Merkurinin talariyası və ya Hermesin qanadlı sandalları yunan tanrısı Hermesin (Roma mifologiyasındakı qarşılığı Merkuri) simvoludur. Rəvayətə görə, onları tanrı Hefest ölməz qızıldan düzəltmiş və bu sandallar tanrını istənilən quş qədər sürətlə uçurmuşdur.
Etimologiya Latın dilindəki isim forması, sözünün orta cəmidir və “topuqa aid” mənasını verir. Romalıların buradan “qanadlı sandallar” mənasına necə gəldiyi tam aydın deyil. Ehtimal olunur ki, qanadlar topuqlara bərkidildiyi və ya sandallar topuqların ətrafına bağlandığı üçün belə adlandırılmışdır.
Təsdiqlənmiş nümunələr
Qədim yunan ədəbiyyatında Hermesin sandallarından ilk dəfə Homer bəhs edir (; , “ölməz/ilahi və qızıldan”), lakin onları “qanadlı” kimi təsvir etmir.Homer, Odisseya, V, 44.
Sandalların qanadlı olması ilk dəfə Heraklın qalxanı poemasında (e.ə. təxminən 600–550-ci illər) təsvir edilir. Burada " ()", hərfi mənada “qanadlı sandallar” ifadəsi işlədilir.Hesiod, Heraklın qalxanı, 220. Bir qədər sonrakı dövrə (e.ə. 520-ci il) aid Hermesə həsr olunmuş Homer himnində sandalların qanadlı olduğu açıq şəkildə bildirilmir. Lakin onlar Hermesə Apollonun mal-qarasını oğurlayarkən arxasında heç bir ayaq izi qoymadan hərəkət etməyə imkan verirdi.
Bir ehtimala görə, qanadlı sandallar təxminən e.ə. V əsrdə tanrı Hermesin adi, lakin zəruri olmayan atributu hesab edilməyə başlamışdır. Sandalların qanadlı olduğuna istinad edən daha sonrakı nümunələrdən biri Hermesə həsr olunmuş Orfik himn XXVIII-dir (e. I–II əsrləri).Orfik himn 28, 4-cü misra.
Persey Meduzanı öldürmək üçün Hermesin sandallarından istifadə edir.Qay Yuli Higin, Fabulae (LXIV) və Nonnun Dionisiaka əsəri (XIV, 270). Esxilin yazdığına görə, Hermes sandalları birbaşa ona verir.Esxil, The Phorkides, fr. 262 iv, v Radt. Daha geniş yayılmış versiyaya görə isə Persey onları Qreyalardan, görünməzlik papağı və (kisə) ilə birlikdə əldə etməlidir.Afina Ferekidi, 3F11 Fragmente der griechischen Historiker və Bibliotheca (Psevdo-Apollodor), II, 4, 2.
İlk yunan vaza təsvirlərində, Hermes hər bir çəkmənin üst kənarına bərkidilmiş əyri çıxıntısı olan çəkmələr geyinmiş şəkildə göstərilir. Bu detal sadə və ya kobud şəkildə təsvir edilmiş qanaddansa, çəkmələri geyinərkən dartmaq üçün nəzərdə tutulmuş qayışa bənzəyir.
Ellinizm və Roma dövrlərində Hermes bəzən qanadları birbaşa çılpaq topuqlarına bərkidilmiş vəziyyətdə təsvir edilirdi.
Latın mənbələri
Talaria termini I əsrdə Ovid tərəfindən işlədilmiş, ondan əvvəl isə müxtəlif latın müəlliflərinin (Siseron, Vergili və başqaları) əsərlərində təxminən səkkiz dəfə işlənmişdir. Termin adətən “qanadlı sandallar” kimi başa düşülür və demək olar ki, yalnız Hermes/Merkurinin və ya qəhrəman Perseyin geyindiyi ayaqqabılara aid edilir.
Orta əsr yozumu
Çevik qaçışçı Atalantanın geyindiyi talariya ilə bağlı (Ovid, Metamorfozlar X.591) bəzi tərcüməçilər onları ayaqqabı kimi qəbul etməkdən çəkinmiş və XIV əsrdə Maksim Planuddan başlayaraq bu sözü “ topuğa qədər uzanan uzun paltarlar” kimi şərh etmişlər. XVII əsrdə bu şərh Nikolaas Heynsiusun izahında da qəbul edilmiş və XIX əsrdə Lewis və Short lüğətində həmin parçaya dair məqalədə öz əksini tapmışdır. Lakin bu “paltar” yozumunun əleyhinə “aradan qaldırılması mümkün olmayan” səbəblər mövcuddur. Çünki Ovid əvvəlki hissələrdə açıq şəkildə bildirir ki, Atalanta qaçış yarışında iştirak etmək üçün paltarını çıxarmışdı.
Orta əsr İrlandiyasının Eneida (Imtheachta Aeniasa) və Troya dağıntısı (Togail Troí) versiyalarında da Merkuri Vergilinin təsvir etdiyi talariadan irəli gələn “quş örtüyü” və ya “lələkdən hazırlanmış örtük” geyinir.eDIL, s.v. “énchendach ”. “quş örtüyü, lələkdən hazırlanmış örtük... [lakin] aşağıdakı nümunələrdə məna qanadlara, lələklərə, qanadlı şeyə keçmişdir... rogab [Mercuir] a enceandaigh uime...┐ gabaid a luirg n-encheandaighi ina laim (yəni talaria və kadusey), Aen.[Imtheachta Aeniasa] 766–7 .. encennach Mercúir, cumma imthéit muir ┐ tír, LL 220 b26 = TTr. [Togail Troi] 258.”
Bəzən Hermesin ayaqlarının qanadlı olduğu, qanadların onun sandallarının bir hissəsi olmadığı da şərh edilmişdir.
Həmçinin bax
Mifologiya İzah qeydləri
İstinadlar Sitatlar
Biblioqrafiya
Qants, Timoti (2004). Mythes de la Grèce archaïque, Berlin. səh. 541–543.
Kateqoriya:Yunan mifologiyası