Elvin Beqiri — Albaniya keçmiş futbolçusu
Elvin 27 sentyabr 1980-ci ildə Albaniyada dünyaya gəlib və ampulası müdafiəçidir. Karyerasına 1999-cü ildə "Vllazniya"da başlayıb. 2003-cü ildə Donetsk "Metallurq"una keçib. 2005-ci ildə Rusiyaya üz tutaraq, Vladiqafqaz "Alaniya"sı ilə anlaşıb. 2005/06 mövsümünü Təl-Əviv "Makkabi"sində keçirdikdən sonra, yenidən "Metallurq"a dönüb. 2008-ci ildə Kiyev "Arsenal"ının şərəfini qoruyub və daha sonra "Vllazniya"ya dönüb. İndiyə qədər 47 dəfə Albaniya millisinə dəvət alıb. Məşhur transfermarkt.co.uk saytı ona 1 milyon 250 min avro qiymət qoyub.
Qeyd edək ki, Beqiri 2008-ci ildə Bakıda Azərbaycan və Albaniya yığmaları arasında baş tutan yoldaşlıq oyununda iştirak edib. Həmin görüşün ilk yarısında qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. Onun komanda yoldaşı Admir Teli artıq bir ildir ki, "Qarabağ"ın formasını geyinir.
İstinadlar
Kateqoriya:Albaniya futbolçuları Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Vlazniya FK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Arsenal Kiyev FK futbolçuları Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanda legioner Albaniya idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular