Dankan Çarlz Norman (; ) – Britaniya diplomatı. Böyük Britaniyanın Azərbaycanda səfiri (2026-cı ildən).

Həyatı 1979–1989-cu illərdə Uayt adasındakı Rayd məktəbində təhsil almışdır.

1990-cı ilin aprel ayından Böyük Britaniyanın Xarici İşlər Nazirliyində çalışır. 1990–1993-cü illərdə Maliyyə Departamentində, 1993–1994-cü illərdə isə Tədqiqat Departamentində çalışmışdır.

1994-cü ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Böyük Britaniyanın vitse-konsulu olub.

1998–2000-ci illərdə Ermənistandakı Britaniya səfirliyində missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

2000–2003-cü illərdə Britaniya XİN-in Yaxın Şərq Departamentində çalışıb.

2004–2006-cı illərdə Britaniya Vircin adalarının Tortola adasının qubernatorluğunda aparat rəhbəri olub.

2006–2007-ci illərdə Banqladeşdəki Böyük Britaniya səfirliyində siyasi məsələlər üzrə birinci katib, 2007–2010-cu illərdə isə missiya rəhbərinin müavini olub.

2010–2013-cü illərdə Britaniya XİN-in İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışıb.

2013–2015-ci illərdə Britaniya XİN-in Əfqanıstan şöbəsinin müdiri vəzifəsində çalışıb.

2016–2021-ci illərdə Böyük Britaniyanın Albaniyada səfiri olub.

2021–2022-ci illərdə XİN-in Cinayət işləri İdarəsinin direktor müavini vəzifəsində çalışıb.

2023–2024-cü illərdə Böyük Britaniya Milli Təhlükəsizlik Şurasının Milli Təhlükəsizlik Katibliyinin direktor müavini.

2 mart 2026-cı ildən Böyük Britaniyanın Azərbaycandakı səfiridir.

İstinadlar

Xarici keçidlər Duncan Charles Norman (Arxivləşdirilmiş nüsxə) Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri kimdir? - DOSYE Kateqoriya:Birləşmiş Krallığın Azərbaycandakı səfirləri Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr