Eyvazlılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Eyvazalılar kəndi Gəncə-Qazax düzənliyindədir. Bəzi ədəbiyyatlarda səhvən Eyvazlılar variantında qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında indiki Qazax rayonunun ərazisindən gəlmiş Eyvazalı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Lakin qazax tayfalarının bir qolu olan eyvazalılar (yerli tələffüz formasında ayvazalılar) Qazax rayonunun Xanlıqlar kəndində bu gün də yaşayır. Oykonim etnotoponim olub, eyvazalılar nəslinin adını əks etdirir. 1933-cü ildə Qaradonlu (İmişli) r-nu ərazisində də Eyvazallar adlı kənd qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 125 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Goranboy rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri