Azərbaycan 2004 Yay Olimpiya Oyunlarında — 2004-cü ilin 11-30 avqust tarixlərində Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Afina Olimpiadasında 37 idmançı ilə 10 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Afina Olimpiadasını 5 medalla (1 qızıl və 4 bürünc) başa vurdu. Komandanın heyətində yunan-roma güləşçisi Fərid Mansurov final görüşündə qələbə qazanaraq Afina Olimpiadasının qalibi oldu. Güllə atıcısı İradə Aşumova və stend atıcısı Zemfira Meftahətdinova, həmçinin bojsçular Fuad Aslanov və Ağası Məmmədov isə Afina Olimpiadasını bürünc medalla başa vurdu.

Afina Olimpiadasında 1 qızıl və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 50-ci pillədə, medalların sayına görə isə 44-cü pillədə qərarlaşdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust 2004-cü il tarixli Sərəncamına əsasən Afina Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 500 milyon ₼ (onun məşqçisinə 250 milyon ₼), gümüş medal qazanan idmançıya 250 milyon ₼ (onun məşqçisinə 125 milyon ₼), bürünc medal qazanan idmançıya 120 milyon ₼ (onun məşqçisinə isə 60 milyon ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 3 nəfər "Şöhrət" ordeni, 8 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi.

Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası XXXVIII Yay Olimpiya Oyunlarını 5 medalla (1 qızıl və 4 bürünc) başa vurdu.

Yunan-roma güləşçisi Fərid Mansurov final görüşündə qələbə qazanaraq Afina Olimpiadasının qalibi oldu. Güllə atıcısı İradə Aşumova və stend atıcısı Zemfira Meftahətdinova, həmçinin bojsçular Fuad Aslanov və Ağası Məmmədov isə Afina Olimpiadasını bürünc medalla başa vurdu.

MedalMedalçıİdman növüYarışTarix25x25pxFərid MansurovGüləşYunan-roma güləşi, 66 kq.25 avqust25x25pxİradə AşumovaAtıcılıqQadınlar, 25 m., tapança18 avqust25x25pxZemfira MeftahətdinovaAtıcılıqQadınlar, stend19 avqust25x25pxFuad AslanovBoksKişilər, 51 kq.29 avqust25x25pxAğası MəmmədovBoksKişilər, 54 kq.29 avqust

İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Güləş1002.Atıcılıq0023.Boks002

Komandanın heyəti Azərbaycan Afina Olimpiadasında 10 idman növü üzrə 37 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının artım tempinin davamı idi — Azərbaycanı 1996-cı il Atlanta Olimpiadasında 23 idmançı, 2000-ci il Sidney Olimpiadasında isə 31 idmançı təmsil eləmişdi. Komandanın heyətində 37 idmançıdan 6-sı qadın idi. Bundan əvvəl Azərbaycanı 1996-cı il olimpiadasında üç qadın, 2000-ci il olimpiadasında isə altı qadın idmançı təmsil edirdi.

Azərbaycan 1996 və 2000-ci illərdə Olimpiya Oyunlarında suya tullanma turnirində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növü üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycan Olimpiya Oyunlarında birinci dəfə bədii gimnastların və taekvondoçuların turnirlərində təmsil olundu.

Komandanın heyətində 37 idmançıdan 24 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 13 idmançıdan üç nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — Olimpiadanın qalibləri Zemfira Meftahətdinova (atıcılıq) və Namiq Abdullayev (sərbəst güləş), bürünc medalçı Vüqar Ələkbərov (boksçu).

Komandanın ən yaşı üzvü 46 yaşlı güllə atıcısı İradə Aşumova, ən gənc üzvü isə 17 yaşlı üzgüçü Nataliya Filina idi.

Azərbaycan Milli Olimpiya Komandasının heyəti

Nəticələri Ağır atletika

DNF — bitirmədi

Afina Olimpiadasında ağır atletlərin turnirləri 14-25 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə beş atlet — Dünya və Avropa Çempionatlarının qalibi Nizami Paşayev, Dünya və Avropa Çempionatlarının bürünc medalçıları Asif Məlikov və Turan Mirzəyev, həmçinin Əlibəy Səmədov və Alan Naniyev təmsil etdi.

