Qranat () — Rusiyada fəaliyyət göstərmiş özəl nəşriyyat evi. 1892-ci ildə Moskvada Aleksandr və İqnati Qranat qardaşlarının rəhbərliyi altında bir qrup elmi işçi tərəfindən təsis edilmişdir.

Təsisçiləri Aleksandr Naumoviç Qranat (1 (13) iyun 1861, Odessa — 7 sentyabr 1933, Moskva) — 1886-cı ildə Riqa Politexnik Məktəbini bitirmiş, 1892-ci ilə qədər istehsalatda fəaliyyət göstərmiş, sonradan Moskva yaxınlığında kağızboyama fabrikinə rəhbərlik etmişdir. İqnati Naumoviç Qranat (ləqəbi — İ. Qrey; 31 iyul (12 avqust) 1863, Mogilyov — 29 dekabr 1941, Moskva) — Moskva Universitetinin hüquq fakültəsini bitirmiş və orada fəaliyyət göstərmişdir (1910-cu ildən siyasi iqtisad üzrə professor). Torpaq məsələləri və cəmiyyətdə siniflərarası münasibətlər mövzusunda elmi əsərlərin müəllifidir..

Nəşriyyatın əsas və ən mühüm layihəsi çoxcildlik "Ensiklopedik lüğət" () olmuşdur.

"Qranat" Ensiklopedik Lüğəti Qranat Ensiklopedik Lüğəti () — Rusiyada 1891–1948-ci illər arasında 7 nəşrdə işıq üzü görmüş universal ensiklopediya. 1-ci (1891–1895), 2-ci (1896) və 3-cü (1897) nəşrlər 8 cilddə stereotip nəşrlər kimi buraxılmışdır. 4-cü (1899), 5-ci (1901) və 6-cı (1903) nəşrlər "Qranat stolüstü ensiklopedik lüğəti" adı altında genişləndirilərək 9 cilddə nəşr olunmuşdur. 7-ci nəşr (1910–1948) isə 58 cilddə (1917-ci ilə qədər 33 cildi işıq üzü görmüşdü) nəşr olunmuşdur (56-cı cild çap olunmamışdır).

Nəşriyyat əvvəlcə "A. və İ. Qranat qardaşları və Co." tərəfdaşlığı kimi fəaliyyət göstərmiş, 1918-ci ildən "A. və İ. Qranat qardaşları Rus Biblioqrafiya İnstitutu" ASC-yə çevrilmiş, 1940–1948-ci illərdə isə "Dövlət "Sovet Ensiklopediyası" İnstitutu"nun tərkibinə qatılmışdır.

Struktur və məzmun xüsusiyyətləri Məhsulunun əsasən qısa elmi-sorğu məqalələrindən ibarət olduğu Almaniyanın "Brockhaus" ensiklopediyası modelində hazırlanmış Brokhauz və Efron Lüğətindən fərqli olaraq, "Qranat" ensiklopediyasında materiallar Britaniyanın "Encyclopædia Britannica" ensiklopediyasına oxşar formada iri, hərtərəfli elmi-idrakı məqalələr şəklində qruplaşdırılmışdır..

Əvvəlki rus ensiklopedik lüğətlərindən (A. Plişarın 17 cildlik "Ensiklopedik leksikon"u, A. Starçevskinin 12 cildlik "Sorğu ensiklopedik lüğəti", F. Tollun 3 cildlik "Stolüstü sorğu lüğəti" və İ. Berezinin 16 cildlik "Rus ensiklopedik lüğəti") fərqli olaraq, "Qranat" sosial-siyasi yönümlü məqalələrin bolluğu, ictimai-siyasi terminlərin geniş təhlili və ictimai-inqilabi xadimlərin bioqrafiyalarına xüsusi yer ayırması ilə seçilirdi.

Məqalələrin böyük əksəriyyəti dövrün görkəmli alimləri tərəfindən yazılmışdır. Nəşrlə əməkdaşlıq edənlər arasında Lev Berq, B. Bodnarski, Vladimir Bonç-Bruyeviç, Vatslav Vorovski, Maksım Kovalevski, Ahatangel Krımski, Nadejda Krupskaya, Anatoli Lunaçarski, İlya Meçnikov, Mixail Pokrovski, Nikolay Semaşko, Yevgeni Tarle, Kliment Timiryazev, V. Fiqner və Vladimir Lenin kimi tanınmış şəxsiyyətlər olmuşdur.

İstinadlar

Xarici keçidlər

Online Russian version

Kateqoriya:Ensiklopediya lüğətləri Kateqoriya:XX əsrin ensiklopediyaları Kateqoriya:Rus dilində ensiklopediyalar Kateqoriya:Universal ensiklopediyalar