Velko Simiç (; ) — Serbiya futbolçusu, Azərbaycan Premyer Liqasının "Sabah" klubunda vingeri.

Klub karyerası

Erkən illəri "Srvena Zvezda" klubunun akademiyasının yetirməsi olan Simiç və Filip Yankoviç klubun 1995-ci il təvəllüdlü gənc oyunçuları arasında en istedadlı futbolçular hesab olunurdular, lakin o, əsas komandaya keçə bilməmiş və bunun əvəzinə 2014-cü ildə "Bazel" klubu ilə peşəkar müqavilə imzalamışdır. Texniki problemlər səbəbindən meydana çıxa bilməmiş və nəticədə Sloveniyanın "Domjale" klubuna icarəyə verilmişdir. Əsas komandada debütünü "Radomlye"yə qarşı matçda etmiş, oyuna ilk "11-lik"də başlamış və 70-ci dəqiqədə əvəzlənmişdir.

7 yanvar 2016-cı ildə o, 2015–2016-cı illər mövsümünün sonunadək icarə əsasında "Şaffhauzen" klubuna qoşulmuşdur. 2016/17 mövsümündə "Kyasso" klubuna icarəyə verilmişdir. 1 sentyabr 2017-ci ildə "Bazel" Simiç ilə olan müqavilənin qarşılıqlı razılıq əsasında xitam olunduğunu elan etmişdir.

Simiç 2017/18 mövsümünün qış transfer pəncərəsində azad agent kimi Serbiyanın "Zemun" klubuna qoşulmuşdur. "Zemun"un heyətində keçirdiyi son oyunda, 28 iyul 2018-ci ildə "Voyvodina"ya qarşı 1:1 hesabı ilə başa çatan matçın son dəqiqəsində qol vurmuşdur.

Srvena Zvezda Simiç 2018-ci ilin yayında "Srvena Zvezda" klubu ilə dördillik müqavilə imzalamışdır. Təqdimat mərasimində jurnalistlərə verdiyi açıqlamada "Srvena Zvezda"dan "Bazel"ə erkən gedişinin gənc oyunçuların dərs çıxara biləcəyi bir xəta olduğunu bildirmişdir. 11 yanvar 2021-ci il tarixində, iki mövsüm yarımdan sonra onun müqaviləsinə xitam verilmişdir.

Voyvodina Simiç 13 yanvar 2021-ci ildə "Voyvodina" klubu ilə iki il yarımlıq müqavilə imzalamışdır.

Omoniya Simiç 17 iyul 2023-cü ildə "Omoniya" klubu ilə "2+1" illik müqavilə imzalamışdır. O, 2024/25 mövsümündə UEFA Konfrans Liqasında pley-off mərhələsində "Zirə"yə qarşı keçirilən hər iki oyunda (6:0, 0:1) meydanda olmuşdur.

Sabah 28 avqust 2025-ci ildə Azərbaycan Premyer Liqasının "Sabah" klubu Simiçin "Sivasspor" klubundan birillik icarəyə götürüldüyünü elan etmişdir. Klubda "21" nömrəli formada çıxış etmişdir. Simiçin sözlərinə görə, keçid asan alınmışdı, çünki o, baş məşqçi Valdas Dambrauskası tanıyırdı. Simiç icarədə olduğu dövrdə "Sabah"ın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Velko Simiç 11 assistlə Misli Premyer Liqasında 2025/26 mövsümündə ən çox məhsuldar ötürmə edən ikinci futbolçu olmuşdur. O, bu dövrdə "yaradıcı oyunu" ilə seçilmişdir. Bundan başqa, o, 11 qolla bombardirlər siyahısında iki "Neftçi" oyunçudu ilə ikinci yeri tutmuşdur.

2 iyun 2026-cı ildə "Sabah" Simiç ilə "Sivasspor"dan azad agent kimi əsasında ikiillik müqavilə imzalandığını açıqlamışdır.

Velko Simiç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) ilə olan ilk matçda fərqlənə bilmişdir və turnirdə ilk qolunu vurmuşdur. O, II təsnifat mərhələsinin "KuPS" (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin "Orhus" (Danimarka) ilə görüşlərində (1:2, 4:0), həmçinin pley-off mərhələsinin "Hapoel Beer-Şeva" (İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.

Simiç bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord "Qarabağ"ın hücumçuları Redon Cica (2023/2024), Olavio Juninyoya (2024/2025) məxsus idi.

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Bazel FK futbolçuları Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Legioner Serbiya futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Şaffhauzen FK futbolçuları Kateqoriya:Serbiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:Serbiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Srvena Zvezda FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Türkiyədə legioner Serbiya idmançıları Kateqoriya:Voyvodina FK futbolçuları