Avropa Parlamentinin prezidenti — Avropa Parlamentinin müzakirələrinə və fəaliyyətlərinə sədrlik edən şəxs. O, Parlamenti Avropa İttifaqı daxilində və beynəlxalq səviyyədə təmsil edir. Birgə qərar və Aİ büdcəsi çərçivəsində irəli sürülən qanunlar üçün prezidentin imzası tələb olunur.
Avropa Parlamentinin prezidenti iki il yarım müddət ərzində vəzifə tutur və bu vəzifə adətən iki əsas siyasi partiya arasında növbələşmə prinsipi ilə həyata keçirilir. Parlamentin 1952-ci ildəki təsisindən bəri 30 prezident fəaliyyət göstərib, onlardan 17-si bu vəzifəni 1979-cu ildə keçirilmiş ilk parlament seçkilərindən sonra icra edib və əksəriyyəti təşkilata erkən mərhələdə qoşulmuş ölkələri təmsil edib. Prezidentlərdən üçü qadın olub.
Parlamentdəki rolu Prezident müzakirələrin gedişatına və Parlamentin və onun orqanlarının bütün fəaliyyətlərinə rəhbərlik edir, prosedur qaydalarına riayət olunmasını təmin edir. Bu baxımdan rolu milli parlamentin spikerinin roluna bənzəyir. Prezidentin iclaslara özü və ya onun iştirakı olmadan sədrlik edən 14 vitse-prezidenti var. Prezident həmçinin büdcə və inzibati məsələlərdən məsul olan Büronun və Parlamentin bütün siyasi qruplarının liderlərindən ibarət idarəetmə orqanı olan Prezidentlər Konfransının iclaslarına sədrlik edir.
İttifaqdakı mövqeyi Avropa Parlamentinin Prezidenti Parlamenti bütün hüquqi məsələlərdə və xarici əlaqələrdə, xüsusən də beynəlxalq səviyyədə təmsil edir. Avropa Şurasının iclasları zamanı prezident şuranın gündəliyindəki mövzularla bağlı Parlamentin mövqeyini bildirmək üçün çıxış edir. Prezident həmçinin yeni müqavilələr üzrə Hökumətlərarası Konfranslarda iştirak edir. Avropa İttifaqının büdcəsinin və məcəllə qəbul proseduru çərçivəsində qəbul edilmiş Birlik aktlarının qəbul edilməsi üçün onun imzası tələb olunur. Həmçinin bu sahələr üzrə Avropa Komissiya ilə razılaşdırma komitələrinə sədrlik edir.
Əksər ölkələrdə dövlət başçısının protokolu bütün digərlərindən əvvəl gəlir. Lakin, Aİ Parlamenti birinci qurum kimi qeyd olunur və buna görə də onun prezidentinin protokolu digər Avropa və ya milli protokollardan əvvəl gəlir.
Seçkiləri Prezident Parlament üzvləri tərəfindən iki il yarım müddətinə seçilir, bu o deməkdir ki, hər parlament dövründə iki seçki keçirilir və nəticədə, adətən, bir parlament dövrü ərzində iki prezident vəzifə tutur. 1980-ci ildən bəri parlamentdəki iki ən böyük partiya — Avropa Xalq Partiyası və Avropa Sosialistlər Partiyası bu vəzifəni öz aralarında bölüşmək təcrübəsini formalaşdırıb.
2009–2014-cü il Parlament çağırışından etibarən, vəzifəsini başa vuran Prezident, Avropa Parlamentinin deputatı kimi yenidən seçildiyi təqdirdə, yeni Prezidentin seçilməsi prosesinə sədrlik edir. Əgər vəzifəsini başa vuran Prezident Avropa Parlamentinin üzvü kimi yenidən seçilməzsə, həmin vəzifəni 14 vitse-prezidentdən biri icra edir. Bu keçid dövründə vəzifəsini başa vuran Prezident və vitse-prezident Prezidentin bütün səlahiyyətlərini həyata keçirir. Ümumi həll edilə biləcək yeganə məsələ yeni Prezidentin seçilməsidir.
Səsvermə bülletenləri təqdim edilməzdən əvvəl onlar parlamenti elan edən sədrə verilir. Üç səsvermədən sonra heç bir üzv mütləq səs çoxluğu əldə etmədikdə, əvvəlki səsvermədə ən çox səsə malik olan yalnız iki üzv ilə dördüncü səsvermə keçirilir. Bundan sonra bərabərlik olmasa, ən yaşlı namizəd seçilmiş elan edilir.
