Neman döyüşü — 1919-1921-ci illər Sovet-Polşa müharibəsinin sonuncu böyük döyüşü oldu və 20-26 sentyabr 1920-ci il tarixlərində baş vermişdi. Döyüş zamanı Polşa qoşunları nəhayət ki, Qızıl Ordunun qərb cəbhəsini məğlub etdi və bu da Sovet Rusiyasının müharibədə məğlubiyyətinə səbəb oldu.
Neman döyüşü 10 sentyabrda Brestdə yerləşən qərargahında Yuzef Pilsudski 3-cü və 4-cü orduların komandanları ilə görüşərək onlara hücum planını təqdim etdi. Plana görə, Qrodno və Volkovıska güclü hücum etməklə düşmənin əsas qüvvələri həmin istiqamətdə bağlanmalı idi. Bu zaman 2-ci ordunun zərbə qrupu Litva ərazisindən keçərək Neman çayı boyunca müdafiə mövqelərini tutan Qırmızı Ordunun ön hissələrinin dərin arxasına çıxmalı idi.
12 sentyabrda Tuxaçevski Qərb cəbhəsinin cənub cinahına daxil olan 4-cü (Mozır qrupunun qalıqları əsasında formalaşdırılmış) və 12-ci ordulara Vlodava və Brest istiqamətində hücuma keçmək əmri verdi. Lakin bu əmr də Polşa radio-kəşfiyyatı tərəfindən ələ keçirildi və deşifrə edildi.
Elə həmin gün polyaklar qəfil zərbə ilə 12-ci ordunun müdafiəsini yardılar və Kovel şəhərini ələ keçirdilər. Bu, Qərb cəbhəsinin bütün cənub qruplaşmasının mühasirəyə düşməsi təhlükəsini yaratdı. Nəticədə 4-cü və 12-ci ordular təcili şəkildə şərqə doğru geri çəkilməyə başladılar. Onların ardınca 14-cü ordunun sağ cinah hissələri də geri çəkilməyə məcbur oldular.
Sovet-Polşa müharibəsinin sonu 300px|thumb|Müharibənin nəticələri - 1920-ci ilin dekabr ayına olan vəziyyət Döyüşlər başa çatan kimi Polşa lideri əvvəlcə Qrodnoya, sonra isə Lidaya gəldi. Vəziyyətlə tanış olduqdan sonra o, sovet qoşunlarını Novoqrudok istiqamətinə sıxışdırmaq, onları orada mühasirəyə alaraq əlində olan bütün qüvvələrin – 2-ci və 4-cü orduların, eləcə də zərbə qrupunun köməyi ilə məhv etmək qərarına gəldi.
Əməliyyatın uğuru, ilk növbədə, hərəkətlərin sürətindən asılı idi. Lakin Pilsudski Polşa qoşunlarının fasiləsiz döyüşlərdən ciddi şəkildə yorulduğunu və istirahətə ehtiyac duyduğunu nəzərə almamışdı. Buna görə də Qızıl Ordunun hissələrinin əksəriyyəti mühasirədən çıxmağa və sürətlə şərqə çəkilməyə müvəffəq oldu.
Neman döyüşü zamanı Polşa qoşunları 40 min əsir, 140 top, həmçinin çoxlu sayda at, sursat və hərbi ləvazimat daşıyan karvanlar ələ keçirdilər.
Qərb cəbhəsinin qalıqlarının tamamilə məhv edilməsinə yönəlmiş əməliyyat Riqa müqaviləsi çərçivəsində hərbi əməliyyatlar dayandırılanadək davam etdi. 12 oktyabrda Polşa hissələri yenidən Minsk və Molodeçnoya daxil oldular.
Hələ 23 sentyabrda, Qərb cəbhəsini ikinci dəfə bürüyən fəlakət təhlükəsi fonunda Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə sessiyasında Polşaya qarşı əvvəl irəli sürülmüş tələblərdən imtina edilməsi barədə qərar qəbul olundu.
Sovet Rusiyası Litvanın, Polşanın və Belarusun müstəqilliyini tanıdı, Qərbi Ukrayna və Qərbi Belarusu Polşaya verdi, həmçinin vurulmuş zərərə və aparılmış əmlaka görə Polşaya böyük məbləğdə təzminat ödəməyi öhdəsinə götürdü.
Bu şərtlər əsasında 12 oktyabr 1920-ci ildə Riqada hərbi əməliyyatların dayandırılması haqqında saziş (18 oktyabrdan qüvvəyə minirdi) və sülhün ilkin şərtləri haqqında razılaşma (bax: Riqa müqaviləsi) imzalandı.
Ədəbiyyat
Мельтюхов М. И. Советско-польские войны. Военно-политическое противостояние 1918—1939 гг. Kateqoriya:1920 Kateqoriya:1920-ci ildə hərb tarixi Kateqoriya:Avropa tarixi Kateqoriya:Döyüşlər Kateqoriya:Sovet-Polşa müharibəsi