Loyxtenberqli Dmitriy Georgiyeviç ( ) — Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviçin nəvəsi.
1898-ci ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviçin oğlu Georq Nikolayeviç, anası isə Olqa Nikolayevna Repninadir. Hərbi mühəndislik təhsili aldı. 1917-ci ildə süvari birliyinə qatıldı. Oktyabr inqilabının ardından bolşeviklər tərəfindən ələ keçirildi və Pavel və Pyotr qalasına həbs olundu. Ancaq bir yolla həbsdən qaça bildi. Ardından bolşeviklərə qarşı vuruşan birliklərə qatıldı. 1920-ci ildə Yaltaya çəkildi. Öncə İstanbula, ardından Triest və Bavariyaya qaçdı. Burada digər qohumlarıyla birlikdə yaşadı.
1921-ci ildə Romada dul və bir uşaqlı Yekaterina Aleksandrovna Arapova ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Helena (1922-2013), 1979-cu ildən etibarən rahibə oldu. Georq (1927-1963)
1931-ci ildə ailəsiylə birlikdə Kanadaya köçdü. 1972-ci ildə yaşanan qəza nəticəsində vəfat etdi.
Mənbə
Ədəbiyyat
Лейхтенбергские // БРЭ / С. Л. Кравец. — М.: БРЭ, 2011. — Т. 17. — С. 190. — 783 с. — 60 000 экз. — ISBN 978-5-85270-350-7 Prinz Adalbert von Bayern, Die Herzen der Leuchtenberg : Chronik einer napoleonisch-bayerisch-europäischen Familie, Munich, Neuausg, 1992, 384 p. ISBN 3-485-00665-3 Gérald Gouyé Martignac et Michel Sementéry, La descendance de Joséphine impératrice des Français, Paris, Christian, 1994, 225 p. ISBN 2-86496-058-3 Charles W. Fanning, Dukes of Leuchtenberg : A Genealogy of the Descendants of Eugene de Beauharnais, J.V. Poate, 1983, 106 p. ISBN 0-9500183-4-1
İstinadlar