"Shh" — Kipr müğənnisi və mahnı müəllifi Teo Evanın ifa etdiyi, Dimitris Kontopulos, Elke Til, Elsi Bey, Lasse Nyuman və Linda Deyl tərəfindən yazılmış mahnı. Kompozisiya 11 mart 2025-ci il tarixində işıq üzü görmüş və Avroviziya Mahnı Müsabiqəsində Kipri təmsil etmişdir.
Tarixi və yaradılması "Shh" mahnısı Dimitris Kontopulos, Elke Til, Elsi Bey, Lasse Nyuman və Linda Deylin birgə müəllifliyi ilə ərsəyə gəlmişdir. Mahnının özü və onun səhnə performansı Vitruvian adamından ilhamlanaraq hazırlanmışdır.
Avroviziya Mahnı Müsabiqəsi Daxili seçim 2024-cü ilin iyul ayında 2025-ci il müsabiqəsi üçün Kipr təmsilçisinin axtarışlarına artıq başlanıldığı barədə məlumat verilmişdir. Seçim prosesi musiqi mütəxəssislərindən və "Avroviziya" ekspertlərindən ibarət fokus-qrup vasitəsilə həyata keçirilmişdir. 2024-cü ilin avqust ayının sonlarında ifaçı və mahnının artıq seçildiyi bildirilmiş, sentyabrın 2-də isə təmsilçinin Teo Evan olduğu rəsmən elan edilmişdir. "Shh" mahnısı 11 mart 2025-ci il tarixində təqdim olunmuşdur.։ «Shh» երգը թողարկվել է 2025 թվականի մարտի 11-ին
Avroviziyada 2025 Avroviziya Mahnı Müsabiqəsi İsveçrənin Bazel şəhərində keçirilmişdir. Müsabiqə 13 və 15 may 2025-ci il tarixlərində baş tutan iki yarımfinaldan və 17 may 2025-ci il tarixində keçirilən final mərhələsindən ibarət olmuşdur. 28 yanvar 2025-ci il tarixində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Kipr birinci yarımfinalda çıxış etmək hüququ qazanmışdır. Mahnı böyük final mərhələsinə vəsiqə qazana bilməmişdir.
İstinadlar
Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2025-ci ilin mahnıları Kateqoriya:2025-ci ilin sinqlları