le monde (1997) Parisabelle (1999) Le paradis des musiciens (2001) Cosette et Jean Valjean (2002) Les Indispensables (2005) 2006 (2006)
İstinadlar
Xarici keçidlər
Official site (in French) Biography from :en:Radio France International (in English)
Kateqoriya:"Avroviziya" iştirakçıları