Niderlandlı Vilhelm (; ) — III Niderland kralı III Vilhelmin oğlu, Oran şahzadəsi.

1840-cı ildə Haaqada dünyaya gəldi. Atası II Niderland kralı II Vilhelmin oğlu və varisi Şahzadə Vilhelm, anası isə Vürtemberq kralı I Vilyamın qızı Şahzadə Sofiyadır. Doğulduğu əsnada ulu babası I Vilhelm hələ də taxtda idi. Yalnız 1 aylıq ikən körpə ikən ulu babası taxtdan çəkildi və babası II Vilhelm kral, atası Şahzadə Vilhelm isə Oran şahzadəsi ünvanı aldı. 1849-cu ildə babasının vəfatının ardından atası III Vilhelm adıyla taxta çıxdı və Şahzadə Vilhelm taxt varisi oldu.

Britaniya kraliçası Viktoriyanın qızlarından Şahzadə Alis və rus çarı II Aleksandrın qızı Mariya Aleksandrovna ilə qurulan evlilik planları uğursuzluqla nəticələndi. Özünün seçdiyi qrafinya isə ailə tərəfindən qəbul edilmədi və bu səbəblə, könüllü şəkildə ölkəni tərk etdi və Parisdə məskunlaşdı. Burada qumar, içki və fahişələrdən ibarət bir həyat yaşadı. 1879-cu ildə Parisdə vəfat etdi. Ölüm səbəbi isə tifus və qaraciyər problemləri olaraq qeydə alındı. Cənazəsi 2 həftə sonra Delftə gətirildi və burada ailə məzarlığına dəfn olundu. Ölümünün ardından kiçik qardaşı Aleksandr taxt varisi ünvanı aldı.

Mənbə

Ədəbiyyat

Uwe Schögl (Red.): Oranien. 500 Jahre Bildnisse einer Dynastie aus der Porträtsammlung der Österreichischen Nationalbibliothek, Wien und der Niederländischen Königlichen Sammlung Den Haag. (Ausstellung vom 1. Februar bis 19. März 2002, Camineum der Österreichischen Nationalbibliothek, Wien). Österreichische Nationalbibliothek u. a., Wien 2002, ISBN 3-01-000028-6, S. 116.

İstinadlar