Abbas Ələvi (farsca: عباس علوی) — molekulyar görüntüləmə sahəsində, xüsusən də pozitron emissiya tomoqrafiyasının (PET) görüntüləmə üsulunda ixtisaslaşmış Güney Azərbaycan əsilli Amerika həkim-alimi.
Erkən həyat və təhsili Abbas Ələvi Təbrizdə anadan olub, orda orta məktəbi bitirdikdən sonra Tehrana köçüb və 1964-cü ildə Tehran Tibb Elmləri Universitetində tibb dərəcəsi alıb
1966-cı ildə o, Albert Eynşteyn Tibb Mərkəzində və Filadelfiya Keçmiş Hərbçilər və Veteranlar Hospitalına daxili xəstəliklər üzrə təhsil almağa başlayıb. Pensilvaniya Universitetində hematologiya/onkologiya üzrə ixtisaslaşdıqdan sonra, Ələvi tibbi görüntüləmə təhsilinə Harvardla əlaqəli "Beth Israel Deaconess" Tibb Mərkəzinin radiologiya şöbəsinə daxil olmaqla başlayıb. O, 1971-ci ildə Pensilvaniya Universitetinin Tibb Məktəbinə nüvə tibb üzrə tədqiqatçı kimi qoşulub və çox keçmədən fakültədə vəzifəyə təyin edilib. Hal-hazırda Radiologiya şöbəsində professor və Tədqiqat Təhsili istiqaməti üzrə Direktor vəzifələrində çalışır.
Abbas Ələvi aşağıdakı vəzifələri tutub:
1964-cü ildə — Tibb doktoru (MD), Tehran Universiteti, Tibb Məktəbi; 1966-cı ildə — Filadelfiyadakı A. Eynşteyn Tibb Mərkəzində Fərdi Daxili Xəstəliklər üzrə intern; 1968-ci ildə — Virciniya Tibb Mərkəzinin Daxili Xəstəliklər üzrə rezidenti; 1969-cu ildə — Pensilvaniya Universitetinin Hematologiya-Onkologiya Xəstəxanasının Təqaüdçüsü; 1970-ci ildə — Boston, Beth Israel Deaconess Tibb Mərkəzində Radiologiya üzrə rezident.
Yetkin həyat və karyerası Ələvi, tomoqrafiya görüntüləmə sahəsində işə Dr. David Kulun rəhbərliyi altında başlayıb. O və Pensilvaniya Universitetindəki həmkarları tək qamma şüalandırıcı radionuklidlərdən (Yeganə Foton Emissiya Kompüter Tomoqrafiyası/ SPECT) istifadə edərək müasir tomoqrafiya görüntüləməsinin aparılması sahəsində qabaqcıl olublar.
1973-cü ildə o, həmkarları Dr. Kul və Dr. Martin Reiviç ilə birlikdə deoksiqlükozanı pozitron şüalandırıcı florid (F-18) ilə etiketləmək ideyasını irəli sürən ilk alimlərdən biri olub və bu da FDG-nin inkişafına təkan verib.
1976-cı ilin avqust ayında Abbas Ələvi radioizləyici [18F] Flüordeoksiqlükoza (FDG) istifadə edərək beynin və bütün bədənin ilk insan PET tədqiqatlarını aparan heyət üzvü olub. Ələvi Pensilvaniya Universitetinin Radiologiya şöbəsində Radiologiya və Nevrologiya professoru, eləcə də Tədqiqat Təhsili Direktoru vəzifələrini tutur. Beş onillik davam edən karyerası ərzində o, 2300-dən çox nəşr və 60.000 istinad toplayaraq 125 h-indeks qazanıb və nəşr rekordunu elm adamlarının ən yüksək faizinə yüksəldib. O, digər bir çox kəşflər arasında, tiroid xərçənginin diaqnozunda yod-123-ü, feoxromositomanın qiymətləndirilməsində MIBG-i, infeksiyanın qiymətləndirilməsində radioaktiv işarələnmiş leykositlər və mədə-bağırsaq qanaxmalarının aşkarlanmasında 99mTc-ni ilk istifadə edənlərdən biri olub.
