Zəka – elmi-publisistik, ədəbi-bədii jurnal. Azərbaycan Respublikası Mətbuat Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə nəşri olub.
Tarixi 1992-ci ilə qədər "Kitablar aləmində" adı ilə nəşr olunub. Jurnala İsrafil Nəzərov, Sabir Tarverdiyev, Səyadulla Kərimli kimi Azərbaycanın tanınmış jurnalist-yazıçıları baş redaktorluq edib. 1992-ci ildən "Zəka" adı ilə buraxılıb. Bilavasitə, həmin jurnalın davamçısıdır. Lakin o öz sələfindən məxsusi məzmun və mündəricəsinə, işıqlandırdığı məsələlərin əhatə dairəsinə, aktuallığına, elmi sanbalına görə xeyli fərqlənmişdir. Jurnalda Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək publisistik materiallara daha çox üstünlük verilmişdir. "Zəka" jurnalının bu müddət ərzində (1992-2006 və 2009 - cu illər) baş redaktoru yazıçı-publisist Səyadulla Kərimli olub.
Ədəbiyyat 1."Kitablar aləmində" jurnalının 1965–1980-ci il nömrələri. 2."Kitablar aləmində" jurnalının 1981–1992-ci il nömrələri. 3. Səyadulla Kərimli."Qüvvələrimizi birləşdirsək…"(baş məqalə),"Zəka" jurnalı,1992, nömrə-1.
Mənbə Səyadulla Kərimli,"Zəka" jurnalı,1992,nömrə-1. "Zəka" jurnalının 1992-2000-ci il nömrələri.
Xarici keçidlər
Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar