Yaponiyanın Azərbaycandakı səfirliyi — Yaponiyanın Azərbaycanda diplomatik nümayəndəliyi. Səfirlik Yaponiyanın rəsmi nümayəndəliyi olaraq Yaponiyaynan Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Yaponiyanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycan Respublikasında təmsil edir.

Azərbaycanla Yaponiya Birləşmiş Millətlər Təşkilatı, UNESCO və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir.

2024-cü ildə Yaponiyanın Azərbaycana fövqaladə və səlahiyyətli səfiri Katsuya Vatanabe təyin edilib.

Haqqında

Diplomatik əlaqələri Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur (28 dekabr 1991).Дипломатические отношения.

Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulmuşdur.

Yaponiyanın Bakıdakı səfirliyi 2000-ci il yanvarın 21-dən fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Yaponiyada səfirliyi 2002-ci il oktyabrın 1-də təsis edilib.

Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Yaponiya ilə əlaqələr üzrə ikitərəfli işçi qrupu yaradılıb.

Yaponiya parlamentində Yaponiya - Azərbaycan əlaqələri üzrə işçi qrupu fəaliyyət göstərir.

Səfirlər Səfir Müddət başlanğıcı Müddətin sonuTetsuya Hirose 20002002Toşiyuki Fucivara 20022004YAPONİYA SƏFİRİ AZƏRBAYCANDA MİSSİYASINI BAŞA ÇATDIRMIŞDIR Tadahiro Abe 20042007AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ TADAHİRO ABENİ DİPLOMATİK FƏALİYYƏTİNİN BAŞA ÇATMASI İLƏ ƏLAQƏDAR QƏBUL ETMİŞDİR Masamitsu Okini 2007Prezident İlham Əliyev dekabrın 13-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Masamitsu Okinin etimadnaməsini qəbul etmişdir2010Şusuke Vatanabe 2010İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir . president.az, 26.10.2010 2013Tsuquo Takahaşi 20132017İlham Əliyev Yaponiyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir . president.az, 22.10.2013 Teruyuki Katori 20172020Katsuya Vatanabe 2024

Viza Yaponiyaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları Yaponiya səfirliyinə müraciyyət etməli və tələb olunan sənədləri səyahətin məqsədinə (turizm, təhsil, ailə ziyarəti və s.) görə təqdim etməlidir.

Tələb olinan sənədlər 4.5x4.5 ölçüdə biometrik şəkil Xarici pasport və surəti Bank arayışı və bank kartından çıxarış Yaponiyaya səyahət üçün maliyyə vəziyyətinin sabit olduğunu göstərən sənəd. Aviabilet, səyahət planı və otel rezervasiyasının sənədi Şəxsiyyət vəsiqəsinin surəti

Yaponiya ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

İstinadlar

Xarici keçidlər Azərbaycanın Yaponiyadakı Səfirliyi Yaponiyanın Azərbaycandakı Səfirliyi

Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Yaponiyanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycan–Yaponiya münasibətləri Kateqoriya:Yaponiyanın Azərbaycandakı səfirləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Yaponiyanın ikitərəfli əlaqələri Kateqoriya:Yaponiya