Avqustun 16-da -62 kq. turnirində çıxış edən Asif Məlikov mübarizə apardı. Birdən qaldırma mərhələsində Asif Məlikov birinci cəhdində 150.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilməsə də, növbəti cəhdində ştanqı qaldırmağı bacardı. Üçüncü cəhdində 120.0 kiloqramlıq ştanqı sifariş versə də Asif Məlikov bunun öhdəsindən gələ bilmədi və birdən qaldırma turnirini başa vurdu (nəticəsi 115.0). Təkanla qaldırma mərhələsində Asif Məlikov birinci cəhdində 145.0 kiloqramlıq, növbəti cəhdində isə 150.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhsində 155.0 kiloqramlıq ştanqı sifariş versə də Asif Məlikov bunun öhdəsindən gələ bilmədi və mərhələni başa vurdu (nəticəsi 150.0). Ümumi nəticədə isə Asif Məlikov 265.0-lıq (115.0+150.0) nəticə ilə olimpiadanı 16 atlet sırasında 12-ci pillədə başa vurdu.

Avqustun 18-də iə 69 kq. turnirində çıxış edən Turan Mirzəyev mübarizə apardı. Birdən qaldırma turnirində Turan Mirzəyev birinci cəhdində 147.5 kiloqramlıq ştanqın öhdəsindən gələ bilsə də, növbəti cəhdlərindən 152.5 kiloqramlıq ştanqı qaldırmağı bacarmadı. Bununla da Turan Mirzəyev birdən qaldırma turnirində dördüncü pillədə qərarlaşdı (nəticəsi 147.5). Təkanla qaldırma turnirində Turan Mirzəyev birinci cəhdindən 180.0, növbəti cəhdində isə 185.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhsində 190.0 kiloqramlıq ştanqı sifariş verən Turan Mirzəyev bunu qaldırmağı bacarsaydı olimpiadanı medalla başa vuracaqdı. Amma Turan Mirzəyev bunun öhdəsindən gələ bilmədi və mərhələni 185.0-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə Turan Mirzəyev 332.6-lıq (147.5+185.0) nəticə ilə olimpiadanı dördücü pillədə başa vurdu.

Daha sonra 95 kq. turnirində çıxış edən Əlibəy Səmədov və Nizami Paşayev mübarizə apardı. Əlibəy Səmədov birdən qaldırma mərhələsində birinci cəhdində 155.0, növbəti cəhdində isə 160.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində 165.0 kiloqramlıq ştanqı qaldırmağı bacaran Əlibəy Səmədov birdən qaldırma mərhələsini başa vurdu (nəticəsi 165.0). Təkanla qaldırma mərhələsində isə Əlibəy Səmədov birinci cəhdində 195.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində 200.0 kiloqramlıq ştanq sifariş verən Əlibəy Səmədov ştanqı qaldıran zaman zədələndi və turnirdə mübarizəsini başa vurdu. Ümumi nəticədə Əlibəy Səmədov olimpiadanı 360.0-lıq (165.0+195.0) nəticə ilə 15-ci pillədə başa vurdu. Həmin turnirdə mübarizə aparan digər atlet Nizami Paşayev isə olimpiada da uğursuz çıxış etdi. Nizami Paşayev birdən qaldırma mərhələsində hər üç cəhdində 180.0 kiloqramlıq ştanq sifariş versə də, hər üçünün öhdəsindən gələ bilmədi və turniri nəticəsiz başa vurdu.

Avqustun 24-də isə 105 kq. turnirində çıxış edən Alan Naniyev mübarizə apardı. Birdən qaldırma turnirində Alan Naniyev birinci cəhdində 190.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilməsə də, növbəti cəhdində ştanqı qaldırmağı bacardı. Bununla da Alan Naniyev birdən qaldırma turnirində beşinci pillədə qərarlaşdı. Təkanla qaldırma turnirində Alan Naniyev birinci cəhdində 190.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilməsə də, növbəti cəhdində ştanqı qaldırmağı bacardı. Sonuncu cəhsində 227.5 kiloqramlıq ştanqı sifariş verən Alan Naniyev bunu qaldırmağı bacarsaydı olimpiadanı medalla başa vuracaqdı. Amma Alan Naniyev bunun öhdəsindən gələ bilmədi və mərhələni 220.0-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Alan Naniyev 410.0-lıq (190.0+220.0) nəticə ilə olimpiadanı altıncı pillədə başa vurdu.

İdmançıYarışBirdən qaldırmaTəjanla qaldırmaÜmumiYerNəticəNəticəAsif Məlikov -62 kq.115.0115.0120.0115.0145.0150.0155.0150.0265.012Turan Mirzəyev -69 kq.147.5152.5152.5147.5180.0185.0190.0185.0332.54Əlibəy Səmədov -94 kq.155.0160.0165.0165.0195.0200.0DNF195.0360.015Nizami Paşayev180.0180.0180.0DNFN/ADNFAlan Naniyev -105 kq.190.0190.0195.0190.0220.0220.0227.5220.0410.06

Atıcılıq

Q — növbəti mərhələyə adladı

Afina Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 8-18 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə İradə Aşumova və Zemfira Meftahətdinova təmsil etdi. İradə Aşumova 2002-ci il Dünya Çempionatının gümüş medalçısı idi. Zemfira Meftahətdinova isə 2 dəfə Dünya, 5 dəfə Avropa Çempionatlarının, həmçinin 2000-ci il Sidney Olimpiadasının qalibi olan titullu idmançı idi və Azərbaycan yığmasının əsas "medal ümidi" idi.

