Azərbaycan Respublikasında humanitar minatəmizləmə sahəsində rəsmi dövlət qurumu olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), 1998-ci il 18 iyul tarixində Ümummilli Lider Heydər Əliyevin imzaladığı 854 saylı Sərəncamla təsis edilmişdir.
Daha sonra, regionda dəyişən təhlükəsizlik şəraiti və artan ehtiyaclar fonunda, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixli 1251 saylı Fərmanı ilə ANAMA publik hüquqi şəxs statusu alaraq yenidən təşkil edilmiş və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi adlandırılmışdır.
300px|right|thumb|Ermənilərin raket hücumundan sonra Gəncədə dağıdılmış yaşayış binasının xarabalıqları arasında dayanan ANAMA əməkdaşı 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi zəfəri işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir. Bu çərçivədə ANAMA-nın vəzifələri daha da genişlənmiş və Agentlik, həmin ərazilərdə minaların, partlamamış hərbi sursatların (PHS), partlayıcı tərkibli digər təhlükəli qalıqların aşkarlanması, toplanması, daşınması, müvəqqəti saxlanılması və zərərsizləşdirilməsi üzrə əsas icraedici qurum kimi fəaliyyətə başlamışdır.
ANAMA yalnız icraçı qurum deyil, eyni zamanda minatəmizləmə fəaliyyətlərini planlaşdıran, əlaqələndirən və normativ sənədlərlə tənzimləyən mərkəzi dövlət orqanıdır. Agentlik həm hökumətdaxili, həm də beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir, eləcə də icra edilən minatəmizləmə əməliyyatlarını tənzimləyir və zəruri metodoloji dəstəklə təmin edir.
Agentliyin həyata keçirdiyi əməliyyatlar Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun şəkildə təşkil olunur. Bu, əməliyyatların təhlükəsizliyini, effektivliyini və şəffaflığını təmin edir.
ANAMA-nın çoxillik fəaliyyəti nəticəsində, 1998-ci ildən 10 noyabr 2020-ci il tarixinədək ümumilikdə 543 094 633 kvadratmetr ərazi minalardan və partlamamış sursatlardan təmizlənmiş, 809 328 ədəd mina və PHS aşkarlanaraq zərərsizləşdirilmişdir. Bu nəticələr təkcə statistik göstəricilər deyil – həm də minlərlə insanın həyatının və rifahının təmin olunmasına xidmət edən təhlükəsizlik tədbirlərinin bir göstəricisidir.
Məqsəd Azərbaycan Respublikasının işğaldan azad edilən, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalan ərazilərinin minalardan və partlayıcı sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərmək.
Vəzifə Azərbaycan Respublikası ərazilərinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi məqsədi ilə minatəmizləmə fəaliyyətlərinin icrası, təşkili və əlaqələndirilməsinin həyata keçirilməsi.
Hədəflər
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən prioritetlərə və dövrə uyğun olaraq tədqiqat işlərinin davam etdirilməsi, ərazilərin minalardan təmizlənməsi və son istifadəçiyə təhvil verilməsi; İşğaldan azad edilmiş və müharibədən zərərçəkmiş ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təhlükəsiz təmizlənməsi üçün qurumlar arası əlaqələndirmənin təşkil edilməsi; Vətəndaşlar arasında mina və partlamamış hərbi sursat insidentlərinin azalması üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi; Azərbaycanın mina probleminin dünyaya çatdırılması, mina təhlükəsi ilə mübarizə istiqamətində beynəlxalq təşkilatlar, donor qurumlarla qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi; İnsan resurslarının, şəxsi heyətin bilik və bacarıqlarının, maddi-texniki imkanların artırılması.
Həmçinin bax "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı
İstinadlar
Xarici keçidlər Rəsmi veb saytı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin NİZAMNAMƏSİ
Kateqoriya:1998-ci ildə Azərbaycanda yarananlar