Ələvi 1971–1973-cü illərdə Nüvə Təbabəti üzrə təqaüd proqramı ilə başlayaraq, karyerası boyu Pensilvaniya Universiteti ilə əlaqələrini itirməyib. O, 1982-ci ildən Radiologiya professoru vəzifəsində, 1979-cu ildən 2006-cı ilə qədər Nüvə Təbabəti Bölməsinin müdiri vəzifəsində çalışıb. O vaxtdan bəri Ələvi Radiologiya Departamentində tədqiqat təhsili direktoru vəzifəsində çalışır.
Ələvi, FDG yaradıldığı gündən bəri, onu istifadə edərək çoxsaylı tədqiqatlar aparıb.
1970-ci illərin əvvəllərində KT və 1980-ci illərin əvvəllərində MRT- nin tətbiqindən qısa müddət sonra, Ələvi PET-i KT və MRT görüntüləmə üsulları ilə birləşdirən tədqiqatlar aparıb. O, müasir görüntüləmə texnikaları və PET görüntüləməsinin xərçəng və demans, qıcolmalar, ürək-damar xəstəlikləri və infeksiya da daxil olmaqla digər xəstəliklərin aşkarlanması üçün klinik tətbiqləri üzrə mütəxəssisdir.
Ələvi NIH və Amerika Onkologiya Cəmiyyətində elmi tədqiqat bölmələrinin üzvü və sədri vəzifələrində çalışmışdır. O, saysız-hesabsız tələbəyə müasir görüntüləmə texnikaları üzrə təlim keçib, mentorluq etmişdir. Onun keçmiş tələbə və tədqiqatçılarının çoxu hazırda dünyanın hər yerində tibbi görüntüləmə sahəsində rəhbər vəzifədə çalışır. Bu zaman onun tutduğu vəzifələr aşağıdakılar olub:
1971–1973-cü illərdə — Pensilvaniya Universitetinin Xəstəxanası, Filadelfiya, Nüvə Təbabəti üzrə təqaüdçü; 1973–1974-cü illərdə — Pensilvaniya Universiteti Tibb Məktəbinin Radiologiya kafedrasında Radiologiya üzrə müəllim; 1974–1977-ci illərdə — Pensilvaniya Universiteti Tibb Məktəbinin Radiologiya kafedrasının dosenti; 1977–1982-ci illərdə — Pensilvaniya Universiteti Tibb Məktəbinin Radiologiya kafedrasının Radiologiya üzrə dosenti; 1979–2006-cı illərdə — Pensilvaniya Universiteti Xəstəxanasının Nüvə Təbabəti Bölməsinin müdiri; 1979–1991-ci illərdə — Pensilvaniya Universitetinin Pozitron Emissiya Tomoqrafiya Mərkəzinin həmmüəllifi; 1991–2006-cı illərdə — Pensilvaniya Universitetinin Pozitron Emissiya Tomoqrafiya Mərkəzinin Tibbi Direktoru; 1982-ci ildən indiyədək — Pensilvaniya Universiteti Tibb Məktəbinin Radiologiya kafedrasının Radiologiya professoru; 1984-cü ildən indiyədək — Pensilvaniya Universitetinin Yaşlanma Araşdırmaları Mərkəzinin direktor müavini; 2006-cı ildən ndiyədək — Pensilvaniya Universitetinin Radiologiya şöbəsinin Tədqiqat Təhsili Direktoru.
PET thumb|İlk ümumi bədən FDG müayinəsi Pozitron emissiya tomoqrafiyası (PET) bədəndəki molekulyar proseslərin üçölçülü görüntüsünü yaradan tibbi görüntüləmə texnikasıdır. Sistem, bioloji aktiv molekulları etiketləmək üçün istifadə edilən radionuklidlərdən (izləyicilərdən) yayılan pozitronların məhv edilməsi nəticəsində yayılan qamma şüaları cütlərini aşkar edir.
Pozitron görüntüləmənin geniş yayılmasının səbəblərindən biri radiofarmasevtik preparatların inkişafıdır. Xüsusilə, Brukhaven Milli Laboratoriyasının alimləri ilə Pensilvaniya Universitetinin tədqiqatçıları arasında əməkdaşlıq çərçivəsində etiketlənmiş 2 — Fludeoksiqlükoza (18F) (2FDG)-nin hazırlanması PET görüntüləməsinin əhatə dairəsinin genişləndirilməsində əsas amil olub. Bu birləşmə ilk dəfə 1976-cı ilin avqust ayında Pensilvaniya Universitetində Ələvi tərəfindən iki normal insan könüllüsündə sınaqdan keçirilib.
