II Vilhelm (; ) — II Niderland kralı və Böyük Lüksemburq hersoqu.
1792-ci ildə Haaqada Nordeynde sarayında dünyaya gəldi. Atası Yeddi Birləşmiş Əyalət Respublikasının son hakimi Oran şahzadəsi V Vilhelmin oğlu və varisi Şahzadə Vilhelm, anası isə Prussiya kralı II Fridrix Vilhelmin qızı Şahzadə Vilhelminadır. Hələ 2 yaşında ikən bütün ailə fərdləriylə birlikdə sürgünə göndərildi. Sürgündə öncə Londonda, ardından Berlin və Sileziyada yaşadılar. Alman torpaqlarında keçən illər ərzində hərbi təlim-tərbiyə aldı. Ardından Oksford Universitetində hüquq təhsili aldı.
Britaniyada ikən ordu sıralarına qatıldı və sürətlə hərbi rütbələr qazandı. Atasının Niderlandiyada hakim təyin edilməsinin ardından Hollandiyaya qayıtdı və hərbi fəaliyyətini burada davam etdirdi. 1815-ci ildə Vaterlo döyüşünə qatıldı və burada sol çiynindən tüfəng yarası aldı. Onun bu qəhrəmanlığı atasının Niderland taxtına dəvət edilməsində mühüm rol oynadı.
1814-cü ildə Böyük Britaniyada taxt naibi olan Şahzadə Georqun qızı Şahzadə Şarlotta Avqusta ilə nişanlansa da, bu nişan tez zamanda pozuldu. 21 fevral 1816-cı ildə Sankt-Peterburqdakı Qış sarayının Böyük Kilsəsində rus çarı I Aleksandrın bacısı Anna Pavlovna ilə evləndirildi. Bu evlilik, Vyana konqresindən sonra qurulan siyasi ittifaqı gücləndirmək məqsədilə Çar Aleksandr tərəfindən planlanmışdı. Evlilik şərtlərinə görə, Anna Pavlovna öz pravoslav məzhəbində qalacaq, dünyaya gələcək övladları isə protestant kimi böyüdüləcəkdi. Toy mərasimi şərəfinə şair Aleksandr Puşkin cütlüyə şeirlər ithaf etdi. Mərasimin ardından 1 il boyunca Rusiyada yaşayan cütlüyün bu nigahdan 5 övladı doğulsa da, bunlardan biri körpə ikən vəfat etdi.
III Vilhelm Şahzadə Aleksandr Şahzadə Henri Şahzadə Ernest (may 1822 - oktyabr 1822) Şahzadə Sofiya
Mənbə
Ədəbiyyat
Hermans, Dorine and Hooghiemstra, Daniela: Voor de troon wordt men niet ongestrafd geboren, ooggetuigen van de koningen van Nederland 1830–1890, ISBN 978-9035131149 Wrecks and Relics (PDF). Australian National Maritime Museum. 2024. ISBN 978-0-9756430-0-6 Jeroen van, Zanten (2013). Koning Willem II: 1792–1849. Vol. dl. 2. Amsterdam: Gay News. ISBN 978-9461051851 Burnham, Robert; McGuigan, Ron (2010). The British Army against Napoleon. Barnsley, South Yorkshire: Frontline Books. p. 242. ISBN 978-1-84832-562-3
İstinadlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri