Əmir Hatəmi (, Güney Azərbaycan, Zəncan vilayəti) — İran İslam Respublikası Ordusunun Güney Azərbaycan əsilli Baş komandanı, İran Silahlı Qüvvələrinin Ordu İşləri üzrə Baş komandanının müşaviri, Baş qərargah rəisi, 2017-ci ilin Avqustundan 2021-ci ilin Avqustuna qədər İİR-in Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor. O, sələfi Məhəmməd Baqerinin On İki Günlük Müharibədə öldürülməsindən və Əbdülrəhim Musəvinin Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsinə yüksəlməsindən sonra Baş komandan təyin edilib.

Həyatı Əmir Hatəmi 1966-cı ildə Zəncan vilayətinin azərbaycanlılardan ibarət olan Nimavər kəndində anadan olub, uşaqlıq və gənclik illərini Zəncanda keçirib.

Ə.Hatəminin 14 yaşı olanda, o, könüllü olaraq Bəsic təşkilatına qoşulub, 1980-ci illərdə İran-İraq Müharibəsində iştirak edib və 1984-cü ildə İran Ordusunun Quru Qoşunlarında xidmətə başlayıb. O, İran İslam İnqilabının iştirakçılarıdan sayılır.

O, İran Xalq Mücahidləri Təşkilatına qarşı həyata keçirilən "Mərsad" əməliyyatının iştirakçısı olub.

Ə.Hatəmi, İran-İraq Müharibəsi bitdikdə, 1989-cu ildə İmam Əli Zabitlər Akademiyasına daxil olub və "Müdafiə elmləri idarəçiliyi" ixtisası üzrə məzun olub. Akademiyanı bitirdikdən sonra, o, altı il ərzində, İranın qərb və quzey-qərb bölgələrində hərbi hissələrə komandanlıq edib.

Ə.Hatəmi təhsilini bitirdikdən sonra, əvvəl Ordunun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, habelə İran Silahlı Qüvvələrinın Baş qərargah rəisinin müavini vəzifələrində çalışıb.

1998-ci (1377-ci) ildə İranın Ali dini lideri Əli Xamnei Ə.Hatəmini polkovnik rütbəsindən briqada generalı (general mayordan daha aşağı, amma polkovnikdən yuxarı hərbi) rütbəsinə qədər yüksəldərək, İran Müdafiə və Silahlı Qüvvələrə dəstək nazirinin hərbi kəşfiyyat üzrə müavini vəzifəsinə təyin edib (o, ilk dəfə Əli Xamenei ilə Ordu günü münasibəti ilə həmin il görüşüb). Ə.Hatəmi bu vəzifədə 2006-cı ilə qədər xidmət edib. O, 40 yaşından əvvəl briqada generalı rütbəsi almış azsaylı İran hərbçilərindəndir.

O, 2006-2011-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargahının kadrlar üzrə müavini, 2011-2013-cü illərdə isə Baş Qərargahın birgə işlər üzrə müavininin müavini vəzifələrində çalışıb.

O, 11-ci hökumətdə 2013–2017-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

O, 08.08.2017-ci ildə Prezident Həsən Ruhani tərəfindən Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri vəzifəsinə namizəd göstərilib və 20.08.2017-ci ildə Parlamentdən 261 lehinə, 10 əleyhinə, 13 bitərəf və 4 etibarsız səslə Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri təyin olunub. O, özündən qabaq iyirmi ildən artq müddət ərzində, ilk Ordudan (Arteş) gəlmiş Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri olub. Belə ki, bu vəzifəni 1989-cu ildən sonra Ə.Hatəmiyə qədərki dövrdə yalnız İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri tutub.

21.02.2017-ci il tarixlində general Ə.Hatəminin rəhbərlik etdiyi heyət Azərbaycan Respublikasının Müdafiə Nazriyilində olarkən, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Ə.Hatəmi 2021–2025-cı illərdə İran Silahlı Qüvvələrin Baş Komandanının ordu işləri üzrə müşaviri olub.

Lakin, 2025-ci il İran-İsrail müharibəsindən bir gün sonra - 14 iyun 2025-ci ildə general-mayor Əbdülrəhim Musəvinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə yüksəldiyinə görə, vakansiya yaranıb, bundan istifadə edən Ə.Hatəmi general-mayor rütbəsi alaraq, İran Ordusunun baş komandanı təyin edilib.

16.08.2026-cı ildə Ə.Hatəmi mediada çıxış edərək, bildirib:"Hər kəs bilməlidir ki, Amerika bazaları heç bir halda əvvəlki vəziyyətinə qayıtmaq iqtidarında deyil və İran heç vaxt buna icazə verməyəcək".17.08.2026-cı ildə Ə.Hatəmi mediada çıxış edərək, ABŞ əsgərlərini öldürən və ya əsir götürən şəxslər üçün 30 min dollar məbləğində mükafat müəyyən edildiyini açıqlayıb. Ə.Hatəmi bildirib ki, bu əməliyyat qadın tərəfindən həyata keçirilərsə, mükafatın məbləği iki dəfə artırılacaq. O, mükafatın ödənilməsi qaydaları ilə bağlı əlavə məlumat verməyib və ordunun xalqın maliyyə təminatına “dəstəyini” elan etməsindən sonra bu mükafatları ödəyəcəyini deyib.

Mükafatları 106x106px106x106px106x106px106x106px106x106px106x106px106x106px106x106px106x106px

İstinadlar

Kateqoriya:İran müdafiə nazirləri Kateqoriya:İran generalları Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycanlı generallar