Qabaqcıl Hərbi Tədqiqatlar Məktəbi (SAMS) () — Amerika Birləşmiş Ştatları ordusu nəzdində olan dörd məktəbdən biri. Kanzas ştatındakı Fort Livenvortda yerləşən Amerika Birləşmiş Ştatları Ordusu Komandanlığı və Baş Qərargah Kollecinin (CGSC) bir hissəsidir. "Son dərəcə tələbkar standartları"Scales 2009. p. 24. ilə xarakterizə olunan bu üst akademik səviyyəli təhsil müəssisəsi üç proqramdan ibarətdir: daha əhatəli bir proqram olan Qabaqcıl Hərbi Tədqiqatlar Proqramı (AMSP); yüksək rütbəli zabitlər (yüksək rütbəli sahə komandiri səviyyəsində) üçün Birgə Peşəkar Hərbi Təhsil Səviyyəsi II (JPME II) tərəfindən akkreditə olunmuş bir proqram olan Strateji Liderlik üzrə Qabaqcıl Tədqiqatlar (ASLSP); və zabitlərə mülki təhsil müəssisələrində doktorluq dərəcəsi almağa kömək edən bir proqram olan Strateji Planlaşdırma və Siyasət üzrə Qabaqcıl Tədqiqatlar (ASP3).
Məktəb, ABŞ Silahlı Qüvvələri, onların müttəfiqləri və magistr səviyyəsində agentliklərarası qurumun gələcək liderlərini mürəkkəb qeyri-müəyyən problemləri həll etmək üçün strateji və əməliyyat səviyyələrində tənqidi düşünən çevik və adaptiv kadrlar kimi yetişdirir.United States Army Command and General Staff College: School of Advanced Military Studies Tələbə heyəti kiçik olsa da, müxtəlifliyi ilə seçilir və ABŞ silahlı qüvvələrinin bütün qolları, fərqli-fərqli ABŞ hökumət qurumları və müttəfiq hərbi qüvvələrinin üzvlərindən ibarətdir. AMSP məzunları "Jedi cəngavərləri" məişət adı ilə tanınırlar.Huntoon 2009. p. 4; United States Army Command and General Staff College Public Affairs 2010.
Məktəb hərbi sənət və elm üzrə magistr dərəcəsi təklif edirCombined Arms Research Library Digital Library 2011. və məzunlarına müasir hərbi və hökumət əməliyyatlarında rast gəlinən müxtəlif çətinliklərin öhdəsindən gəlmək üçün bacarıqlar öyrədir. Müasir kurs "sülh, münaqişə və müharibədə mürəkkəb əməliyyat və strateji problemləri həll etmək üçün zehni çevikliyə malik liderlər" yetişdirir.CGSC Circular 350-1. p. 21. Müxtəlif yüksək rütbəli hərbi liderlər SAMS məzunlarının qlobal fövqəladə əməliyyatların dəstəklənməsindəki töhfələrini yüksək qiymətləndiriblər.
Məktəbdə ilk dərs 1983-cü ilin ortalarında başladı və növbəti il 13 şagird məzun oldu.Benson 2009. p. 2; United States Army Command and General Staff College (SAMS Tri-Fold) 2012. p. 2. ABŞ ordusunda SAMS məzunlarına artan tələblər səbəbindən ordu 1990-cı illərdə məktəbi genişləndirdi və 2010-cu ildə 120-dən çox tələbə məzun oldu.Liewer 2010. Məktəb yarandığı gündən bəri, SAMS planlaşdırıcıları ABŞ-nin hər bir böyük hərbi kampaniyasını dəstəkləmiş və orduya "iyirminci əsrin sonu və iyirmi birinci əsrin əvvəlləri üçün ən yaxşı kampaniya planlaşdırıcılarının çoxunu" təmin etmişdir.Huntoon 2009. p. 2; Stewart 2010. p. 394.
