"Jurnal de Pari" (, həmçinin Poste de Paris, Poste du soir) — ilk Fransa gündəlik qəzeti. 1777–1840-cı illərdə nəşr olunmuşdur.

Tarixi Qəzet ingilisdilli "London Evening Post" nəşrinin nümunəsində Antuan Kade de Vo, Jan Romiyi, Lui d'Ussyö və Olivye de Koranse tərəfindən təsis edilmişdir. Kiyo tərəfindən in-kvarto formatında çap olunmuşdur.

Qəzetdə ədəbi xəbərlər, tamaşalara resenziyalar, Parisin və tanınmış parisli şəxslərin həyatından hekayələr dərc edilmişdir. Səhifələrdə, həmçinin hava proqnozu, lotereya nəticələri və Sena çayının səviyyəsi barədə məlumatlar yer almışdır.

Qəzet qısa müddətdə uğur qazanmış, artıq 1790-cı ildə onun tirajı 12 000 nüsxə təşkil etmişdir. Fransa inqilabı dövründə qəzet tərəfindən hazırlanan hesabatlar ən yaxşılardan biri hesab olunmuşdur, lakin montanyarlar 10 avqust 1792-ci il tarixində qəzetin nəşrini dayandırmışdır (həmin ilin dekabr ayında qəzetin fəaliyyəti yenidən bərpa olunmuşdur).

1811-ci ildə qəzet "Courier of Europe" nəşrini satın almışdır. X Karlın hakimiyyəti dövründə hökumətin rəsmi mətbuat orqanı kimi fəaliyyət göstərmişdir.

Qəzetin tam arxivi Belçika Kral Kitabxanasında II 50.097 A kataloq nömrəsi altında saxlanılır.

İstinadlar

Əlavə ədəbiyyat Charles Palissot de Montenoy. Réclamation d’un homme de lettres contre MM. Romilly, Cadet, Corancet, Xhrouet, entrepreneurs associés du «Journal de Paris». Paris, Impr. de Moutard, In-quarto. Dictionnaire des journaux 1600—1789, Paris, Universitas, 1992. Thierry Lentz. La presse républicaine modérée sous la Convention thermidorienne et le Directoire : Pierre-Louis Roederer, animateur et propriétaire du Journal de Paris et du Journal d’économie publique. // Revue historique, 1994, CCXCII/2, p. 297—313. Kateqoriya:Fransa qəzetləri