Edvard Mozer — ()Rogers K. Edvard I. Moser // Encyclopædia Britannica (англ.)Edvard Moser // Brockhaus Enzyklopädie (нем.) — F.A. Brockhaus, 1796. norveçli psixoloq və neyrofizioloqdur. O, 2014-cü ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.
Norveç Elmlər Akademiyasının və Leopoldina (2016-cı il), ABŞ Milli Elmlər Akademiyasının (2014-cü il) və Amerika Fəlsəfə Cəmiyyətinin (2015-ci il)Newly Elected - April 2015 | American Philosophical Society xarici üzvüdür.
Tronheymdəki Norveç Elm və Texnologiya Universitetinin doktoru, professorudur. Edvard Mozer və Mey-Britt Mozer beynin məkanını nümayiş etdirmək mexanizminin öyrənilməsində qabaqcıllardır; bərabər 1996-cı ildə Norveç Elm və Texnologiya Universitetində müəllim heyətinə qoşulmuşdular və 2002-ci ildə Yaddaş Biologiyası Mərkəzini yaratmışdılar. 2007-ci ildə bura Kavli İnstitutuna çevrilmişdi.
O, bir neçə fəxri elmi mükafata, o cümlədən Louisa Gross Horvitz Mükafatı (2013-cü il) və Karl Spenser Leşli Mükafatı (2014-cü il) mükafatlarına layiq görülmüşdür. 2014-cü ildə o və Mey-Britt Mozer "Beyində yerləşdirmə sistemi meydana gətirən hüceyrələrin kəşfinə görə" Fiziologiya və ya Tibb üzrə Nobel mükafatını almışdırlar.
Həyat yolu Edvard Mozer Oslo Universitetindən birincisi 1985-ci ildə riyaziyyat və statistika üzrə, ikincisi 1990-cı ildə psixologiya üzrə və üçüncüsü isə eyni ildə neyrobiologiya üzrə dərəcə almışdır. Daha sonra E.Mozer 1995-ci ildə professor Per Andersenin rəhbərliyi altında Universitetdə neyrofiziologiya üzrə doktorluq dərəcəsi almışdır.Moser, M-B. (1995). Structural correlates of spatial learning in the hippocampus of adult rats. Thesis for the degree of Dr. Philos., University of Oslo (Defended on 9th December 1995)
Paralel olaraq 1994-cü ildən 1996-cı ilə qədər E.Mozer Edinburq Universitetinin Neyrologiya Mərkəzində Riçard Morninqstar ilə bərabər aspirantura təhsili almış və London Universitet Kollecindəki Con O'Kifinin laboratoriyasında dəvətli elmi işçi olmuşdur. 1996-cı ildə Norveçə qayıdır və Tronheymdəki Norveç Elm və Texnologiya Universitetində bioloji psixologiya üzrə dosent olmuş və 1998-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmiş, daha sonra isə Norveç Universitetində nevrologiya üzrə tam professor olmuşdur.
2002-ci ildə o, Yaddaş Biologiyası Mərkəzini təsis etmişdir. Mərkəz 2007-ci ildə Kavli Sistem Neyrologiya İnstitutu olmuş və orada Neyrokompüter Hesablama Mərkəzinə də rəhbərlik etmişdir. 2014-cü ildə o, Mey-Britt Mozer və həmkarı Con O'Kif ilə bərabər Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.The 2014 Nobel Prize in Physiology or Medicine. Нобелевский комитет. Дата обращения: 6 октября 2014. Архивировано 6 октября 2014 года.
Mükafatları
1999-cu ildə — Gənc Alim Mükafatı, Norveç Kral Elmlər və Ədəbiyyat Akademiyası 2005-ci ildə — 28-ci İllik Alden Spenser mükafatı (Kolumbiya Universiteti Həkimlər və Cərrahlar Kolleci) 2006-cı ildə — 14-cü Betty və David Kutzer Beyin Tədqiqatları Mükafatı (Sürix Universiteti) 2006-cı ildə — Həyat Elmləri üzrə 10-cu Liliane Bettencourt Mükafatı (Bettencourt Fondu, Paris) 2008-ci ildə — 30-cu Erik K. Fernström Böyük Nordic Mükafatı (Fernström Fondu, Lund Universiteti) 2013-cü ildə — Luiza Gross Horvitz Mükafatı (Mey-Britt Mozer və Con O'Kif ilə bərabər) 2014-cü ildə — Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı (Mey-Britt Mozerr və Con O'Kif ilə bərabər)Award Ceremonies Amphilsoc.org. Retrieved 21 March 2014 2014-cü ildə — Körber Mükafatı (Mey-Britt Mozer ilə bərabər)
İstinadlar
Kateqoriya:Edinburq Universitetinin müəllimləri Kateqoriya:XX əsr həkimləri Kateqoriya:Neyrobioloqlar Kateqoriya:Norveç bioloqları Kateqoriya:Oslo Universitetinin müəllimləri