Azərbaycan Basketbol Superliqası 2019/2020 – basketbol üzrə XXVII Azərbaycan çempionatı. Mövsüm 10 oktyabr 2019-cu ildə "Zirvə Astara"–"Gəncə" oyunu ilə başlamışdır. COVID-19 pandemiyası səbəbilə müntəzəm mövsüm yarımçıq dayandırılmış və mövsüm 20-ci turdan sonra davam etdirilməmişdir. 3 aprel 2020-ci ildə alınan qərarla müntəzəm mövsümün lideri olan "Zirvə Astara" klubu çempionatın qalibi elan olunmuşdur.

Komandalar Çempionatda 8 komanda iştirak etmişdir. 2018/2019 mövsümündə çempionatı boykot etmiş "NTD" klubu federasiya tərəfindən bütün yarışlardan kənarlaşdırılmış və bu mövsüm çempionatda iştirak edə bilməmişdir. Digər boykot etmiş digər komandalardan sadəcə "80-lər" klubu cərimə ödəyərək çempionata qatılmış, digərləri isə cəriməni ödəyə bilməyərək yeni adlarla çempionatda iştirak etmişdir.

Yeniliklər Çempionat ilk dəfə "Azərbaycan Super Liqası" adı altında keçirilmişdir. Çempionatın keyfiyyətini artırmaq məqsədilə federasiya 20 legioner basketbolçunu klublar arasında bölüşdürmüşdür. Əvvəlki mövsümlərdən fərqli olaraq bu çempionatda basketbolçuların statistikasını tutmaq üçün "Genius Sports" ilə müqavilə bağlanmışdır.

Müntəzəm mövsüm Cədvəl

Nəticələr

Təxirə salınma Çempionatın reqlamentinə əsasən müntəzəm mövsüm 4 dövrə və 28 tur üzrə davam etməli idi. Lakin COVID-19 pandemiyası səbəbilə 3-cü dövrənin son turu olan 21-ci tur 3 mart 2020-ci ildə təxirə salınmış və 13 martda alınan qərarla çempionat yarımçıq dayandırılmışdır. Azərbaycan Basketbol Federasiyası 3 aprel 2020-ci ildə verdiyi qərarla 20 turdan sonra müntəzəm mövsümü lideri olan "Zirvə Astara" klubunu çempion elan etmişdir.

İstinadlar

2019