Vanadzor (erm. Վանաձոր) əvvəl Böyük Qarakilsə, Qarakilsə (erm. Մեծ Ղարաքիլիսա, Ղարաքիլիսա), Kirovakan (erm. Կիրովական) — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi.

Tarixi 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir.

Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935)PDF versiyası, səh. 71. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2, Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan , 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır.

Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir. "Böyük" sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Coğrafiyası Şəhər Bazum və Pəmbək silsilələri arasındakı çökəklikdə yerləşir.

Əhalisi 1835-ci ilə olan məlumata əsasən Gürcüstan quberniyasının Şörəyel – Pəmbək distansiyasında, Pəmbək çayının sağ sahilində yerləşən Qarakilsə kəndinin əhalisi 103 tatar ailəsindən ibarət idi.Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Примечательные места, стр. 152

1980-ci ildə 149 min əhalisi olub və əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi.

Böyük Qarakilsənin əksəriyyətini hazırda etnik ermənilər təşkil edir.

İstinadlar

Kateqoriya:Pəmbək mahalı Kateqoriya:Ermənistan şəhərləri Kateqoriya:Böyük Qarakilsə Kateqoriya:Ermənistanın adı dəyişdirilmiş yaşayış məntəqələri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri