Zümrüd Ağayeva (6 sentyabr 1989, Bakı, Azərbaycan) — Azərbaycan millisini "otüstü xokkey" oyunlarında təmsil etmiş keçmiş hücumçu. AFFA-nın qadın futbolu üzrə departamentinin rəhbəri. "Nizam-İntizam Komitəsi"nin üzvü, 2023-cü ildən UEFA nümayəndəsi
İdman həyatı Uşaq yaşlarından basketbol idman növünə marağı olsa da, basketbolun Azərbaycanda inkişafının get-gedə azalması səbəbiylə 2005-ci ildə, bir məşqçinin təklifi ilə otüstü xokkey idman növü ilə peşəkar karyerasına başlamışdır. 2005-ci illərdə artıq otüstü xökkey idman növü Azərbaycanda maraqla qarşılanırdı. Zümrüd Ağayeva o dövrün ən güclü klubu sayılan "Atasport" komandasında çıxış edirdi. Elə həmin illərdə ən böyük uğurlarından biri, Hollandiyanın Den Boş şəhərində, çempionların qarşılaşdığı oyunda finala qədər yüksəlmiş, lakin finalda gümüş medal əldə etmələri olmuşdur. https://azertag.az/xeber/atasportun_chempionlar_liqasindaki_reqibleri_melumdur-333495
Növbəti illərdə, 2007, 2008-ci illərdə Azərbaycan çempionatında çempionluq sevinci yaşamışdır.
Avropa çempionatı olaraq 2008-ci ildə Avstyada keçirilən yeniyetmələr arası yarışda çempionluq yaşamışıdr. Bu çempionluq onun karyerasının ən önəmli anı olaraq bilinir. Belə ki, Zümrüd Ağayevaya və 4 qıza "İdman Ustası" adı verildi. Çempion qazetin, 27 fevral, 1 mart 2015, Zümrüd Məmmədova:"Otüstü hokkey mənə çox şey verib"
2009-cu ildə isə get-gedə daha da o idman növünə olan maraq azalmağa doğru getdi, artıq çempionat ləğv edilmə səviyyəsində idi. Son dəfə 2009-ci ildə Azərbaycan çempionu adına layiq görüldü. Zədəsi və ali təhsil hədəfi ilə əlaqədar olaraq, karyerasını bitirdi.
2012-ci ildə AFFA'da yarışın təşkilatı komitəsinin üzvü oldu.
2014-cü illərdə artıq "Futbol Baksell İlə" adlı layihənin koordinatoru idi. Layihə 10-a yaxın meydançada keçirlirdi, Bu da medyanın diqqətini çəkmişdi. Karyerası 2014-dü ildən AFFA-da müəyyən proyektlər, məsələn "Futbol Baksell", "Məhəllənin Ulduzu" kimi layihələrfə üzrə rəsmi şəxs olaraq məsuliyyət daşımağa başladı. 2025-ci ildən etibarən qadın futbolunun departamentinin rəhbəri vəzifəsində çalıır.
İstinadlar