Lippe-Bisterfeldli Bernard (; ) — Lippe şahzadəsi IV Leopoldun qardaşı oğlu, Niderland şahzadə-konsortu.

Alman əsilli Lippe-Bisterfeld knyazlığına mənsub olan Şahzadə Bernard sonuncu Lippe şahzadəsi IV Leopoldun qardaşı oğlu idi. Doğuşdan Bisterfeld qrafı ünvanı daşısa da, 1916-cı ildə əmisi onu knyaz tituluna yüksəltdi. Lozanna Universitetində hüquq təhsili aldı və Parisdə qısa müddət mülki vəzifədə çalışdı.

1936 Bavariya Qış Olimpiya Oyunları əsnasında uzaq qohumu olan Niderland taxt-tacının varisi Şahzadə Yuliana ilə tanış oldu. 8 sentyabr 1936-cı ildə cütlüyün nişanlandığı elan olundu. Avropanın ən varlı monarxı olan qaynanası Kraliça Vilhelmina qızının evlilikdən öncə xüsusi bir saziş imzalamasını və vərasət haqqının qorunmasını tələb etdi. 24 noyabrda Şahzadə Bernarda Niderland vətəndaşlığı verildi və cütlük Kraliça Vilhelminanın valideynlərinin (III Vilhelm və Kraliça Emma) toy günü olan 7 yanvar 1937-ci ildə Haaqada evləndi. Bu nigahdan 4 qız övladı dünyaya gəldi.

Beatriks Şahzadə İrina Şahzadə Marqrit Şahzadə Kristina

Nasional Sosialist Alman Fəhlə Partiyasının ilk üzvlərindən biri olsa da, ölümünədək buna etiraz etdi. İkinci Dünya müharibəsi illərində almanların Niderlandı işğal etməsi nəticəsində digər ailə üzvləriylə birlikdə ölkədən qaçmağa məcbur oldu. Ancaq xanımını və övladlarını Kanadaya göndərsə də, özü qaynanası Kraliça Vilhelmina ilə Londonda qaldı və burada sürgündəki Niderland hökumətində mühüm rol oynadı. Xanımının 6 sentyabr 1948-ci ildə taxta çıxmasıyla şahzadə-konsort ünvanı aldı. 1976-cı ildə adı rüşvət skandalına qarışdı. Bu səbəblə, bütün hərbi vəzifələrindən ömürlük məhrum edildi və hərbi uniforma geyinməsi qadağan edildi.

Xanımının 1980-ci ildə taxtdan çəkilməsindən sonra siyasətdən uzaq qaldı. 1994-cü ildə bağırsaq xərçəngi səbəbilə əməliyyat olundu. Həmin ilin dekabrında nəfəs alma problemiylə xəstəxanaya yerləşdirildi. 1998-ci ildə prostat, 1999-cu ildə isə nəfəsalma və nitq pozğunluğundan əziyyət çəkdi. Xanımı Kraliça Yuliananın 2004-cü ilin martında vəfat etməsindən sonra səhhəti ağırlaşdı. 1 dekabr 2004-cü ildə Utrextdə müalicə aldığı xəstəxanada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Sutton, Antony (1976). "The Empire of I.G. Farben". Wall Street and the Rise of Hitler. Seal Beach, California: ‘76 Press. pp. 37-39. ISBN 0-89245-004-5 Hazelhoff, Erik. Soldier of Orange (The Holland Heritage Society, New York, 1980) ISBN 0-943010-00-4 P.190 Staatsalmanak voor het Koninkrijk der Nederlanden (in Dutch). The Hague: Sdu Uitgevers. 2004. pp. A2–A3. ISBN 90-121-0543-9 Varekamp, E. en Peet, M. (2012), Agent Orange, De oorlogsjaren van Prins Bernhard III, De affaire Kingkong. Amsterdam: Uitgeverij Van Praag. ISBN 9789049032128 Varekamp, E. en Peet, M. (2004), Agent Orange, De jonge jaren van Prins Bernhard. Amsterdam: Uitgeverij Van Praag. ISBN 904903201X Varekamp, E. en Peet, M. (2005), Het grote Prins Bernhard aankleedboek. Amsterdam: Uitgeverij Van Praag. ISBN 9049032036 Varekamp, E. en Peet, M. (2006), Agent Orange, Het huwelijk van Prins Bernhard. Amsterdam: Uitgeverij Van Praag. ISBN 978-9049032043 Varekamp, E. en Peet, M. (2008), Agent Orange, De oorlogsjaren van Prins Bernhard I. Amsterdam: Uitgeverij Van Praag. ISBN 9789049032074 Varekamp, E. en Peet, M. (2010), Agent Orange, De oorlogsjaren van Prins Bernhard II, De stadhoudersbrief. Amsterdam: Uitgeverij Van Praag. ISBN 9789049032098

İstinadlar Kateqoriya:Almaniya hüquqşünasları Kateqoriya:Almaniya kral ailələri Kateqoriya:Almaniya lüteranları