Tarixi SAMS kursları, ABŞ hərbi təhsil sistemindəki taktikaya yönəlmiş CGSC proqramı ilə böyük strategiya və milli təhlükəsizlik siyasətinə yönəlmiş Hərbi Kollec proqramı arasındakı boşluğu doldurmaq üçün hazırlanmışdır.Naylor 1991. pp. 10, 16. 1981-ci ildə polkovnik Huba Vass de Çege, 1979-cu ildən 1981-ci ilə qədər Fort Livenvortdakı Birləşmiş Silahlar Mərkəzinin komandiri və Komandanlıq və Baş Qərargah Kollecinin komandiri vəzifələrində çalışan general-leytenant Uilyam R. Riçardsona seçilmiş zabitlər üçün ikinci illik hərbi təhsilin lazım olduğuna inandırdı.Wass de Czege 2009. p. 103. Yekun təsdiqi aldıqdan sonra, Vass de Çege 1983-cü ilin ortalarında açılacaq məktəbin planlaşdırılmasına və inkişafına töhfə verdi.Benson 2009. p. 2; Swain 1996. p. 160. According to Swain, this information was described in U.S. Army Combined Arms Center 1982–83–84, (1989) Annual Historical Review, Fort Leavenworth, Kansas. Combined Arms Center History Office. Kursun məqsədi ilə bağlı bəzi fikir ayrılıqları olsa da, ordu rəhbərləri və kurs dizaynerləri zabitlərə "müharibə elmi və sənəti üzrə geniş, dərin hərbi təhsil" vermək planı üzərində qərarlaşdılar.Benson 2009. p. 3. thumb|197x197px|Məktəbin ilk direktoru polkovnik Vass de Çege 1983-cü ilin iyun ayında Fort Livenvortdakı "Bell Hall"-ın zirzəmisində 13 ABŞ ordusu tələbəsindən ibarət ilk dərs başladı.Benson 2009. p. 2, 15; United States Army Command and General Staff College (SAMS Tri-Fold) 2012. p. 2. Əvvəlcə, məktəbin imkanları və cədvəli ilə bağlı bəzi daxili problemlər mövcud idiBenson 2009. p. 14–15; US Army Military History Institute, Senior Officer Oral History Program, LTC Harold R. Winton, USA, Retired. Conducted by LTC Richard Mustion, 5 April 2001 at Carlisle Barracks, PA, 17, quoted in Benson 2009. p. 14. və məktəbin ilk illərində məzunlarının hərbi qoşunlarda qəbul edilib-edilməyəcəyi və hərbi xidmətdə necə fəaliyyət göstərəcəkləri qeyri-müəyyən idi. 1984-cü ildə ilk sinif məzun olduqda, SAMS artıq "zabit korpusunda intellektual intibahın simvolu"na çevrilmişdi.Stewart 2010. p. 291. İlk direktor Vass de Çegenin yerinə 1985-ci ildə polkovnik Riçard Sennrayx gələndə məktəb artıq nəticələr verməyə başlamışdı və ABŞ ordusu və hərbi kollec SAMS-i "faydalı bir təcrübə" kimi görürdü.Benson 2009. p. 21. 1987-ci ildə yüksək ixtisaslı zabitlərin sayı artmış və qardaş hərbi xidmətlər SAMS-ə tələbə göndərməkdə maraqlı idilər.Benson 2009. pp. 25, 27. Proqramın artan populyarlığı və nüfuzu müttəfiq ölkələrdən tələbələri də cəlb etməyə başladı. left|thumb|SAMS-ın ilk evi olan "Bell Hall" SAMS məzunları ilk dəfə 1989-cu ilin dekabr ayında Panamada aparılan "Ədalətli səbəb" əməliyyatı zamanı aktiv xidmətdə idilər.Benson 2009. p. 35. Yeddi SAMS məzunundan ibarət əsas planlaşdırma qrupu "tək bir əlaqələndirilmiş zərbə ilə təxminən 50 hədəfin məhv edilməsinə imkan verən diqqətlə məşq edilmiş və parlaq şəkildə yerinə yetirilmiş bir plan hazırladı".Benson 2009. p. 36. Məktəbin onuncu direktoru polkovnik Kevin Bensonun sözlərinə görə, "Ordu və SAMS döyüş sınağı ilə üzləşdi və yüksək təhsilli planlayıcılardan ibarət yeni qrup bu sınaqdan uğurla keçdi."Benson 2009. p. 38. Panama missiyasından sonra ordu komandanlığı əlavə missiyalara üçün SAMS ilə daha da sıx əlaqəyə keçdi. 1990-cı illərin əvvəllərində ABŞ ordusu hərbi doktrinanın inkişafına kömək etmək üçün məktəbə müraciət etdi. Polkovnik-leytenant Tomas E. Mitçell, polkovnik Ceyms Makdono (beşinci SAMS direktoru) və SAMS komandasının digər üzvləri 1990-1993-cü illərdə ABŞ ordusunun 100-5 "Əməliyyatlar" doktrinal təlimatının yenidən işlənməsinə yardım göstərdilər.Romjue 1996. pp. 27–28, 31–33, 39–40, 44, 46, 51, 109.
