Tovi və mələk — qovaq taxtası üzərində yumurta temperası ilə çəkilmiş, təxminən 1470–1475-ci illərdə tamamlandığı güman edilən rəsm əsəridir. Əsərin ölçüləri 83,6 × 66 sm-dir. Əsər İtalyan İntibahı rəssamı Andrea del Verrokkionun emalatxanasında yaradılmışdır. Hazırda əsər Londondakı Milli Qalereyada saxlanılır. Rəsm Piero del Pollayolo və Antonio del Pollayolo tərəfindən yaradılmış, Tovi və mələyin təsvir olunduğu daha əvvəlki əsərə bənzəyir. Həmin dövrdə Florensiyada Tovi və mələyin təsviri geniş yayılmış mövzulardan biri idi.

Bir sıra sənət tarixçiləri Verrokkio emalatxanasının üzvü olan gənc Leonardo da Vinçinin əsərin bəzi hissələrinin hazırlanmasında iştirak etmiş ola biləcəyini irəli sürmüşlər.Davies, Martin, The Earlier Italian Schools, National Gallery Catalogues, 556-557, 1961, reprinted 1986, . Suida in 1954 was apparently the first, covering both dog and fish. Ehtimal olunur ki, Leonardo xüsusilə balığın, yaxud Milli Sənət Qalereyasından David Alan Braunun fikrincə, itin təsvirində iştirak etmiş ola bilər. Əgər bu ehtimal doğrudursa, əsər Leonardonun iştirak etdiyi və günümüzə qədər gəlib çatan ilk rəsm nümunələrindən biri sayıla bilər.

İstinadlar

Kateqoriya:1470-ci illərin rəsm əsərləri Kateqoriya:Andrea del Verrokkionun rəsm əsərləri