Serqo Anastasi Mikoyan (, ; ) — ermənimənşəli Rusiya və SSRİ tarixçisi Ş. O, Sovet İttifaqının və Amerika Birləşmiş Ştatlarının Latın Amerikasındakı xarici siyasəti üzrə aparıcı mütəxəssis sayılmışdır. Serqo Mikoyan SSRİ Baş naziri Nikita Xruşşovun yaxın müşaviri olmuş yüksək rütbəli Sovet dövlət xadimi Anastas Mikoyanın oğludur.
Erkən həyatı və təhsili Mikoyan 5 iyun 1929-cu ildə Moskvada Aşxen və Anastas Mikoyanların ailəsində anadan olmuşdur. Adını Serqo Orconikidzenin şərəfinə almışdır.Михаил Гольденберг. «Мой отец, безусловно, был ответственен за политическую обстановку в стране» (интервью с Серго Микояном): в 2-х частях. — Часть I: Начало // Вестник. — 1997. — 10 июня. — № 13(167). Serqo Mikoyanın valideynləri erməni idilər, lakin nə o, nə də qardaşları erməni dilində danışmırdılar. 1574 nömrəli elit Moskva məktəbində oxuyan zaman Sergey "Dördüncü Reyx" gizli təşkilatının üzvü idi. 18 dekabr 1943-cü ildə o və təşkilatın digər üzvləri bir il müddətinə Moskvadan sürgün edilmişdilər.Глава «Послесловие автора» // Алексей Кирпичников. «Сталинъюгенд». — : Издательство «Вече», 2008. — С. 315. O, 1953-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olmuş, 1952-ci ildə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Mikoyan 1955-ci ilə qədər Moskvada yaşamağa davam etmişdir. 1962-ci ilin oktyabrında, Karib böhranının ən gərgin dövründə Mikoyan atası Anastas Mikoyanı məsul katib kimi Kubaya müşayiət etmiş, Fidel Kastro ilə aparılan yüksək səviyyəli danışıqlarda iştirak etmiş və atasının bu böhranla bağlı şəxsi xatirələrinin böyük hissəsini sənədləşdirmişdir. 1970-ci ildən etibarən o, Sovet İttifaqının Latın Amerikası işləri üzrə rus dilində nəşr olunan aparıcı aylıq jurnalı "Latinskaya Amerika"nın baş redaktoru vəzifəsini icra etmişdir. Yenidənqurma dövründə Mikoyan həmçinin, "Miatsum" hərəkatının tərəfdarlarından biri olmuşdur.
Mikoyan bu məsələ barəsində "Literaturnaya qazeta"nın 2 sentyabr 1987-ci il tarixli nəşrində yazmışdır:
Elmi fəaliyyəti 1980-ci illərin sonlarından başlayaraq Mikoyan Karib böhranına həsr olunmuş bir neçə birgə Sovet/Rusiya–Amerika beynəlxalq konfransının, o cümlədən 1987-ci ilin oktyabrında Massaçusets ştatının Kembric şəhərində Harvard Universitetinin təşkilatçılığı ilə keçirilən konfransın, 1989-cu il Moskva konfransının, 1991-ci il Antiqua konfransının və 1992-ci ilin yanvarında keçirilən Havana konfransının iştirakçısı olmuşdur. O, həmçinin 2002-ci ilin oktyabrında böhranın 40 illiyinə həsr olunmuş konfransda da iştirak etmişdir.The Cuban Missile Crisis, 1962: A Political Perspective After Forty Years . George Washington University. Mikoyan daha sonra Rusiya Elmlər Akademiyasının Sülh İnstitutunda baş elmi işçi işləmiş və Corctaun Universitetində professorluq fəaliyyəti ilə məşğul olmuşdur.
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Mikoyanın tədqiqatları və atasının nəşr olunmamış xatirələrinə sahib olması Soyuq müharibə tarixi üzrə ixtisaslaşan Qərb alimləri üçün əvəzolunmaz mənbəyə çevrilmişdir. Mikoyanla əməkdaşlıq edən amerikalı tarixçi və jurnalistlər arasında Vilyam Taubman, Con Li Anderson, Corci Enn Geyer, İrvinq Luis Horovits və s. var. Mikoyanın tədqiqat dairəsinə Asiya regionu da daxil olmuşdur, lakin onun elmi fəaliyyəti əsasən Latın Amerikasındakı, xüsusilə Kubadakı solçu inqilabi hərəkatlara və Fidel Kastro, Çe Qevara kimi liderlərə yönəlmişdir.
Şəxsi həyatı Mikoyan Leninqrad işinin qurbanlarından olan Aleksey Kuznetsovun qızı Alla Kuznetsova ilə evlənmişdi. Cütlüyün üç övladı olmuşdur: Vladimir, Svetlana və Karina. Kuznetsova 1957-ci ildə, 29 yaşında leykoz xəstəliyindən vəfat etmişdir. Mikoyan özü də 7 mart 2010-cu ildə Moskva klinikalarından birində leykoz xəstəliyindən vəfat etmişdir. O, Novodeviçi qəbiristanlığında (1 nömrəli bölmə, 43-cü sıra) dəfn edilmişdir.
Seçilmiş əsərləri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Rusiya erməniləri Kateqoriya:Rusiya tarixçiləri Kateqoriya:SSRİ tarixçiləri