Xan Bikə, Xanbikə xanım və ya Hak Bikə () — Quba xanı Fətəli xanın qızı, Bakı xanı II Mirzə Məhəmməd xanın həyat yoldaşı.

Həyatı

1777-ci ildə Qubada, Fətəli xanın və Tuti Bikənin ailəsində anadan olub. Əhməd xanın kiçik bacısıdır.

1800-cü ildə Bakı xanı II Mirzə Məhəmməd xan ilə ailə həyatı qurub. Onların övladı olmayıb.

1800-cü ildə Dərbənddə baş vermiş siyasi iğtişaşlar zamanı Quba xanı Şeyxəli xan şəhərə daxil olaraq bacısı Xan Bikə xanımı Dərbəndin hakimi təyin etdi. Lakin onun Dərbənddə hakimiyyəti uzun sürmədi. Şeyxəli xanın şəhərdən ayrılmasından qısa müddət sonra II Surxay xanın dəstəyi ilə Həsən xan Dərbənddə hakimiyyəti ələ keçirərək özünü xan elan etdi. Şeyxəli xanın Dərbəndi geri almaq cəhdləri də müvəqqəti olaraq nəticəsiz qaldı.

Xan Bikə xanım 1806-cı ildə vəfat edib.

İstinadlar

Kateqoriya:Qadın döyüşçülər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Qadın hökmdarlar