Davamlı inteqrasiya () — mənbə kodunda edilən dəyişikliklərin tez-tez ümumi kod bazasına inteqrasiya edilməsi və inteqrasiya olunmuş kod bazasının işlək vəziyyətdə saxlanılması praktikası. Adətən, proqramçılar öz dəyişikliklərini inteqrasiya budağına birləşdirirlər və avtomatlaşdırılmış sistem proqramı yığaraq sınaqlardan keçirir. Çox vaxt bu avtomatlaşdırılmış proses hər bir kommitdən sonra və ya gündə bir dəfə kimi müəyyən edilmiş cədvəl üzrə icra olunur. CI termini ilk dəfə 1991-ci ildə Qredi Buç tərəfindən irəli sürülmüşdür. Lakin o zaman Buç dəyişikliklərin gündə bir neçə dəfə inteqrasiyasını təklif etmirdi. Sonralar davamlı inteqrasiya anlayışı bu prinsipi də özündə birləşdirərək inkişaf etmişdir. İstinadlar
Kateqoriya:Ekstremal proqramlaşdırma Kateqoriya:Davamlı inteqrasiya Kateqoriya:Çevik proqram təminatının inkişafı Kateqoriya:Proqram təminatının tərtibatı prosesi