1999-cu ildə, PET-in unikal və çoxtərəfli faydasını və təmin etdiyi funksional məlumatları nümayiş etdirən onilliklər davam edən tədqiqatlardan sonra, bu üsul Medicare və Medicaid Xidmətləri Mərkəzləri (CMS) tərəfindən geriödəmə üçün təsdiqləndi və sürətlə bir çox xəstəliklərin, əl-əxsus, xərçəng diqnostikasının təməl daşına çevrildi.
Artıq məlumdur ki, FDG-nin tibbə tətbiqi olmasaydı, PET ilə molekulyar görüntüləmə sahəsi yalnız böyük tədqiqat mərkəzləri ilə məhdudlaşar, bu isə onun hazırda geniş yayılmış klinik tətbiqlərini istisna edərdi. Bundan əlavə, FDG tədqiqat və dərman inkişafında bioloji cəhətdən əhəmiyyətli və çoxsaylı birləşmələrin araşdırılmasına səbəb olub.
Mükafatları, fəxri adları və fəxri cəmiyyətlərdə üzvlüyü Ələvi bir çox mükafat və fərqlənmə diplomuna layiq görülüb. Bunlar arasında nüvə tibbində ən yüksək mükafatlar da var: Nüvə Tibbi Cəmiyyəti tərəfindən verilən Georg Charles de Hevesy Nüvə Pioneri Mükafatı, Nüvə Tibbi Cəmiyyətinin Kassen Mükafatı, habelə Bolonya Universitetinin, Filadelfiya Elmlər Universitetinin və İranın Şiraz Universitetinin fəxri dərəcələri. Nüvə Tibbi Cəmiyyətinin de Hevesy Mükafatı Ələviyə pozitron emissiya tomoqrafiyasının inkişafındakı qabaqcıl işlərinə görə verilib.
O, müasir görüntüləmə texnikaları və xərçəngin, eləcə də nevroloji, ürək-damar və yoluxucu xəstəliklərin aşkarlanması üçün PET görüntüləməsinin klinik tətbiqləri üzrə mütəxəssisdir. Onun nailiyyətləri bunlardır:
1971–1973-cü illər — Nüvə Təbabəti üzrə NIH Doktoranturadan Sonrakı Təqaüd; 1982-ci il — Ağciyər Emboliyası Diaqnozunun Prospektiv Tədqiqatı üzrə Rəhbər və İcra Komitələrinin üzvü, Nüvə Təbabəti İşçi Qrupunun sədri; 1984-cü il — Kim Kimdir, Elm və Texnologiyanın Sərhədləri; 1984–1988-ci illər — Nüvə Təbabəti Cəmiyyətinin Qəyyumu; 1985-ci il — Pensilvaniya Universitetinin Yaşlanma Araşdırmaları Mərkəzinin üzvü; 1985-ci il — Amerika Nüvə Həkimləri Kollecinin üzvü; 1992-ci il — Fred Joliot, Orsey, Fransa Universitetində saathesabı müəllim; 1992-ci il — Evan-Jone xatirə mühazirəsi, MDS Universiteti, London; 1994-cü il — IVRA — Əsas məruzəçi; 1994-cü il — Taylor Lectureship mükafatı — Psixiatriya şöbəsi, Merilend Universiteti; 1995-ci il — "Benedict Cassen" xatirə Simpoziumu, CA; 1996-cı il — 6-cı Asiya və Okeaniya Konqresi — Görkəmli töhfələrə görə mükafat; 1997-ci il — Sarabhai Xatirə Natiqlik Mükafatı — Hindistan Nüvə Təbabəti Cəmiyyəti; 1999-cu il — 11-ci İllik Şəxs-Yalow Mükafatı — Böyük NY Nüvə Təbabəti Cəmiyyəti; 1999-cu il — Amerikanın ən yaxşı həkimləri; 2001-ci il — AuntMinnie.com-un Radiologiyada Mükəmməlliyi Təqdim Etmək üçün İllik