Şərhul-kafiyə — Şeyx Radiyuddin Məhəmməd ibn əl-Həsən əl-Astarabadinin (v. 1287) əsəridir. Əsər İbn əl-Hacibin "əl-Kafiyə" əsərinə şərh olaraq yazılıb.
"Nəcmul-əimmə" ("imamların ulduzu") ləqəbi ilə tanınan Şeyx Radiyuddin Məhəmməd bin əl-Həsən əl-Astarabadi ərəb dili qrammatikasının sərf, nəhv və bəlağət elmlərinə dair məşhur əsərlərin müəllifidir. Ona daha çox şöhrət qazandıran isə "Şərhul-kafiyə" və "Şərhul-şafiyə" əsərləridir. Nəcmud-din Məhəmməd bin əl-Həsən ər-Rəzi əl-Astarabazi İranın Təbəristan vilayətinin Astarabad şəhərində anadan olmuşdur.
Ərəb və fars dilçiləri tərəfindən daha çox müraciət olunan əsərdə nəhv elmi asan və sadə bir dillə izah edilmişdir. يقول الإمام السيوطي: الرضي الإمام المشهور صاحب شرح الكافية لابن الحاجب، الذي لم يؤلَّف عليها – بل و لا في غالب كتب النحو – مثلها، جمعا و تحقيقا و حسنَ تعليل.
Əs-Suyuti bu kitab haqqında demişdir ki, "Məşhur imam Ər-Radi, İbn əl-Hacib üçün olan ("Kafiyə" əsərinə) "Şərhul-kafiyə"nin sahibidir. Heç bir şərh "Kafiyə" qədər ərəb dilinin qrammatikasını əhatəli və gözəl bəyan etməmişdir
Ümumilikdə isə "Şərhul-kafiyə" əsərinin üç əlyazma nüsxəsi və dörd çap kitabı mövcuddur. Əsərin əlyazmarı Türkiyə, Misir və dünyada müxtəlif universitetlərin kitabxanalarında yerləşən nüsxələrdən ibarətdir. Kitabın Türkiyədə olan əlyazması orijinaldır. Əsər 124 lövhədən və hər lövhə 31 sətirdən ibarətdir. Hər sətir isə 21 kəlmədən ibarətdir.
Nəstəliq xətti ilə gözəl və aydın yazılmışdır və Katibin adı yoxdur. "Əsər hicri 876-cı il zülqədə ayının əvəlləri yazılmışdır" sözləri ilə bitir. Kitabın mətnləri kamil olmaqla bərabər yazısı aydındır. Əlyazma Türkiyənin Süleymaniyyə kitabxanasında Daməd İbrahim kitab rəfində 1066 şəfrəsi altında mühafizə olunmaqdadır. Universitet nüsxələrindən isə İmam Məhəmməd bin Səud Mərkəzi İslam universitetinin kitabxanasında mühafizə olunan əsərin 4321 şifrəli mikrofilmini göstərmək olar. Əsərin ilk bölməsi 139 lövhədən, hər lövhə 29 sətirdən ibarətdir. Hər sətir isə 16 kəlmədən ibarətdir. Nəsx xətti ilə Məkki bin Məhəmməd bin Əbi Bəkr Kürdi Şakirin qələmi ilə gözəl və aydın yazılmışdır. Əlyazma Hicri 817-cildə şəvval ayının 19-da yazılıb tamamlanmışdır. Bu nüxədə elmi şərhlər haşiyələrdə fərqli xətlərlə verilmişdir, haşiyələrlə bəzi məsələlərə işarə vurulur. Bu nüsxə yazılma tarixinə görə orijinal nüsxələri ötüb keçir. Əsər katib tərəfindən kamil formada yazılmamışdır. Misir nüsxəsində isə ilk bölmə 118 lövhədən, hər lövhə 33 sətirdən ibarətdir. Hər sətir isə 21 kəlmədən ibarətdir. Nəsx xətti ilə aydın və gözəl yazılmışdır. Katibin adı və kitabın yazılma tarixi qeyd olunmayıb. Burada mətin sözlərinin üstünə xətt qoyulmuş və bəzi alimlərin şərhləri verilmişdir. Bu nüsxədə də katib "Kafiyə"nin mətnlərini tam formada verməmişdir, bir hissəni verməklə kifayətlənmiş, sonra isə "və sairə" deyərək keçib getmişdir. Əlyazma nüsxəsi 651 şifrəsi altında Qahirədə Milli kitab evində mühafizə olunmaqdadır. "Şərhul-kafiyə"nin çap variantları arasında müəyyən fərqli cəhətlərə rast gəlmək olur. Radiyuddin əl-Astarabadinin "Şərhu Radi aləl-Kafiyə" şərhinin əlyazma və çap nüsxəsi İstanbul, Berlin, Qahirə, Tehran və s. şəhərlərdə yerləşən kitabxanalarla yanaşı AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda da qorunub saxlanılır. Fondda D-44/264 şifrəsi altında mühafizə olunan əsər hicri qəməri 1268 (1851)-ci ildə yazılmışdır. Nəsx xətti ilə işlənmiş kitab iki cilddən ibarətdir. Kitabın həcmi 209 vərəqdən (I cild 94, II cild isə 115 vərəq) ibarətdir. Vərəqin ölçüsü 21 x 34 sm., mətnin yazılı hissəsi 14x25 sm, hər səhifədəki sətirin sayı 40-a bərabərdir. Kitabın kənarlarında qara mürəkkəblə haşiyələr verilmişdir. Sadə tərtibatlı kitab ərəb dilində yazılmışdır. Ərəb dili qrammatikasının sintaksis bölməsini (nəhv) əhatə edən əsər "Bismillahi-rahmani-rahim va bihi nəstəin" (Rəhman və Rəhim olan Allahın adı və onun köməyi ilə) sözləri ilə başlamış, Allaha həmd-səna, Məhəmmədə, onun ailəsinə və sahabələrinə salavatla davam etmişdir. Sonra əl-Astarabadi kitabın müqəddiməsində "əl-Kafiyə" əsərini niyə şərh etdiyini izah etmişdir. Daha sonra isə nəhv elminə keçərək "kəlmə" və "kəlam" haqqında qrammatik izahatlara başlamışdır.
İstinadlar
Kateqoriya:1851-ci ilin əsərləri