Dorotinin dostu (ing. A Friend of Dorothy) — ssenarisi Li Nayt tərəfindən yazılan və çəkilən 2025-ci il Britaniya istehsalı qısametrajlı komediya dram filmi. Miriam Marqolyesin tənha dul qadın, Alister Nvaçukvunun isə yeniyetmə qonşu rolunda çəkildiyi film ortaq tənhalıq üzərindən yaranan qeyri-adi və təsirli bağ ideyası əsasında qurulub. "A Friend of Dorothy". British Council. İstifadə tarixi: 27 iyul 2026.Stephen Fry, Miriam Margolyes and more in first look at A Friend of Dorothy. İstifadə tarixi: 27 iyul 2026.
Filmin premyerası 25 iyun 2025-ci ildə Reyndens Film Festivalının Qısametrajlı filmlər bölməsində baş tutub. "Dorotinin dostu" filmi 98-ci Akademiya Mükafatlarında ən yaxşı canlı fəaliyyətli qısametrajlı film nominasiyasına layiq görüldü.
Süjet Səhhəti getdikcə pisləşən, ancaq zehni cəhətdən hələ də iti olan 87 yaşlı dul qadın Doroti sakit və tənha həyat sürür. Oğlu dünyanın digər ucuna köçüb və nadir hallarda onunla əlaqə saxlayır. Dorotinin nəvəsi Skott isə ona qarşı məsafəli və soyuqdur, Dorotiyə yuxarıdan aşağı baxır. Bir gün Dorotinin həyatı 17 yaşlı Cey Cey evin bağçasına topu səhvən salması ilə dəyişir. Doroti Cey Ceyə konserva qutusunu açması şərti ilə içəriyə buraxır.
Doroti açarları axtararkən Cey Cey evdəki kitablara maraqla baxır. Onların növbəti söhbətindən məlum olur ki, Cey Cey aktyor olmağa çox həvəslidir və Dorotinin ölmüş əri əvvəllər yerli teatrlara və perspektivli tələbələrə maliyyə yardımı göstərirmiş. Cey Cey "Miras" kitabında bir hissə oxuduqdan sonra çıxıb getmək istəsə də, Doroti ona gündəlik olaraq gəlməsini və ona kömək etməsini, eləcə də burada aktyorluq üçün məşq etməsini təklif edir. Beləcə ki, ikilinin mənalı dostluq münasibətləri get-gedə inkişaf edir.
Doroti dünyasını dəyişəndən sonra Cey Cey Dorotinin vəsiyyətinin dinləmək üçün dəvət edilir və məlum olur ki, ona bütün kitab kolleksiyasını miras qoyub. Cey Cey kitabın içində 50.000 funt sterlinq dəyərində çek və Dorotidən aktyorluq arzusunu reallaşdırmaq və Kral Dram Sənəti Akademiyasına daxil olmaq üçün təşviq məktubu tapır.
Rollarda
Miriam Marqolyes — Doroti Vudli Stiven Fray — Diki Alister Nvaçukvu — Cey Cey Oskar Lloyd — Skott Vudli
Buraxılış "Dorotinin dostu" filminin premyerası 25 iyun 2025-ci ildə Reyndens Film Festivalında baş tutdu. "A Friend of Dorothy". Raindance Film Festival. İstifadə tarixi: 27 iyul 2026. Film, həmçinin 23 oktyabr 2025-ci ildə Neapol Beynəlxalq Film Festivalının Açılış gecəsində,Naples Int’l Film Festival Announces Full Slate, From Narrative ‘On A String’ To “Colorful Documentary” On ‘The Pantone Guy’. İstifadə tarixi: 27 iyul 2026. 9 noyabr 2025-ci ildə Koronado Adası Film Festivalında və 2025-ci ilin noyabrında HolliŞorts Londan festivalında nümayiş etdirildi.Announcing HollyShorts London 2025 Official Selections. İstifadə tarixi? 27 iyul 2026.
Mokafatlar MükafatMərasim tarixiKateqoriyaAlanNəticəİstinadReyndens Film Festivalı27 iyun 2025Ən Yaxşı Birləşmiş Krallıq FilmiDorotinin dostu "A Friend of Dorothy - 33rd Raindance Film Festival". Raindance Film Festival. İstifadə tarixi: 27 iyul 2026.Odens Beynəlxalq Film Festivalı31 avqust 2025Tamaşamı MükafatıDorotinin dostuVinderne af OFF25 er fundet! İstifadə tarixi: 25 iyul 2026.Nyu Renessans Film Festivalı28 sentybar 2025İnkişaf Edən İstedad MükafatıDorotinin dostuOscar-Nominated Short Film 'A Friend of Dorothy' Starring Miriam Margolyes Now Available to Stream for Free. İstifadə tarixi: 25 iyul 2026.HolliŞorts Film Festivalı17 noyabr 2025Le Kool Şampan tərəfindən təqdim olunan ən yaxşı dramDorotinin dostuCelebrating 2nd Annual HollyShorts London Award Winners. İstifadə tarixi: 25 iyul 2026.Academiya Mükafatları15 mart 2026Ən yaxşı canlı fəaliyyət qısametrajlı filmDorotinin dostu The 98th Academy Awards | 2026. İstifadə tarixi: 27 iyul 2026.Oscars: Full List of Nominations. İstifadə tarixi: 27 iyul 2026.
İstinadlar
Kateqoriya:2025-ci ilin filmləri Kateqoriya:Qısametrajlı filmlər Kateqoriya:Əlifba sırasına görə filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:LGBT filmləri Kateqoriya:LGBT mövzulu Britaniya filmləri