Tədbiri olan "Ən Nüfuzlu Radiologiya Tədqiqatçıları" adlı iki finalçıdan biri; 2001: Nüvə təbabətinə və IASNM-in təşviqinə verdiyi görkəmli töhfəyə görə Hind-Amerika Nüvə Təbabəti Cəmiyyətinin Fərqli Xidmət Mükafatı, IASNM; 2001-ci il — Amerika Nüvə Təbabəti Şurasının üzvü; 2001-ci il — Nüvə Təbabəti üzrə Taplin Pioner Mükafatı; 2004-cü il — Georg Charles de Hevesy Nüvə Pioneri Mükafatı, Nüvə Təbabəti Cəmiyyətinin 51-ci İllik Yığıncağı; 2005-ci il — Üzv, (Ad Hoc Sədr), NIH/CSR/ZRG1 SBIB-Q50; 2005-ci il — NIH/CSR/ZRG1 SBIB-Q13 sədri; 2006-cı il — İlin Mentoru Mükafatı, Amerika Nüvə Tibbi Həkimləri Kolleci ; 2006-cı il — Dünya İnnovasiya Fondunun üzvü; 2007-ci il — Fəxri doktorluq dərəcəsi (Laurea ad honorem, Medicina e Chirurgia), Boloniya Universiteti, İtaliya; 2007-ci il — Şiraz Universiteti, Molekulyar Biologiya üzrə Fəxri Doktorluq dərəcəsi; 2007-ci il — Dərman Dizaynı, İnkişafı və Terapiyası üzrə Fəxri Redaksiya Heyətinin üzvü; 2008-ci il — Dove Medical Press, Ligand and Channel Research, Receptor Journal of Redaksiya Heyətinin üzvü, Fəxri Redaksiya Heyəti; 2008-ci il — Amerika Nüvə Təbabəti Şurasının ömürlük üzvü; 2008-ci il — Filadelfiyadakı Elmlər Universitetinin fəxri doktorluq dərəcəsi (DSc); 2008-ci il — PENN-də ən çox nəşr olunan və ən çox istinad edilən müəllim heyəti; 2010-cu il — Milli Səhiyyə İnstitutunun KSM Rəyçiləri Kollecinin üzvü; 2011: Baş redaktor, Cari Molekulyar Görüntüləmə; 2012-ci il — Fərdiləşdirilmiş Tibb və Molekulyar Diaqnostika üzrə Beynəlxalq Konfrans və Sərgi Təşkilat Komitəsinin üzvü; 2012-ci il — Təbabəti üzrə Tədqiqat üzrə Benedikt Kassen Mükafatı, SNM-in İllik Yığıncağı; 2015-ci il — İranın Təbriz şəhərinin Qızıl medalı laureatı; 2015-ci il — İran, Tehran, Milli Tibbi Tədqiqatların İnkişafı İnstitutunun qızıl medalı laureatı; 2016-cı il — Polşanın Qdansk şəhərindəki Qdansk Tibb Universitetindən fəxri tibb doktoru dərəcəsi almışdır; 2016-cı il — Cənubi Danimarka Universitetindən fəxri doktorluq dərəcəsi almışdır; 2017-ci il — Qızıl Medal Mükafatçısı, Amerika Nüvə Tibbi Kolleci; 2021-ci il — RG balı 57; 2022-ci il — Hindistan Nüvə Təbabəti Cəmiyyətinin İllik Konfransında Ömürlük Nailiyyət Mükafatı Laureatı, Yeni Dehli; 2026-cı il — Research.com saytında 138 balla ən yüksək D-İndeks (İntizam Balı); 2026-cı il — Ən yüksək PENN i10-İndeksi (Təsir Balı) 966; 2026-cı il — Pensilvaniya Universitetinin Elmi İndeksi 2026-da 1-ci yerdədir; 2026-cı il — ScholarGPS-də "Pozitron Emissiya Tomoqrafiyası" ixtisası üzrə 1-ci yerdə olan yüksək reytinqli alim; 2026-cı il — h-İndeks 145 və 89.500-dən çox istinad, Google Scholar.
Digər məlumatları