Əbül-Abbas əl-Mursi məscidi () — sufi təriqəti Şazəliyyənin şeyxi Əbül-Abbas əl-Mursinin məzarı üzərində tikilmiş məscid kompleksi.

İnşası Əbül-Abbas əl-Mursi 25 Zilhiccə hicri 685-ci ildə (11 fevral 1287) İsgəndəriyyədə vəfat etdi və Babül-Bəhr qəbiristanlığında dəfn olundu.

Hicri 705-ci (1306) ildə isgəndəriyyəli tacir Zeynəddin ibn Keysan gördüyü bir yuxudan sonra Mursinin qəbrinin yanında onun adına bir məscid tikdirdi. Tarix boyu bir neçə dəfə təmir və bərpa olunan bu məscidin 1927-ci ildə Misirin Vəqflər Nazirliyi tərəfindən yenidən inşa edilməsinə qərar verildi. Tikinti işləri 1944-cü ildə başa çatdı. Şəhərin ən gözəl məscidlərindən biri hesab edilən bu tikilinin yanında həmçinin bir kitabxana da inşa edildi.

Memarlığı Hazırkı məscid, xüsusilə də onun xarici görünüşü, əsasən son dövr Məmlük memarlığından ilham alan Neo-Məmlük üslubunda layihələndirilmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Sünni məscidləri