General-leytenant Qay K. Svon Berlin divarının yıxılması və Varşava müqaviləsinin ləğvindən sonra SAMS məzunlarının Avropada əvəzolunmaz olduğunu söyləmişdir.Bower 2010. Onlardan "Ümumi Müdafiə Planında təsbit edilmiş onilliklər ərzində aparılan planlaşdırmanın nəticələrini demək olar ki, bir gecədə yenidən işləmələri" gözlənilirdi. Svon bunun "SAMS-in genişmiqyaslı ilk əsl sınağı" olduğunu demişdi. SAMS məzunları, xüsusən də müharibənin ilk mərhələlərində "Səhra Qalxanı/Səhra Fırtınası" əməliyyatlarında xidmət etmiş və general Norman Şvartskopfun məşhur "sol qarmaq" manevrini inkişaf etdirmək üçün istifadə etdiyi "Cedi cəngavərləri" adlı bir qrup yaratmaqla tanınmağa başlamışdılar.United States Army Command and General Staff College Public Affairs 2010. SAMS məzunları həmçinin ilkin planlaşdırmadan kənar vəzifələrdə də xidmət etmiş və 1991-ci ilin fevral ayına qədər 82 məzun müxtəlif teatr tapşırıqlarında iştirak etmişdir.U.S. News and World Report 1992. p. 288. Nəticədə, ABŞ ordusunun rəhbərliyi SAMS-i "üst səviyyəli planlayıcılar" mənbəyi kimi qəbul edir.Benson 2009. p. 42. left|thumb|1994-cü ildən 2011-ci ilə qədər SAMS-in evi olan "Eisenhower Hall" "Səhra fırtınası"ndan sonra ordu müharibədən başqa sülhməramlı və sülhün təmin edilməsi əməliyyatları kimi hərbi əməliyyatlarla da mübarizə aparırdı.Benson 2009. p. 44. Məktəb və onun məzunları Bosniya, Haiti və Somalidəki vəziyyətləri araşdırdılar. Məzunlar həmçinin Mülki hakimiyyət orqanlarının müdafiəsinə dəstək missiyalarında iştirak etdilər. Tədris materialları 1990-cı illərdə dəyişməyə davam etdi. Polkovnik Qreqori Fontenotun rəhbərliyi altında məktəb 1994-cü ilin oktyabrında Fort Livenvortdakı "Flint Hall"-dan "Eisenhower Hall"-a köçürüldü. Sonrakı illərdə məktəb rəhbərliyi seminarların və mülki fakültələrin sayını genişləndirdi.Benson 2009. pp. 46–47, 50–51, 53. İyirmi birinci əsrdə ordu SAMS-in dəstəyindən yararlanmağa davam edir. SAMS planlayıcıları qlobal terrorla mübarizədə mühüm rol oynayıblar. 2002-ci ildən başlayaraq, ABŞ Mərkəzi Komandanlığı SAMS və onun qardaş məktəblərindən planlaşdırıcıları xidmətə cəlb etdiBenson 2009. pp. 48–49.: SAMS modelinə əsasən yaradılmışWest 1991. p. 10. Hava Qüvvələrinin "Qabaqcıl Hava və Kosmik Tədqiqatlar Məktəbi" (SAASS) və Dəniz Piyadaları Korpusunun "Qabaqcıl Hərb Məktəbi" (SAW). 2002 və 2003-cü il siniflərindən olan SAMS tələbələri İraqa hücum hazırlıqları və döyüşdən sonrakı işğal strategiyasında planlaşdırıcı kimi iştirak etdilər.Benson 2009. pp. 49.
