"Novda" (, ) — 2015-ci ildə Özbəkistan Kinematoqrafiya Agentliyinin sifarişi əsasında Zülfiqar Musaqov tərəfindən çəkilmiş, "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş Özbəkistan komediya və melodram filmidir. Filmdə Hüsən Şəripov, Rəna Zakirova, Şahzadə Matçanova, Fərhad Abdullayev, Mirzə Əzizov və Behzad Həmrayev kimi Özbəkistanın tanınmış aktyorları rol almışdır.
Süjet Filmdə kənddə yaşayan mehriban bir ailə və onların qonşularının həyatından bəhs olunur. Orada qəhrəmanların ilk məhəbbəti, vətənə və ata-anaya olan sevgisi haqqında hekayə nəql edilir. Qeyd olunur ki, ekspertlər filmi italyan kinorejissoru Federiko Fellininin "Amarkord" (1973) bədii filminə bənzədiblər. Lakin mənbədə filmin məhz hansı cəhətlərinin bənzədildiyi barədə məlumat verilməyib. Rollarda Qafurcan İsaxanov — Rəşid Rəxşanə Şadiyeva — Dilşadə Gülnur Abdullayeva — Zübeyrə Dilşad Curayev — Orınbay Əbdülfətullah Hidayev — İkram Əbdülxəlil Minqnorov — Məmmədrəsul Rəna Zakirova — Zilalə Novruz Cüməyev — Kamal Şahzadə Matçanova — Nigarə Hüsən Şəripov — Baba Dilaram Kərimova — Nənə (Momo) Mirzə Əzizov — Nartay Fərhad Abdullayev — Lütfulla Xeyrulla Sədiyev — Pirimqul ata
İstinadlar
Xarici keçidlər "Novda" IMDb-də
Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Özbəkistan filmləri Kateqoriya:Özbəkistan kinematoqrafı