Avropa Parlamentinin sədri vəzifəsini (və onun sələfi olan qurumların rəhbərliyini) bir sıra görkəmli şəxsiyyətlər tutmuşdur. İlk sədrlərə İttifaqın baniləri Pol-Anri Spaak, Alsid de Qasperi və Rober Şuman daxildir. Bu vəzifəni tutan ilk qadınlar Simon Veyl (1979-cu ildə — birbaşa seçkilər yolu ilə formalaşdırılmış parlamentin ilk sədri) və Nikol Fonten (1999-cu ildə) olmuşdur. Hər ikisi Fransa vətəndaşı idi.
Polşanın keçmiş Baş naziri və "Həmrəylik Seçki Fəaliyyəti"nin təmsilçisi Yeji Buzek, 2000-ci illərdə Aİ-na qoşulmuş Mərkəzi və Şərqi Avropa ölkələrindən seçilmiş ilk Prezident oldu.
2009-cu ilə qədər sədrin seçilməsi prosesində iclasa əvvəlki sədr deyil, ən yaşlı Avropa Parlamentinin üzvü sədrlik edirdi. Həmin üzv sədrin bütün səlahiyyətlərinə malik idi. İclaslarda yalnız sədrin seçilməsi məsələsinə baxıla bilərdi.
2009-cu ildə Parlamentin qaydaları dəyişdirildi. Ona əsasən, yeni sədr seçilənədək Parlamentin ilk iclasına vəzifəsini başa vuran sədr (əgər Avropa Parlamentinin üzvü kimi yenidən seçilibsə) və ya vəzifəsini başa vuran sədr müavinlərindən biri sədrlik edirdi.
Roberta Metsola 18 yanvar 2022-ci ildə Avropa Parlamentinin Prezidenti seçildi. O, indiyə qədər prezident seçilən ən gənc siyasətçi və üstəlik bu vəzifəni tutan üçüncü qadındır.
Avropa Parlamenti sədrlərinin siyahısı
Ümumi Assambleyanın prezidentləri N.PortretiPrezidentÖlkəVəzifəyə gəlməsiVəzifədən ayrılmasıPartiyaPartiya qrupuSeçki mandatıqeydlər 1 110px Pol-Anri Spaak(1899–1972) Belçika11 sentyabr 195211 may 1954 Belçika Sosialist Partiyası Socialist– 2 110px Alçide De Qasperi(1881–1954) İtaliya11 may 195419 avqust 1954 Xristian Demokratik Partiyası Xristian Demokratlar– 3 110px Cüzeppe Pella(1902–1981) İtaliya29 noyabr 195427 noyabr 1956 Xristian Demokratik Partiyası Xristian Demokratları– 4 110px Hans Furler(1904–1975) Almaniya27 noyabr 195619 mart 1958 Xristian Demokratik Partiyası Xristian Demokratları–
Parlament Assambleyasının prezidentləri N.PortretiPrezidentÖlkəVəzifəyə gəlişıVəzifədən ayrılmasıPartiyaPartiya qrupuSeçki mandatıqeydlər 1 110px Robert Schuman(1886–1963) Fransa19 mart 195818 mart 1960 Xalq Respublikaçı Hərəkatı Xristian Demokratlar– 2 110px Hans Furler(1904–1975) Almaniya18 mart 196027 mart 1962 Xristian Demokrat İttifaqı Xristian Demokratları–
Tətin olunmuş Parlament prezidentləri N.PortretiPrezidentÖlkəVəzifəyə gəlməsiVəzifədən ayrılmasıPartiyaPartiya qrupuSeçki mandatıqeydlər 1 110px Gaetano Martino İtaliya27 mart 196221 mart 1964 İtaliya Liberal Partiyası Liberal– 2 110px Jan Duvieusart Belçika21 mart 196424 sentyabr 1965 Xristian Sosial Partiyası Xristian Demokratları– 3 110px Viktor Lemans Belçika24 sentyabr 19657 mart 1966 Xristian Sosial Partiyası Xrisrian Demikratları– 4 110px Alen Poer Fransa7 mart 196611 mart 1969 Respublikaçı Hərəkat Partiyası Xristian Demokratları– 5 110px Mario Skelba 11 mart 19699 mart 1971 İtaliya Xristian Demokrat Partiyası Xristian Demokratları– 6 110px Valter Berendt Almaniya9 mart 197113 mart 1973 Almaniya Sosial Demokrat Partiyası Socialistlər– 7 110px Kornelis Berkhuver Niderland13 mart 197311 mart 1975 Azadlıq və Demokratiya Xalq Partiyası Liberal– 8 110px Jorj Spenal Fransa11 mart 19758 mart 1977 Sosialist Partiyası Socialist– 9 110px Emilio Kolombo İtaliya8 mart 197717 iyul 1979 Xristian Demokratlar Partiyası Xristian Demokratları–
