Əbu Yaqub Yusif ibn Yəhya əl-Misri əl-Büveyti (; ) — əş-Şafiinin tələbəsi və Şafiiliyin ikinci banisi.
Həyatı "Əl-Büveyti" nisbəsi Misirin Büveyt kəndinə nisbətlədir. Digər bir nisbəsi də "əl-Qureyşi"dir.
Əş-Şafii və İbn Vəhb əl-Malikinin elm məclisinlərdə iştirak etmiş və onlardan hədis rəvayət etmişdir. Əş-Şafii özündən soruşulan məsələləri ona həvalə etmiş və onun haqqında demişdir: Əş-Şafii onu digər tələbələrindən üstün tutmuş və ölümündən öncə onu öz yerinə təyin etmişdir. O da, bir çox tələbə yetişdirərək əş-Şafiinin görüşlərinin yayğınlaşmasında mühüm rol oynamışdır.
Əl-Büveytidən hədis rəvayət etmiş şəxslər arasında Rəbi ibn Süleyman əl-Muradi, Məhəmməd ibn İsmayıl ət-Tirmizi, Əbu Hətim ər-Razi və başqaları vardır. İbn Əbu Hətim onun haqqında "saduq" və "siqa" (etibarlı) ifadələrini işlətmişdir.
O, xəlqul-Quran hadisələri zamanı, Quranın məxluq olmadığını bildirmiş və Abbasi xəlifəsi Vasiq-Billahın əmri ilə Misirdən Bağdada gətirilərək həbs edilmiş və işkəncələrə məruz qalmışdır.
O, məruz qaldığı işkəncələr səbəbi ilə hicri 231-ci (mart 846) ildə həbsdə də vəfat etmişdir.
Əsərləri Əl-Büveytinin dövrümüzə qədər gəlib çatmış yeganə əsəri "əl-Müxtəsər"dir. O, bu əsərdə əş-Şafiinin bəzi fikirlərinə qısaca yer vermişdir. O həmçinin bu əsərdə öz görüşləri ilə yanaşı Rəbi ibn Süleyman əl-Muradinin də görüşlərinə yer vermişdir.
İstinadlar
Kateqoriya:Hüquqşünaslar Kateqoriya:Müsəlman teoloqlar