Rumıniyalı Marqarita (; ) — Rumıniya kralı I Mixayın qızı, Rumıniya monarx ailəsinin başçısı.

Həyatı 26 mart 1949-cu ildə Lozannada dünyaya gədi. Atası sürgündəki Rumıniya kralı I Mixay, anası isə son Parma hersoqu I Robertin nəvəsi Kraliça Annadır. Edinburq hersoqu Filip Mauntbetten onun xaç atası, ana-nənəsi Danimarkalı Marqarita isə xaç anası oldu. Uşaqlıq illəri ata-nənəsi Kraliça Helenin Fyezoledəki villasında və ana-nənəsi Danimarkalı Marqaritanın Kopenhagendəki mülklərində keçdi. İlk təhsilini də məhz ata-nənəsi Kraliça Helenin yanında aldı. Ardından İsveçrəyə döndü və burada bacısı Sofiya ilə birlikdə təhsilini davam etdirdi.

1952-ci ildə Balmoral qəsrində Britaniya kraliçası II Elizabeti ziyarət etdilər və bu ziyarət əsnasında kraliçanın övladları Şahzadə Çarlz və Şahzadə Anna ilə tanış oldu. 1960-cı ildə Hempşirdə bir yatılı məktəbə göndərildi. 1964-cü ildə İsveçrədəki bir fransız məktəbində təhsilini davam etdirdi. Həmin il Yunanıstan kralı II Konstantinlə evlənən Danimarkalı Anna-Mariyanın gəlin nədimələrindən biri oldu.

Şotlandiyadakı Edinburq Universitetində sosiologiya təhsii aldı və 1974-cü ildə məzun oldu. Gələcəkdə Birləşmiş Krallığın baş naziri olacaq Qordon Braunla bu illərdə tanış oldu və eşq yaşadı. Məzun olduqdan sonra BMT-nin Əhali Fondu (UNFPA) və Ümumdünya Səhiyyə Təşkilatında (WHO) çalışdı. 1983-cü ildən Romada məskunlaşdı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) üçün çalışdı.

1989-cu ilin yayında Rumıniyadakı xalq hərəkatı səbəbilə vəzifələrindən geri çəkildi və ailə məsələləriylə məşğul olmaq üzrə Cenevrəyə köçdü. Bu tarixdən etibarən ölkənin siyasi həyatında aktiv rol oynadı. Nə özünün, nə də özündən sonra doğulan 4 bacısının Rumıniya taxt-tacında haqqı yox idi. Ancaq Rumıniya höküməti tərəfindən tanınmayan və parlament tərəfindən təsdiqlənməyən bir qərarla, atası I Mixay onu 30 dekabr 2007-ci ildə Rumıniya taxt-tacının vəliəhdi elan etdi. Buna səbəb isə kralın ögey qardaşı Karol Lambrinonun oğlu Pavel Filipp Hohensollernin irəli sürdüyü taxt iddiası idi.

24 iyul 1996-cı ildə İsveçrədə Radu Duda ilə evləndi. Ərinə 1 yanvar 1999-cu ildə Hohensollern şahzadəsi ünvanı verildi və cütlük Buxarestdə yaşamağa başladı. Bu evlilikdən övladı olmadı. Atası I Mixayın 2017-ci ildə ölümündən sonra Rumıniya monarx ailəsinin başçısı ünvanın qazandı.

Mənbə

Ədəbiyyat

Montgomery-Massingberd, Hugh (editor). Burke's Guide to the Royal Family, Burke's Peerage, London, 1973, p. 279. ISBN 0-220-66222-3 de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. Le Petit Gotha. Nouvelle Imprimerie Laballery, Paris 2002, p. 769 (French) ISBN 2-9507974-3-1 King Carol II: A Life of my Grandfather. London: Methuen. 1988. ISBN 0413165701 Eilers, Marlene A. (1987). Queen Victoria's descendants. Baltimore: Genealogical Pub. Co. p. 189. ISBN 0-8063-1202-5

İstinadlar