Seçilmiş Parlament prezidentləri N.PortretiPrezidentÖlkəVəzifəyə gəlməsiVəzifədən ayrılmasıPartiyaPartiya qrupuSeçkiqeydlər 1 110px Simona Veyl Fransa17 iyul 197919 yanvar 1982 Fransız Demokratiya Birliyi Liberal Demokratları1979 2 110px Pit Dankert Niderland19 yanvar 198224 iyul 1984 Leyboristlər Partiyası Socialistlər 3 110px Pyer Pflimlin Fransa24 iyul 198420 yanvar 1987 Fransız Demokratiyası Uğrunda Birlik Partitası Avropa Xalq Partiyası1984 4 110px Henri Plamb, Baron Plamb Birləşmiş Krallıq20 yanvar 198725 iyul 1989 Konservativ Partiyası Avropa Demokratları 5 110px Enrike Baron Qrespo İspaniya25 iyul 198921 yanvar 1992 İspaniya Sosialist Fəhlə Partiyası Socialistlər1989 6 110px Eqon Klepş Almaniya21 yanvar 199219 iyul 1994 Xristian Demokrat İttifaqıAvropa Xalq Partiyası qrupu 7 110px Klaus Henş Almaniya19 iyul 199414 Yanbar 1997 Almaniya Sosial Demokratlar Partiyası Socialistlər1994 8 110px Xose Mariya Hil-Robles]] İspaniya14 yanvar 199720 iyul 1999 İspaniya Xalq Partiyası Avropa Xalq Partiyası Qrupu 9 110px Nikol Fonten Fransa20 iyul 199915 yanvar 2002 Xalq Hərəkatı Uğrunda İttifaq Avropa Xalq Partiyası Qrupu1999 10 110px Pat Koks İrlandiya15 yanvar 200220 iyul 2004 Bitərəf Liberal Democratları 11 110px Jozep Borrel İspaniya20 iyul 200416 yanvar 2007 İspaniya Sosialist Fəhlə Partiyası Socialistlər2004 12 110px Hans-Gert Pöttering Almaniya16 yanvar 200714 iyul 2009 Xristian Demokrat İttifaqı Partiyası Avropa Xalq Partiyası 13 110px Yeji Buzek Polşa14 iyul 200917 yanvar 2012 Vətəndaş Platforması Avropa Xalq Partiyası Qrupu2009 14 110px Martin Şults Almaniya17 yanvar 201217 yanvar 2017 Almaniya Sosial Demokrat Partiyası Socialists və Democratlar 2014 15 110px Antonio Tayani İtaliya17 yanvar 20173 iyul 2019 Forza Italiya Avropa Xalq Partiyası qrupu 16 110px David Sassoli İtaliya3 iyul 201911 Yavar 2022 İtaliya Demokratik Partiyası Socialist və Demokratlar2019 Roberta Metsola was Interim President from 11 to 18 January 2022. 17 110px Roberta Metsola 18 yanvar 2022Vəzifədə Milliyyətçi Partiyası Avropa Xalq Partiyası qrupu 2024
Xronologiyası
Həmçinin bax Avropa İttifaqının Prezidenti Avropa İttifaqının prezidentləri Avropa Komissiyasının Prezidenti
İstinadlar
Xarici keçidlər
President of the European Parliament – Official Website Duties of the President europarl.europa.eu Presidents of the European Parliament European Navigator Results of Presidential elections 1979–2007
Kateqoriya:Avropa Parlamenti Kateqoriya:Avropa İttifaqı qurumları Kateqoriya:Avropa İttifaqı Kateqoriya:Prezidentlər Kateqoriya:Parlament sədrləri