Severin əsl adı Jozian Qrizo (; ) — Fransa müğənnisi. O, "A bench, a tree, a street" mahnısı ilə Monakou təmsil etdiyi 1971-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Həyatı Jozian Qrizo 10 oktyabr 1948-ci ildə Parisdə anadan olub. Məktəbi bitirdikdən sonra xarici dil müəllimliyi ixtisası üzrə təhsil alıb və eyni zamanda müxtəlif həvəskar kollektivlərdə mahnı oxuyub. İlk sinqlını 1969-cu ildə yazdırıb.

1971-ci il "Avroviziya" mahnı müsabiqəsində Monakonu təmsil edərək, "Un banc, un arbre, une rue" mahnısı ilə qələbə qazanıb. Bununla belə, müğənninin sözlərinə görə, o, qələbəsindən əvvəl də, sonra da heç vaxt Monakoda olmayıb. Müğənni qalib gəldiyi mahnını ingilis, alman və italyan dillərində də yazdırıb ki, bunun sayəsində mahnı Kanada və İsveç hit-paradlarında birinci, Benilüks ölkələrində ikinci, İrlandiyada isə üçüncü yeri tutub. Co Dassen və Mişel Sardu kimi ulduzlarla birgə proqramlarda çıxış edib.Séverine in Dublin 1971 (1971) Séverine was born on 10 October 1948 in Paris, France. She is an actress, known for Heute hau'n wir auf die Pauke (1972), Rider on the Rain (1970) and Du soleil plein les yeux (1970).

1970-ci illərdə səhnə karyerasını Almaniya Federativ Respublikasında (AFR) davam etdirib və eyni zamanda 1976 və 1982-ci illərdə "Avroviziya" müsabiqəsi üçün Qərbi Almaniyanın milli seçimlərində iştirak edib. 1999-cu ildə Parisə geri dönüb və hazırda orada musiqi məktəbində vokal dərsləri keçir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Monakonun "Avroviziya" təmsilçiləri