Mir Heydər Qasım oğlu Mirbədəlov (; ) — tərcüməçi, maarifçi və Rusiya İmperiyası Ordusunun general-mayoru. O, Rusiya imperiyasında general rütbəsinə sahib olan ilk etnik özbəklərdən biri olub. Həyatı Mir Heydər Mirbədəlov Orenburqda varlı buxaralı ailədə anadan olub. Elə həmin şəhərdə qəza məktəbini bitirib. 1880-ci ildən Səmərqənd şöbəsi rəisinin idarəsində, Zərəfşan dairəsi rəisinin dəftərxanasında, Katakurqan şöbəsi rəisinin idarəsində və Zərəfşan dairəsi rəisinin yanında tərcüməçi kimi xidmət edib. 1886-cı ilin avqustunda Buxara əmirliyində Rusiya İmperatorluğunun Siyasi Agentliyi açılandan baş katib-tərcüməçi Mirbədəlov rus sənədlərinin Orta Asiya xalqlarının dillərinə tərcüməsini həyata keçirib.Политика формирования в Туркестанском крае лояльной России национальной элиты // ia-centr.ru
O, Buxara təbəqəliyini Rusiya təbəqəliyinə dəyişsə də, Buxara əmirliyində onu heç vaxt xain hesab etmirdilər. O, əmirin və əmirliyin ali əyanlarının mütləq etimadından bəhrələnirdi. Əmir Seyid Alim xanın Rus dəftərxanasının müdiri olub. O, tərəqqipərvər idi, cədidçilər tərəfindən nəşr olunan "Buxarayi-şərif" ("Müqəddəs Buxara") qəzetinin məsul redaktoru olub.
1890-cı ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav", 1897-ci ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 1904-cü ildə isə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilib. 1910-cu ildə Buxarada "İslamın iki təriqətinin — sünni və şiələrin düşmənçilik edən ardıcıllarının barışdırılması işindəki" xidmətlərinə görə 2-ci dərəcəli ""Müqəddəs Anna" ordeninə layiq görülüb. Bu xidmətlər "yerli Buxara əhalisi, o cümlədən onun ali ruhaniləri, tacirləri və şəhər sakinləri tərəfindən də layiqincə qiymətləndirilmiş və ona təşəkkürnamə (ünvan) təqdim edilmişdi". Mirbədəlov Rusiya Ordusunun general-mayoru rütbəsinə qədər yüksəlib.
Fevral inqilabından sonra Müvəqqəti hökümət tərəfindən Xivə xanlığında İsfəndiyar xana qarşı qalxan inqilabı yatırmaq və xanın hakimiyyətini dəstəkləmək üçün ora göndərildi. 1917-ci ilin baharında Əmir Seyid Alim xan tərəfindən istefaya göndərildi. 1918-ci ilin martında sovet qoşunlarının darmadağın edilməsindən sonra əmir Yeni Buxaradakı rus azlığına qarşı cəza tədbiri görmək istəyirdi, lakin Mirbədəlov onu bu addımdan daşındıra bildi. 1918-ci ilin payızında Britaniya imperiyasının Türkistandakı siyasi emissarı podpolkovnik Frederik Beylinin xilas edilməsində mühüm rol oynadı.The British Library, OIOC/L/PS/12/3426/Encl. 2 in No 1: Major Humber to Consul-General Gastrell, Meshed, September 27, 1934.
Buxara xanlığı Qırmızı Ordu tərəfindən tutulduqdan sonra Mirbədəlov ölkəni tərk etmək məcburiyyətində qaldı.
Mühacirətdə onun səyləri sayəsində fəaliyyət göstərdiyi illər ərzində minlərlə kimsəsiz insana sığınacaq, qida və işlə kömək edən yataqxana yaradıldı. O, Millətlər Liqasının Nansen komitəsinin Məşhəddəki nümayəndəsi olub.
Mir Heydər Mirbədəlov 22 yanvar 1938-ci ildə məskunlaşdığı Məşhəd şəhərində dünyasını dəyişib.
İstinadlar
Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Cədidçilik Kateqoriya:Rus dilinə tərcümə edənlər Kateqoriya:Qəzet redaktorları