Rövşən Eyyub oğlu Eyyubov () — Azərbaycan polis zabiti, hüquqşünas, Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki.

Həyatı Rövşən Eyyub oğlu Eyyubov 1973-cü il avqustun 19-da Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1983-cü ildə N. Rəfibəyli adına 43 saylı orta məktəbdə təhsilə başlamışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur. 1997-ci ildə Milli Qvardiyada hərbi xidmətə çağırılmışdır. 1999-cu ildən Xüsusi Dövlət Mühafizə Xidmətində ölkə rəhbərliyinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi ilə bağlı müxtəlif vəzifələrdə çalışmışdır.

1997–2000-ci illərdə Polis Akademiyasında hüquq ixtisası üzrə qiyabi təhsil almışdır. 2004-cü ildə Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olmuşdur.

2001-ci ildən Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Hazırda Azərbaycan DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisidir.

Yaradıcılığı Rövşən Eyyubov musiqi sahəsində fəaliyyəti də yüksək qiymətləndirilir.

2014–2015-ci illərdə "Heydərlə Azərbaycan" və "Heydərlə Azərbaycan 2" musiqi əsərlərini bəstələmişdir. Həmin əsərlər AzTV-nin qızıl fondunda saxlanılır..

Kitabları Rövşən Eyyubov daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı bir sıra tədris vəsaitlərinin müəllifidir. Onun 2011-ci ildə "Yaxşı əməl heç vaxt gizli qalmır" adlı kitabı nəşr edilmişdir. Kitab Azərbaycan Respublikası Prezidentinin şəxsi kitabxanasında saxlanılır.

2012-ci ildə polis əməkdaşlarının maarifləndirilməsi məqsədilə "Narkomaniya ilə mübarizə" adlı tədris kitabı nəşr edilmişdir.

Təltifləri "İgidliyə görə" medalı — 30 iyun 2006 Daxili İşlər Nazirliyinin fərqlənmə medalları Fəxri Fərman Döş nişan Daxili işlər orqanlarında "Usta" dərəcəsi

İstinadlar

Xarici keçidlər Su Nəqliyyatında Polis İdarəsinin Rəisi Rövşən Eyyubov – PEŞƏKAR VƏ DÖVLƏTƏ SƏDAQƏT Su Nəqliyyatında Polis İdarəsində — YENİ RƏİS TƏYİNATI Ramil Usubov Bəylər Eyyubovun qardaşı oğluna yüksək vəzifə verdi Rövşən Eyyubov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur Rövşən Eyyubov – peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət nümunəsi Azərbaycanlı bəstəkarın yeni layihəsi: "Mənə niyə baxmırsan?"