thumb|250px|Emil Doeplerin (təxminən 1905) təsvir etdiyi, Raqnarökdən sonra yenidən yaranan dünya. Gimle bu yeni dünyanın salehlərin yaşayacağı məkanı kimi təsvir olunur. Gimle (; islandca: ) — German-skandinav mifologiyasında Raqnarökdən sonra sağ qalan saleh insanların yaşayacağı öncədən xəbər verilən müqəddəs məkandır. O, həm Kiçik Eddada, həm də Poetik Eddanın Völuspá poemasında xatırlanır və Asqarddakı ən gözəl məkan, hətta Günəşdən də gözəl yer kimi təsvir olunur.Davidson, H. R. Ellis (1990) . Gods and Myths of Northern Europe. London: Penguin. p. 28. ISBN 978-0-14-013627-2.Lindow, John (2002) . Norse Mythology: A Guide to the Gods, Heroes, Rituals, and Beliefs. Oxford University Press. p. 140. ISBN 9780195153828.

Etimologiyası

Gimle adının etimologiyası tam müəyyən edilməmişdir. Ən geniş qəbul edilən izaha görə, ad qədim nord dillərindəki gimr («od») və hlé («sığınacaq», «qorunan yer») sözlərindən yaranmışdır və «oddan qorunan məkan» mənasını verir.Dronke, Ursula (2001) . The Poetic Edda. Vol. II: Mythological Poems. Oxford University Press. pp. 104, 152. ISBN 9780198111818.Nordic Names. "Gimlé".

Alim Li M. Hollander isə adın daha çox «qiymətli daşlarla örtülmüş dam» və ya «cəvahir dam» mənasını ifadə etdiyini irəli sürmüşdür.Hollander, Lee M. (1988) . The Poetic Edda. 2nd rev. ed. University of Texas Press. p. 12, note 93. ISBN 9780292764996.

Təsviri

Asqardda yerləşən Gimle qızıl damlı möhtəşəm bir saraydır. Saleh və fəzilətli insanlar öldükdən sonra burada yaşayırlar.Davidson, H. R. Ellis (1990) . Gods and Myths of Northern Europe. London: Penguin. p. 28. ISBN 978-0-14-013627-2.

Nəsr Eddanın Gylfaginning bölməsində Snorri Sturluson Gimleni yalnız işıq elfələrinin yaşadığı üçüncü səma olan Viðbláinnda yerləşdirir.Simek, Rudolf (2000) . Dictionary of Northern Mythology. Trans. Angela Hall. Cambridge: D. S. Brewer. p. 109. ISBN 9780859915137.

Snorrinin sitat gətirdiyi Völuspá poemasında isə qızıl salonun Gimle adlanan bir dağın üzərində yerləşdiyi bildirilir; yəni Gimle binanın özü deyil, onun yerləşdiyi məkan kimi təqdim olunur.Bellows, Henry Adams (1923). The Poetic Edda. Scandinavian Classics. Vol. 21–22. p. 26, note 64.

Snorri Gimleni bütpərəstlərin cənnəti kimi təqdim edir.Lindow, John (2002) . Norse Mythology: A Guide to the Gods, Heroes, Rituals, and Beliefs. Oxford University Press. p. 140. ISBN 9780195153828. Li M. Hollander və Rudolf Simek kimi tədqiqatçılar Gimlenin təsvirinin xristian ənənəsindəki Səmavi Yerusəlim anlayışından təsirləndiyini qeyd etmişlər.Hollander, Lee M. (1988) . The Poetic Edda. University of Texas Press.Simek, Rudolf (2000) . Dictionary of Northern Mythology. Cambridge: D. S. Brewer.

Ursula Dronke isə hesab edir ki, salehlərin birlikdə yaşadığı cənnət ideyası qədim german-skandinav ənənəsindəki Valhalla ilə bağlı olsa da, Völuspá poemasının müəllifi və ya onun ənənəsi Gimle adını həm Surtrun Raqnarök zamanı yaratdığı alovlardan, həm də xristian cəhənnəminin odlarından qorunan müqəddəs məkanı ifadə etmək üçün yaratmışdır.Dronke, Ursula (2001) . The Poetic Edda. Vol. II: Mythological Poems. Oxford University Press. pp. 104, 152. ISBN 9780198111818.

Həmçinin bax

Asqard Raqnarök Valhalla İqqdrasil Kiçik Edda Niflheym German-skandinav mifologiyası

İstinadlar

Mənbələr

Bellows, Henry Adams (1923). The Poetic Edda. Scandinavian Classics. Vol. 21–22. Davidson, H. R. Ellis (1990) . Gods and Myths of Northern Europe. Penguin. ISBN 978-0-14-013627-2. Dronke, Ursula (2001) . The Poetic Edda. Vol. II: Mythological Poems. Oxford University Press. ISBN 9780198111818. Hollander, Lee M. (1988) . The Poetic Edda. University of Texas Press. ISBN 9780292764996. Lindow, John (2002) . Norse Mythology: A Guide to the Gods, Heroes, Rituals, and Beliefs. Oxford University Press. ISBN 9780195153828. Nordic Names. Gimlé. Simek, Rudolf (2000) . Dictionary of Northern Mythology. Translated by Angela Hall. D. S. Brewer. ISBN 9780859915137.

Kateqoriya:German-skandinav mifologiyası