Avqustun 15-də 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində çıxış edən İradə Aşumova mübarizə apardı. Turnirin təsnifat mərhələsində İradə Aşumova 400 xaldan 386-sını toplamağı bacardı. Nəricədə İradə Aşumova 40 idmançı sırasında sadəcə Serbiya və Monteneqro nümayəndəsi Yasna Seraçiçdən geri qalaraq final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində 8 idmançı mübarizə apardı. İradə Aşumova final mərhələsinin favoritlərindən biri olsa da, nəticədə uğursuz çıxış etdi. 1-5-ci atışlardən sonra İradə Aşumova 50.7 balla mərhələnin lideri idi. Amma 6, 7 və 10-cu atışları uğursuz olan İradə Aşumova ümumi nəticədə 482.4 balla Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.

Avqustun 18-də isə İradə Aşumova 25 metr məsafəyə tapançadan atəşaçma turnirində mübarizə apardı. İradə Aşumova bu turnirin əsas favoriti hesab olunurdu. Məhz bu turnirdə İradə Aşumova 2003-cü ildə Dünya Çempionatının gümüş medalına sahib olmuşdu. İradə Aşumova təsnifat mərhələsində 600 xaldan 588-zini toplamağı bacardı və nəticədə mərhələni 38 idmançı sırasında birinci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı. Final mərhələsi gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə İradə Aşumova final mərhələsində 99.4 bal topladı və sadəcə Bolqarıstan nümayəndəsi Mariya Qozdeva və Çexiya nümayəndəsi Lena Hiovadan geri qalaraq üçüncü pillənin sahibi oldu. Bu minvalla da İradə Aşumova Afina Olimpiadasını bürünc medalla başa vurdu. Bu medal Azərbaycanın Afina Olimpiadasında birinci medal oldu. Azərbaycan Atıcılıq Federasiyasının Prezidenti Vaqif Axundovun sözlərinə görə "İradə Aşumovanın qızıl medal qazana bilərdi, amma son atışları dəqiq olmadığına görə o, bürünc medalla başa vurdu olimpiadanı".

Avqustun 19-da Azərbaycan yığmasının lideri Zemfira Meftahətdinova stend atıcılığı turnirində mübarizə apardı. Son olimpiya çempionu Zemfira Meftahətdinova ötən dörd il ərzində Dünya və Avropa Çempionatlarının qalibi olmuşdu və medala iddialı idi. 12 idmançının mübarizə apardığı təsnifat mərhələsində Zemfira Meftahətdinova birinci cəhdində 25 xal topladı. Növbəti cəhdində də 25 xal toplamağı bacaran Meftahətdinova, üçüncü cəhdində uğurlu seriyanın davamını gətirə bilmədi və cəmi 22 xal topladı. Bununla da o, təsnifat mərhələsini 72 balla tamamladı və sadəcə Macarıstan nümayəndəsi Diana İqalidən geri qaldı. Final mərhələsi isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Zemfira Meftahətdinova 22 xal topladı və altı idmançı arasında dördüncü pillədə qərarlaşdı. Amma ümumi nəticə həm təsnifat mərhələsi, həm də final mərhələsinin nəticələrinə əsasən aparıldığına görə Zemfira Meftahətdinova 94 xalla üçüncü pillədə qərarlaşdı. Bununla da o, XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Bununla da Zemfira Meftahətdinova Olimpiya Oyunlarında 2 dəfə medala sahib olan birinci qadın idmançı oldu. Olimpiadanın qalibi isə Macarıstan nümayəndəsi Diana İqali oldu.

İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerQadınlarİradə Aşumova25 m., tapança5881 Q688.425x25px10 m., hava tapançası3862 Q482.48Zemfira MeftahətdinovaStend722 Q9425x25px

Bədii gimnastika

Q — növbəti mərhələyə adladı

Afina Olimpiadasında bədii gimnastların turnirləri 26–30 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Anna Qurbanova təmsil etdi. 2003-cü ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Dünya Çempionatının nəticələrinə əsasən əslində Dinarə Gimatova olimpiya lisenziyasına sahib olmuşdu və Azərbaycanı o, təmsil eləməli idi. Amma avqustda Patras şəhərində (Yunanıstan) təlim-məşq toplanışları zamanı Dinarə Gimatovanın ayağı burxuldu və yığmanın məşqçiləri onu Anna Qurbanova ilə əvəzlədi.