Rusiya 2021 Avroviziya Mahnı Müsabiqəsində — Rusiyanın 2021-ci il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Rusiya sonuncu dəfə 18–22 may 2021-ci il tarixlərində Rotterdamda keçirilmiş "Avroviziya-2021" mahnı müsabiqəsində iştirak etmişdir. Milli seçim turunun nəticələrinə əsasən, Rusiyanı müsabiqədə "Russian Woman" mahnısı ilə müğənni Manija Sangin təmsil etmişdir. İfaçı birinci yarımfinalda 3-cü nömrə altında çıxış etmiş, nəticədə 225 xal toplamaqla finala vəsiqə qazanmışdır. Finalda Manija 5-ci nömrə altında səhnəyə çıxmış və 204 xalla 9-cu yeri tutmuşdur.
Həmin il müsabiqənin yayımçısı "Pervı bural" ("Birinci kanal") olmuş, şounu isə Yana Çurikova və Yuri Aksyuta şərh etmişdir. Rusiyanın səsvermə nəticələrini Polina Qaqarina elan etmişdir.
Daxili seçim "Avroviziya-2020" müsabiqəsi COVID-19 pandemiyası səbəbindən ləğv edildiyi üçün "Little Big" qrupunun növbəti il keçiriləcək müsabiqədə avtomatik olaraq iştirak edəcəyi ehtimal olunurdu, lakin 8 mart 2021-ci il tarixində, milli seçimin keçirildiyi gün "Pervı kanal"ın canlı efirində qrup "Avroviziya-2021" müsabiqəsində iştirak etməkdən imtina etdiyini bildirmişdir.
Milli seçimin keçiriləcəyi elan olunana qədər kütləvi informasiya vasitələrində müsabiqəyə qatıla biləcək müxtəlif təmsilçilər barədə məlumatlar yayımlansa da, "Pervı kanal"ın direktoru Konstantin Ernst bu xəbərləri təsdiqləməmişdir.
2 mart 2021-ci il tarixində "Pervı kanal" 2012-ci ildən bəri ilk dəfə olaraq "Avroviziya-2021" təmsilçisinin milli seçim vasitəsilə müəyyənləşəcəyini bəyan etmişdir. 8 mart 2021-ci il tarixində, saat 20:00-da telekanalın canlı efirində "Avroviziya" mahnı müsabiqəsi üçün milli seçim turu baş tutmuşdur. Seçimdə kanal tərəfindən öncədən müəyyən edilmiş üç potensial iştirakçı elan olunmuşdur. Seçim turuna "Future Is Bright" mahnısı ilə "Therr Maitz" qrupu, "Bitter Words" kompozisiyası ilə "2Maşi" dueti və "Russian Woman" mahnısı ilə müğənni Manija qatılmışdır. İştirakçıların çıxışlarından sonra SMS səsverməsi başladılmışdır. Səsvermənin nəticələri "Vremya" proqramından sonra canlı efirdə açıqlanmışdır. Nəticələrə əsasən, Manija "Russian Woman" kompozisiyası ilə səslərin 39,7%-ni toplayaraq milli seçimin qalibi olmuşdur. Seçim turunun aparıcılığını Yana Çurikova etmişdir. Ведущей отбора стала Яна Чурикова
Avroviziyada Müsabiqə iştirakçılarının çıxış ardıcıllığı püşkatması qüvvədə saxlanılmışdır. Beləliklə, Rusiya təmsilçisi 18 may 2021-ci il tarixində birinci yarımfinal çərçivəsində üçüncü nömrə altında çıxış etmişdir. Səsvermənin nəticələrinə görə, Manija müsabiqənin finalına vəsiqə qazanmışdır. 22 may 2021-ci il tarixində müğənni finalda 5-ci nömrə altında çıxış etmişdir. Peşəkar münsiflər heyətinin səsverməsinə əsasən, Manija 104 xalla səkkizinci sırada qərarlaşsa da, tamaşaçılar Rusiyaya cəmi 100 xal vermişdir. Bu isə ölkəni ümumilikdə 204 xalla 9-cu yerə çıxarmışdır.
"Avroviziya" səhnəsində çıxış zamanı Manijanı dörd bək-vokalçı müşayiət etmişdir: Artemi Çirs, Aleksandr Kudinov, İyulina Popova və Vasilisa Savoskina. İfaçının sözlərinə görə, geyim ideyası onun anası Nəcibə Usmanovaya məxsus olmuşdur.
Libas üçün istifadə olunan parça parçaları xalqların çoxşaxəliliyini simvolizə etmək məqsədilə müxtəlif millətlərdən olan qadınlar tərəfindən göndərilmişdir. Buraxılışın birinci hissəsi qızları təsvir edən rəsmlərlə müşayiət olunurdu. Nömrənin ikinci hissəsində otağın arxasındakı ekranda müxtəlif qadınların mahnının nəqarətini ifa etdiyi video ardıcıllığı nümayiş etdirilmişdir.
İstinadlar
Kateqoriya:Rusiya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:2021-ci ildə Rusiya