Gürcüstan 2025 Avroviziya Mahnı Müsabiqəsində — Gürcüstanın 2024-cü il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Gürcüstanı 2024-cü il Avroviziya Mahnı Müsabiqəsində Ada Satka və Darko Dimitrov tərəfindən qələmə alınmış, Nutsa Buzaladzenin ifasında "Firefighter" mahnısı təmsil etmişdir. Müsabiqədə iştirak edən Gürcüstanın teleradio şirkəti – Gürcüstan İctimai Yayımçısı, yarışma üçün öz təmsilçisini daxili seçim yolu ilə müəyyənləşdirmişdir.
Gürcüstan Avroviziya Mahnı Müsabiqəsinin 9 may 2024-cü ildə baş tutan ikinci yarımfinal mərhələsinə düşmüş və səhnəyə 11-ci sırada çıxması qərara alınmışdır. Şounun sonunda "Firefighter" mahnısının ikinci yarımfinalda ilk onluğa daxil olduğu bəyan edilmiş və beləliklə, Gürcüstan finala vəsiqə qazanmışdır ki, bu da ölkənin 2016-cı il iştirakından bəri ilk finala yüksəlməsi olmuşdur. Sonradan məlum olmuşdur ki, Gürcüstan yarımfinalda mübarizə aparan on altı ölkə arasında 54 xal toplayaraq səkkizinci yeri tutmuşdur. Final mərhələsində Gürcüstan səhnəyə 24-cü sırada çıxmış və yarışan 25 ölkə arasında ümumilikdə 34 xal toplayaraq 21-ci sırada qərarlaşmışdır.
= Zəmin ° Müsabiqədə iştirak edən rəsmi yayımçı kimi Gürcüstan İctimai Yayımçısı, Avroviziya Mahnı Müsabiqəsi üçün öz təmsilçisinin seçilməsini təşkil etmiş və tədbiri ölkə daxilində nümayiş etdirmişdir. Əvvəllər o, müsabiqə iştirakçılarını həm milli seçim turları, həm də daxili seçim vasitəsilə müəyyənləşdirmişdir. 2023-cü il müsabiqəsində iştirak üçün yayımçı öz təmsilçisini "Gürcüstanın Səsi" (The Voice Georgia) realiti-şousu vasitəsilə seçmişdir. 15 sentyabr 2023-cü ildə Gürcüstan İctimai Yayımçısı 2024-cü il müsabiqəsində iştirak etmək niyyətini təsdiqləmişdir.
Avroviziyada
Daxili seçim 12 yanvar 2024-cü ildə GPB daxili seçim yolu ilə Nutsa Buzaladzenin 2024-cü il müsabiqəsində ölkə təmsilçisi olduğunu elan etmiş və maraqlı bəstəkarların öz müraciətlərini təqdim etmələri üçün 13–30 yanvar tarixlərini əhatə edən müddət ayırmışdır. Bu müddətin sonuna qədər təqribən 300 müraciət daxil olmuşdur. 2024-cü ilin fevral ayının ortalarına doğru "Firefighter" ("Yanğınsöndürən") adlı mahnı seçilmiş və Buzaladze tanınmış mahnı müəllifi və Avroviziya prodüseri Darko Dimitrov ilə birgə hazırlıqlara başlamışdır. Mahnı 11 mart tarixində işıq üzü görmüşdir.
Təbliğat kampaniyası Müsabiqədəki iştirakının təbliği çərçivəsində Buzaladze 30 mart 2024-cü ildə Madriddə keçirilən "PrePartyES" tədbirinə, 7 aprel 2024-cü ildə Londondakı "Eurovision Party" gecəsinə və 13 aprel 2024-cü ildə Amsterdamda baş tutan "Eurovision in Concert" proqramına qatılmışdır. Bundan əlavə, o, 21 mart 2024-cü ildə Tbilisi şəhərində UEFA Avro 2024 turniri çərçivəsində Gürcüstan və Lüksemburq yığmaları arasında keçirilən seçmə mərhələ oyunu zamanı "Firefighter" mahnısını canlı ifa etmişdir.
İstinadlar
Kateqoriya:Gürcüstan Avroviziya Mahnı Müsabiqəsində