Məktəb dəyişməyə və inkişaf etməyə davam etdi və 2005-2006-cı illərdə müəllim heyətinin əlavə olaraq genişlənməsi baş verdi. Bundan əlavə, təqaüdçülər üçün tədris planı Qabaqcıl Hərbi Tədqiqatlar Proqramından (AMSP) daha da uzaqlaşdı.Benson 2009. pp. 50–51. SAMS-də təlim keçmiş planlayıcılarına artan tələbata uyğunlaşmaq üçün ordunun Təlim və Doktrina Komandanlığının komandiri Ordunun qərargah rəisi tərəfindən təsdiqlənən genişləndirməyə rəhbərlik etdi və 2007-ci ildə məktəbin on birinci dirketoru polkovnik Stiv Banax qışdan başlayan kursu başlatdı.Benson 2009. pp. 53. Bu dövrdə SAMS əməliyyatların və fövqəladə tədbirlərin planlaşdırılmasında ön qərargahlara kömək etmək üçün planlaşdırıcılar göndərdi.Benson 2009. pp. 52. Məktəb 30 avqust 2011-ci ildə Fort Livenvortdakı yeni təmir edilmiş "Muir Hall" adlı binaya köçdü.Erickson 2011.
Töhfələri SAMS məzunları 1984-2009-cu illər arasında ABŞ-nin bütün böyük hərbi kampaniyalarına dəstək veriblər.Huntoon 2009. p. 2. SAMS məzunları "tənqidi düşünmə bacarıqları" ilə tanınırlarBower 2010. p. 1. və dünyanın hər yerindəki döyüş komandirləri tərəfindən daim tələb olunurlar.Huntoon 2009. p. 4. 2010-cu ildə briqada generalı Şon Makfarland demişdi: "Böhran vəziyyətində prezident həmişə soruşur: "Təyyarədaşıyanlar haradadır?" Orduda liderlər soruşurlar: "SAMS məzunları haradadır?" Təyyarədaşıyan gəmi dəniz müharibəsində oyunu dəyişdirdiyi kimi, SAMS məzunları və əməliyyat sənəti mütəxəssisləri də quru müharibəsində oyunu dəyişdirənlər olublar."
Məktəb ABŞ-nin yüksək rütbəli hərbi liderləri tərəfindən təriflənib. General-mayor Devid Hoqun sözlərinə görə, "SAMS mürəkkəb ideyaları qəbul edə və yekdil planlar hazırlaya bilən bacarıqlı planlaşdırıcılar yetişdirmək nüfuzuna malikdir."Bower 2011. 2010-cu ildə ordu qərargah rəisinin müavini Piter Kyarelli SAMS-in "XXI əsrdə strateji hərbi planlaşdırmanı yenidən qurmaq səylərinin ön sıralarında" olduğunu söyləmişdir.
Maddi-texniki baza və tələbə kontingenti thumb|"Muir Hall" 2014-cü il etibarilə SAMS tədris müəssisələri əsasən vaxtilə tövlə olan "Muir Hall"2014-cü il etibarilə SAMS tədris müəssisələri əsasən vaxtilə tövlə olan "Muir Hall" və "Flint Hall"-da yerləşir. Qabaqcıl Hərbi Tədqiqatlar Proqramı (AMSP) kursları əsasən hazırkı SAMS qərargahı olan "Muir Hall"-da tədris olunur, "Flint Hall" isə əlavə AMSP seminarlarına ev sahibliyi edir. Hər iki bina 2011-ci ildə təmir edilib və sinif otaqlarında təxminən 16-18 tələbə və bir təlimatçıdan ibarət seminarlar keçirilir. "Muir Hall"-un təmirinə 12,2 milyon dollar xərclənib, o büdcədən 3 milyon tələbələrin rəqəmsal şəkildə əməkdaşlıq etməsinə imkan verən informasiya sistemlərinin qurulmasına sərf olunub.