Qara əfi () — Britaniyanın televiziya tarixində ən yadda qalan layihələrdən biri, sitkom. Layihə dörd fərqli mövsümlərdən təşkil olunub, üstəlik ayrıca çəkilmiş bir sıra bölümlər də mövcuddur. İlk dəfə ekranlara 1983-cü ildə çıxan bu layihə 1989-cu ilədək "BBC1" kanalında nümayiş etdirilib.

Serialın demək olar ki bütün hissələrində iki aktyor dəyişməz qalıb: Rouen Atkinson mənfi obraz Edmund Qara əfi (Blekedder) rolunda, Toni Robinson isə onun sadiq xidmətçisi Boldrik rolunda çıxış edib. Hər yeni mövsüm fərqli tarixi dövrü əks etdirdiyindən baş qəhrəmanların ətrafındakı personajlar da hər dəfə yenilənib.

Təsvir I mövsüm Qaranlıq əsrlərin ən zülmətli çağında İngiltərə taxtında ağıldan kəm bir hökmdar Kral IV Riçard oturur. Onun iki oğlu vardır. Taxtın böyük varisi sayılan Harri Uels Şahzadəsi titulunu daşıyır, sarayda böyük hörmətə malikdir, atası da onu hədsiz sevir, amma açığı, Harri özü də tam sağlam düşüncəli deyil... Kiçik oğul Edmund isə Edinburq Hersoqudur, öz ailəsinin xoşuna gəlmir, saray əhli onu görməyə belə tab gətirmir. Bununla belə, riyakar, lovğa, sarsaq və kinayəli xasiyyətli Edmund üzünə maska taxıb "Qara əfi" adı ilə tanınmağa başlayır və gizlicə taxta yiyələnmək fikrinə düşür. Onun bu niyyətində iki köməkçisi vardır: ona hörmət göstərəcək qədər fərasətsiz olan tək əyan Persi, bir də ağlabatmaz görünsə də əslində dərin fikirli sayılan "parlaq planları" ilə tanınan sadə kəndli Boldrik.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Tarixi teleseriallar